Baham adaları — Vikipediya

Baham Adaları Birliyi

The Bahamas
Baham adaları
Baham adaları gerbi
Gerb
Şüarı: "İrəli, İrəli, Birlikdə irəli"
Himni: "March On, Bahamaland"
Baham adaları xəritədə yeri
Paytaxtı
və ən böyük şəhəri
Nassau-250 min nəfər (2011-ci il)
Rəsmi dilləriİngilis dili
Etnik qrupları
bahamalılar-90%, haitililər- 5%
Dini
xristianlıq
İdarəetmə formasıParlament demokratiyasıKonstitusiyalı monarxiya
• Monarx
III Çarlz
• General-qubernator
Kornelius Elvin Smit
• Baş nazir
Filip Devis
Qurulması
• Böyük Britaniyadan müstəqillik
10.VII.1973
Ərazisi
• Ümumi
13878 (161-ci yer)
• Su (%)
27%
Əhalisi
• 2015 təxmini
365 min (177-ci yer)
• 2010 siyahıya alma
353 658
• Sıxlıq
26/km2 (67.3/kv. mil)
ÜDM (AQP)2012 təxmini
• Ümumi
11 240 million (151)
• Adam başına
31 900 (45)
ValyutasıDollar (BSD)
Saat qurşağıUTC-5
Yolun hərəkət istiqamətisol
Telefon kodu1 242
ISO 3166 koduBS
İnternet domeni.bs
Map
Baham Adaları

Baham Adaları Birliyi (ing. Commonwealth of the Bahamas), Bahamalar (ing. Bahamas) — eyni adlı adalarda yerləşən dövlət. Sahəsi – 13,9 min km², əhalisi – 0,4 mln. nəfər (2005-ci il), paytaxtı – Nassau. Baham adaları Florida yarımadasından cənub-şərqdə geniş Baham arxipelağında yerləşir. Arxipelaq 650-dən artıq xırda adalardan ibarətdir.

Adın etimologiyası[redaktə | mənbəni redaktə et]

Baham adaları adının haradan gəldiyi dəqiq məlum deyil. Adanın adının ispan dilindəki baja mar (cənub dənizi) və ya bu adanın aborigen sakinləri olan Lukayan xalqının dilindəki ba-ha-ma (geniş yüksək ərazi) sözündən yaranması ehtimalı mövcuddur.

Coğrafiya[redaktə | mənbəni redaktə et]

Baham adaları əsasən mərcan tipli əhəngdaşlarından ibarətdir. Baham — 700 adadan (onlardan 30-u məskunlaşıb) və 2000 mərcan töküntüdən ibarət olan arxipelaqdır. Düzənlik səthə malik olan adalarda karst relyef formaları geniş yayılmışdır. Ölkə 1973-cü ilin iyulun 10-dan müstəqil dövlətdir. Əksər adaların sahillərində narın qumlu, gözəl çimərliklər uzanır. İqlimi tropik rütubətli olub, may ayından oktyabr ayına kimi yağıntılı dövrüdür. Yanvarın orta temperaturu 20–23 °C, iyul 28 °C-dir. İyul ayından oktyabra kimi adalarda tez-tez güclü qasırğalar olur, yağıntının miqdarı 1100–1700 mm-dir. Çaylardan məhrum olan adalarda çoxlu duzlu-şor göllər vardır. Yağıntıların karst burulğanlarından keçərək yaratdığı yeraltı sular ada sakinləri üçün şirin su mənbəyidir.

Adaların bitki örtüyü nisbətən kasıbdır. Savannalar, həmişə yaşıl tikanlı kolluqlar, xeyli sahədə şam meşələri mövcuddur. Böyük adalarda — Androsda və Böyük Abakoda həmişəyaşıl meşələr qalmaqdadır.

Silahlı qüvvələr[redaktə | mənbəni redaktə et]

Baham adaları dövlətinin hər hansı ordusu və ya Hərbi Hava Qüvvələri mövcud deyil. Ölkənin silahlı qüvvələri Baham Adaları Kral Müdafiə Qüvvələri və Hərbi Dəniz Donanmasından ibarətdir. Müdafiə Aktına əsasən Baham Adaları Kral Müdafiə Qüvvələri ölkənin suverenliyini qorumaq, dəniz sərhədlərinə nəzarət etmək, təbii fəlakət dövründə yardım fəaliyyəti göstərməkdə məsuldur.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • Rəsmi saytı.
  • Baham adaları  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  • Baham adaları xəritədə Arxivləşdirilib 2010-12-22 at the Wayback Machine.
  • Ensiklopediya.