Qara dəniz — Vikipediya
Qara dəniz | |
---|---|
bolq. Черно море, ukr. Чорне море, rum. Marea Neagră, türk. Karadeniz, gürc. შავი ზღვა, abx. Амшын Еиқәа, q.yun. Εὔξενος Πόντος, yun. Μαύρη Θάλασσα, lat. Pontus Euxinus | |
| |
Ümumi məlumatlar | |
Tip | Yarımqapalı |
Sahəsi | 422 000 km² |
Həcmi | 547 000 km³ |
Uzunluğu |
|
Eni | 600 km |
Sahil uzunluğu | 3 400 km |
Dərin yeri | 2 210 m |
Orta dərinliyi | 1 240 m |
Tökülən çaylar | Dunay, Kızılırmak, Don, Dnepr |
Duzluluğu | 18-18.5 ‰ |
Yerləşməsi | |
43°17′49″ şm. e. 34°01′46″ ş. u.HGYO | |
Ölkələr | |
Üst akvatoriyası | |
Yerləşməsi | Avropa |
| |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Qara dəniz (bolq. Черно море, ukr. Чорне море, rum. Marea Neagră, türk. Karadeniz, gürc. შავი ზღვა, abx. Амшын/Амшын Еиқәа, q.yun. Εὔξενος Πόντος, yun. Μαύρη Θάλασσα, lat. Pontus Euxinus) Krım yarımadası və Kiçik Asiya yarımadası arasında yerləşən daxili dəniz. Bosfor boğazı(İstanbul boğazı) ilə Mərmərə dənizinə,Kerç boğazı vasitəsilə isə Azov dənizinə bağlanır. Səthinin sahəsi 422,000 km², ən dərin nöqtəsi 2210 m-dir. Qara dənizə tökülən çaylar arasında ən əhəmiyyətliləri Dunay və Qızılirmaqdır. Qara dəniz sularının əksəriyyətini Don, Dnepr və Dunay kimi iri çaylardan götürür.
Etimologiya
[redaktə | mənbəni redaktə et]Qara dəniz öz adını Osmanlı türklərindən alıb. Orta əsrlərdə türklərdə "Qara" (Kara) sözü "Şimal", "Qırmızı" (Kızıl) sözü "Cənub", "Ağ" (Ak) sözü isə "Qərb" mənasında işlənib. Beləliklə, Anadolunun şimalında olan dənizi türklər Qara dəniz, onun qərbinda yerləşən dənizi Ağ dəniz, cənubunda yerləşən dənizi isə Qırmızı dəniz adlandırıblar. Egey və Aralıq dənizlərinin türkcə orta əsrlərdə olan birgə adı Ağdəniz olub. Lakin müasir dövrdə türklər Aralıq dənizinin yalnız şimal hissəsini digər ölkələr kimi Egey dənizi adlandırırlar, Aralıq dənizi isə hələ də Ağdəniz olaraq adlandırılmaqdadır. Osmanlı dövründə türklər Egey dənizini bəzən "Adalar dənizi" də adlandırıblar, bu ad həmin dənizdə Türkiyə ilə Yunanıstan arasında yerləşən 12 adaya görə verilmişdir. Rusiyada yaşayan türk xalqı yakutların yerləşdiyi Yakutiyanın şimalında olan dəniz də eynilə "Qara dəniz" adlanır.
Hidrologiya və Hidrokimyası
[redaktə | mənbəni redaktə et]Qara dəniz dünyada ən böyük meromiktik su hövzəsidir. Belə su hövzələrində suyun alt təbəqəsi onun atmosferdən oksigen alan üst təbəqəsi ilə qarışmır. Bunun nəticəsi olaraq Qara dənizin dərin yerlərinin 90%-i anoksid sulardır. Dənizin suyunun duzluluğu aşağıdır — 18–18.5 promill arasında. Müqayisə üçün Dünya okeanında duzluluq səviyyəsi 30–40 promill arasındadır. Qara dənizin suyunda oksigen miqdarı yüksəkdir, bu da dənizdə bioloji aktivliyin yüksək olmasının əsas səbəblərindəndir. Suyun temperaturu mövsümdən asılı olaraq 8 °C ilə 30 °C arasında dəyişir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Qara dəniz qədim dövrlərdən bəri müxtəlif sivilizasiyalar üçün nəqliyyat dəhlizi olmuşdur. Dənizi əhatə edən regionlar qədimdən bəri beynəlxalq ticarətdə aktiv iştirak etdiyinə görə Qara dəniz tez-tez nəqliyyat keçidi kimi istifadə olunub. Bu regionlara qərbdə Balkan yarımadası, şimalda Avrasiya stepləri, şərqdə Qafqaz və Orta Asiya regionu, cənubda Kiçik Asiya və Mesopotamiya regionu, cənub-qərbdə isə Yunanıstan daxildir. Dünyada ən qədim tarixə malik emal olunmuş qızıl Bolqarıstanın Varna sahillərində tapılmışdır. İddia olunur ki, Arqonavtlar bu dənizdən üzərək keçmişlər. Qədim yunanlar Qara dənizin şərq sahillərini (indiki Gürcüstan) dünyanın ən ucqar nöqtəsi hesab edirdilər. Bu dənizin sahillərində çoxlu sayda qədim limanlar var, onların bəzilərinin tarixi piramidalardan daha keçmişə gedib çıxır. Birinci dünya müharibəsi və İkinci dünya müharibəsi dövründə Qara dənizdə çoxlu sayda döyüşlər baş vermişdir.
Arxeologiya
[redaktə | mənbəni redaktə et]Qədimdə Qara Dənizdən keçən ticarət marşrutları indi alimlər tərəfindən geniş şəkildə incələnir. Belə ki, lap qədimdən bu dənizdən Frakiyalılar, yunanlar, farslar, skiflər, romalılar, bizanslılar, qotlar, hunlar, avarlar, bulqarlar, venesiyalılar, genuyalılar, slavyanlar, tatarlar, osmanlı türkləri və ruslar aktiv şəkildə istifadə etmişdilər. Qədim dövlətlərin burada mövcud olması və suyun dərinliyinin anoksit olması səbəbindən burada qədim gəmilərin axtarılmasına böyük əhəmiyyət verilir. Belə ki, suyun dərinliyində oksigenin olmaması burada agacdan hazırlanmış gəmilərə ziyan vuran orqanizmlərin mövcud olmamasına səbəb olmuşdur.
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Qara dəniz sahilində qədim dövrlərdən çoxlu insan məskənləri salınıb və dəniz aktiv şəkildə iqtisadi fəaliyyətdə istifadə olunub. Hal-hazırda Qara Dəniz sahillərində 16 milyondan çox əhali yaşayır. Dənizdə çoxlu sayda neft və neft məhsulları daşınmaları edilir, bunun nəticəsində dəniz müəyyən qədər çirklənmişdir. Neft əsasən Gürcüstan və Rusiya portlarından qərb istiqamətində daşınır. Burada həmçinin ərzaq məhsulları, meşə məhsulları, müxtəlif maşınqayırma məhsulları da daşınır. Həmçinin sərnişin gəmiləri də işləyir. TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) dəhlizi də bu dənizdən keçir. TRACECA Orta Asiya və Qafqaz ölkələrini Şərqi Avropa ölkələri ilə birləşdirən nəqliyyat dəhlizidir. Qara Dənizin dibində dünyada unikal olan, Rusiya Türkiyə ilə birləşdirən "Mavi Axın" adlanan təbii qaz kəməri keçir. Kəmərin dənizin altından keçən hissəsinin uzunluğu 396 km-dir.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]Qara dənizin sahili və ona tökülən çayların hövzəsi hələ qədim dövrlərdən bəri insanlar tərəfindən sıx məskun edilmiş, yüksək antropogen təsirə məruz qalmış ərazilərdir. Bütovlüklə Qara dənizin ekoloji vəziyyəti əlverişsiz hesab olunur. Dənizin ekoloji sistemində tarazlığı pozan əsas amillər kimi aşağıdakıları göstərmək olar:
- Dənizə tökülən çayların güclü çirkləndirilməsi
- Neftlə və neft məhzullarıyla dənizin çirkləndirilməsi. Neftlə ən çox çirkləndirilmiş region dənizin qərb hissəsidir.
- İnsan fəaliyyətinin tullantılarıyla dənizin sularının çirkləndirilməsi, təmizlənməmiş və ya az təmizlənmiş məişət sularının dənizə axıdılması
- Balığın kütləvi şəkildə ovlanılması
Qara dəniz limanları
[redaktə | mənbəni redaktə et]
|
|
Fauna
[redaktə | mənbəni redaktə et]- Jellyfish, Rumıniya yaxınları.
- Actinia, Rumıniya yaxınları.
- Actinia, Rumıniya yaxınları.
- Goby, Rumıniya yaxınları.
- Stingray, Rumıniya yaxınları.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- http://iranica.com/articles/black-sea Arxivləşdirilib 2010-12-01 at the Wayback Machine
- http://www.blacksea-archaeology.org/ Arxivləşdirilib 2005-11-23 at the Wayback Machine