Vandel dənizi — Vikipediya
Vandel dənizi | |
---|---|
ing. Vandel Sea | |
Ümumi məlumatlar | |
Tip | Adalar arası |
Yerləşməsi | |
82° şm. e. 21° q. u.HGYO | |
Ölkə | Qrenlandiya |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Vandel dənizi -Şimal Buzlu okeanın akvatoriyası daxildir. Nordostrunninqen və Piri torpağı burnu arasında yerləşir. Dənizin şimal və şimal-şərq hissələri il boyu buzla örtülü olur. Dənizin Qrenlandiyanın iki iri körfəzi yerləşir:İndepedens ford və Danmark. Şimal-qərbdə Linkoln dənizi ilə birləşir. Adı danimarkalı qütb hidroqrafı, vitse-admiral Karl Frederik Vandelın (1843–1938) şərəfinə adlandırılmışdır. O 1906–1908-ci illərdə Qrenlandiyanın sahil sularını tətqiq etmişdir. 2008-ci il məlumatına əsasən dəniz zəif örgənilmişdir. Səbəb isə onun sularının il boyu buzlarla örtülü olmuşdur. 1983-cü ildə dənizin Qrenlandiya sahilləri tətqiq edilir. 1998-ci ildə isə ABŞ Milli növ və kartoqrafiya agentliyi tərəfindən Linkoln və Vandel dənizləri tətqiq edilir. 1956-cı ildə isə dənizin sahilində Nord 'hərbi\elmi-tədqiqat' stansiyası istifadəyə verilir.