Lazarev dənizi — Vikipediya

Lazarev dənizi
rus. Лазарев Море
Ümumi məlumatlar
Tip Materik kənarı
Mütləq hündürlüyü 0 m
Sahəsi 929,000 km²
Dərin yeri 4,500 m
Orta dərinliyi 3,000 m
Yerləşməsi
68°00′00″ c. e. 5°00′00″ ş. u.HGYO
Ölkə  Antarktida
Üst akvatoriyası
Yerləşməsi Şərqi Antarktida
Lazarev dənizi xəritədə
Lazarev dənizi
Lazarev dənizi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lazarev dənizi - Cənub okeanının akvatoriyasında, Antarktidanın şərqində, Kraliça Mod Torpağı sahilində yerləşir. Sahəsi 929,000 km², dərinlik mərkəzə doğru 3.000 m, şimalda dərinlik isə 4500 m təşkil edir. Suları hərəkət edən buzlar və Aysberqlərlə zəngindir. İlin yay və payız mövsümünün sonunda buzlar əsasən sahilə yaxın ərazilərdə qalır. Dəniz 1962-ci ildə Birinci rus antartik ekspedisiyanın rəhbəri M. P. Lazarevin şərəfinə adlandırılmışdır.

Dənizin örgənilməsində Sovet və Rus tədqiqatçılarının böyük rolu olmuşdur. Katerik şelfi burada nisbətən azlıq təşkil edirlər. Selfin sahildə uzunluğu 200 km təşkil edir. Cənubdan mərkəzə doğru dərinlik birdən-birə 3000 m, şimalda isə dərinlik 4500 metrə qədər enir. Sahilləri qayalı olan yerlər əssasən Kraliça Mod Torpağına daxil olan Şahzadə Marta sahili ərazisində müşahidə edilir. Bu sahillərdə Lazarev buzlağı yerləşir. Onun eni 100 km təşkil edir. Buzlağın kənarları əsrarəngiz quruluşa malikdir, əsasən yay mövsümündə daha gözəl olur. Bu səbəbdən Antarktikaya təşkil edilən turistik maşrutlardan biridə məhz bura edilir. Burada suiti, bölgəyə xas balıqlar, pinqivinlər, dəniz quşlar, köpək balığı və bir necə kit növü vardır. Sahillərində iki elmi tədqiqat stansiyası fəaliyyət göstərir. Bunlarda biri Almaniyaya məxsus Qeorq-fon-Noymayer (1980) və CARa məxsus SANAE IV (1962) stasiyaları fəaliyyət göstərir.