Kamotes dənizi — Vikipediya
Kamotes dənizi | |
---|---|
ing. Camotes Sea | |
Ümumi məlumatlar | |
Tip | Adalar arası |
Sahəsi | 323 km² |
Yerləşməsi | |
10°31′48″ şm. e. 124°24′23″ ş. u.HGYO | |
Ölkə | Filippin |
| |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Kamotes dənizi — Sakit okean Akvatoriyasına daxil olan, adalar arası dənizdir. Dəniz Filippin arxipelaqına daxil olan Leyte, Bohol və Sabu adaları arasında yerləşir. Şimalda Visayan dənizi, cənubda Kaniqao və Bohol boğazları onu Mindanao dənizi ilə birləşdirir. Dərinliyi 323 metr təşkil edir. İqlimi tropikdir, mussonların təsirinə məruz qalır. İyundan oktyabra qədər ərazidə Tayfunlar müşahidə edilir. Qışda suyunun temperaturu 24–27 S, yayda 28–29 S təşkil edir. Dənzizin duzluğu 34,5 ‰ civarında olur. Dənizin mərkəzində Kamotes adaları vardır. İl ərzində iki mövsümü yağıntılı olur. Əsas limanları San-İsidoro, Polompon (Leyte), Sebu (Sebu), Talibon (Bohol) limanlarıdır.