Baffin dənizi — Vikipediya

Baffin dənizi
ing. Baffin Bay
fr. Baie de Baffin
Ümumi məlumatlar
Tip Adalar arası
Sahəsi 689 000 km²
Uzunluğu 1130 km
Eni 550 km
Dərin yeri 2136 m
Orta dərinliyi 861 m
Yerləşməsi
73° şm. e. 70° q. u.
Ölkələr
Baffin dənizi xəritədə
Baffin dənizi
Baffin dənizi
Baffin dənizi (Qrenlandiya)
Baffin dənizi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Baffin dənizi (ing. Baffin Bay, fr. Baie de Baffin) — bəzən Baffin körfəzi də adlandırılır. Dəniz Şimal Buzlu okeanına daxildir. Atlantik okeanına daxil olan Labrador dənizi ilə cənubdan hüdudlanır. Qərb sahilləri Qrenlandiya adası ilə hüdudlanır. Şimaldan - cənuba uzunluğu 1130 km təşkil edir. İlin böyük hissəsi buzla örtülü olur. Burada çoxlu aysberqlər əmələ gəlir. Atlantik okeanıın isti suları ona təsir göstərir. Viliyam Baffinin şərəfinə adlandırılmışdır.


Tarixi[redaktə | mənbəni redaktə et]

1585-ci ildə ingilis araşdırmaçısı Con Devis onun sularında üzən ilk avropalı olur. Dənizin öyrənilməsində ən böyük rol Viliyam Baffin oynamışdır. Dənizin öyrənilməsi üçün Baffin bölgəyə 5 ekspedisiya təşkil etmişdir. Viliyam Baffin Şimal-Qərb keçidinin Hudzon körfəzindən keçdiyini sübuta yetirmişdir.[1]

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Baffin dənizində aysberq

Baffin dənizi Şimal Buzlu okeanının bir hissəsidir. Dəniz qərbdə Baffin Torpağı, şərq hissədə Qrenlandiya, şimalda isə Elsmir (ada)sı ilə hüdudlanır. Atlantik okeanının şimalında yerləşən Labrador dənizini [2]. Devis boğazı ilə dənizə birləşdirir. Dənizin şimalında isə Nares boğazı vadtəsi ilə Şimal Buzlu okeanla birləşir. Dənizin ən dərin yeri 2136 m, orta dərinlik isə 861 m təşkil edir. Sahəsi 689,000 km² təkil edir. Terrigen dib çöküntüləri geniş yayılmışdır, mərkəzi his səsində 1000 m-dən yuxarı dərinliklərdə alev rit-pelit lilləridir. Baffin dənizi ilin çox hissəsi üzən buzlarla örtülü olur; aysberqlər çoxdur. Duzluluq 30–34‰-dir. Qabarmalar 4 m-ə dək olur, əsasən, yarımgünlükdür.

İqlimi[redaktə | mənbəni redaktə et]

Baffin dənizi üzərində hava nın temperaturu ən soyuq fevral ayında 16°C-dən (cənub-şərqdə) – 36°C-yədək (şimalda və qərbdə), ən isti iyul ayında 4–6°C olur. İl ərzində 200–300 mm yağıntı düşür. Səth suyunun temperaturu yayda 5°C-dən (cənub-şərqdə) 0°C-yədək (şimal-qərbdə), qışda – 1°C-dən aşağıdır.

Təbiəti[redaktə | mənbəni redaktə et]

Baffin dənizində 21,000 ağ balina yaşayır ki, onlarda əsasən xırda balıqlar və xərcəngkimilərlə qidalanır. Onlar buz tələlərinə bəzən isə digər təhlükələrlə qarşılaşırlar.[3] Zəngin balıq (treska, siyənək və s.) ehtiyyatına sahibdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]