Sarqas dənizi — Vikipediya
Sarqas dənizi | |
---|---|
ing. Sarqass Sea | |
| |
Ümumi məlumatlar | |
Tip | Materik kənarı |
Mütləq hündürlüyü | 0 m |
Sahəsi | 6,000,000 km² |
Eni | 1.100 km |
Dərin yeri | 6995 m |
Yerləşməsi | |
28°20′08″ şm. e. 68°10′30″ q. u.HGYO | |
Ölkələr | |
Üst akvatoriyası | |
Yerləşməsi | Şərqi Amerika |
| |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Sarqas dənizi – Şimali Amerika materikinin yaxınlığında yerləşir. Sarqas dənizi Atlantik okeanında yerləşir[1] və dünyada sahili olmayan yeganə dənizdir.[2]
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Dəniz 23—35° ş. e. və 30—68° q. u. arasında yerləşir. Sahəsi axınlardan asılı olaraq 6—7 mln km² təşkil edir. Sahildddən kifayət qədər aralıda yerləşir. Bermud adalarında şimal-şərqdədir. Suyunun temperaturu qışda 18—23 °С, yayda isə 26—28 °C olur. Duzluğu 36,5—37 ‰-dir. Dib hissəsinin böyük qismi Şimali Amerika novu ərazisində yerləşir. Burada dərinlik 6000 metrə çatır. Maksimal dərinlik isə 6995 m-dir.
Ərazisinin böyük hissəsini saqassum adlı qonur rəngli yoisunlar örtmüşdür. Dəniz xaricində ümumi kütlələri 4—11 mln ton olaraq qiymətləndirilir. Onların bu ərazidə böyük miqdarda toplanmasının səbəbi dəniz axınlarıdır. Dənizdə çoxsaylı və rəngaraən canlı növləri yaşayır (Skumbrlar, Uçan balıqlar, Dəniz iynəsi, Yengəclər, Dəniz tısbağaları və s.).
Sarqas dənizində böyük tullan topaları vardır. Onların böyük qismi plastik kütlələrdən ibarətdir. Onların bir yerə toplanmasına əsas səbəblərdən biri də dəniz axınlarıdır[3] .
Maraqlı məlumatlar
[redaktə | mənbəni redaktə et]1492-ci ildə Xristofor Kolumb Atlantik okeanında bir dəniz kəşf edir və bu dənizi "Böyük üzümlər yığımı" mənasına gələn "Sarqas" adlandırır. Dünyanın ən təmiz dənizidir. Həm də bütün dənizlərdən sahilsiz olması, okean ilə sualtı tirələr vasitəsilə ayrılmasına görə fərqlənir. Sahili isə çayların axınıdır. Sarqas dənizi əvvəllər təmiz olub, 60 m dərinliyini görmək mümkün idi. Lakin sonralar mazutla çirklənmişdir.
Ginnesin Rekordlar Kitabı
[redaktə | mənbəni redaktə et]Sarqas dənizinin 6 mln km² sahəsi Sarqassum adlanan qonur yosunlarla örtülüdür. Bu səbəbdən Sarqas dənizi Ginnesin Rekordlar Kitabına düşmüşdür.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Sargasso". Straight Dope. 2008-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-21.
- ↑ "Sea". education.nationalgeographic.org (ingilis). 6 avqust 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyul 2024.
- ↑ "Sakit okeandakı zibil adaları". 2022-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-16.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Sarqas sahilsiz dənizdir
- Sarqas dənizi ilk dəfə kosmosdan çəkildi Arxivləşdirilib 2008-06-08 at the Wayback Machine — Membrana.ru, 7 İyun 2007
- Atlantik okeanın dənizi