Evpatoriya — Vikipediya

Şəhər
Evpatoriya
Евпатория
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
45°12′00″ şm. e. 33°21′30″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
İlk məlumat e.ə. 497
Sahəsi
  • 65 km²
Mərkəzin hündürlüyü 10 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 108.248 nəf. (2020)[2]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +380-6569, +7-36569
Poçt indeksi 97400–97490
Digər
my-evp.ru
Xəritəni göstər/gizlə
Evpatoriya xəritədə
Evpatoriya
Evpatoriya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Evpatoriya (ukr. Євпато́рія; rus. Евпато́рия; krımtat. Kezlev; yun. Εὐπατορία; türk. Gözleve; erm. Եվպատորիա) — Krım Muxtar Respublikasına daxil olan şəhər. 2013-cü ilə olan məlumata əsasən şəhərdə 106 mindən çox əhali yaşayır. Qara dənizin sahilində yerləşən Evpatoriya əsasən müalicə mərkəzləri və turistik məkanları ilə tanınınr.

Tarixi[redaktə | mənbəni redaktə et]

Evpatoriya şəhərinin dəqiq tarixi barədə məlumatlar yoxdur. Əsas məlum olan şəhərin Qədim Yunanıstana məxsus Kerkinitis (yun. Κερκινίτης) adlı koloniyanın üzərində inşa edilməsidir. Eramızdan əvvəl V əsrdə şəhərdə qədim yunan sivilizasiyası mövcud olmuş və bu sivilizasiya uzun müddət davam etmişdir. Pont kralı VI Mitridatın Krımı işğal etməsinin ardından şəhərin adını Eupator formasında dəyişdirmişdir. VII–X əsrlərdə isə şəhər Xəzər xaqanlığının nəzarəti altında qalmışdır. Bu dövrdə şəhərin adı yenidən dəyişdirilərək Güsliev (türk. Güzel ev) olaraq adlandırılmışdır. Sonrakı dövrlərdə şəhər ardıcıl olaraq Qıpçaqların, Monqol İmperiyasınınKrım xanlığının tərkibinə daxil olmuşdur.

Krım xanlığı dönəmində Krım tatarları tərəfindən Kezlev olaraq alandırılan şəhər, Osmanlılar tərəfindən Gözleve olaraq adlandırılmışdır. 1954-cü ildə Krımın Rusiya Sovet Federativ Sosialist Respublikasının tərkibindən çıxarılaraq Ukrayna Sovet Sosialist Respublikasına verilməsi nəticəsində şəhər növbəti dəfə əl dəyişdirmişdir. Ukrayna 1991-ci ildə müstəqilliyini ikinci dəfə elan edən zaman Krım yarımadası Krım Muxtar Respublikası formasında Ukrayanın ərazisinə daxil olmuşdur. 2014-cü ildə Rusiya ilə Ukrayna arasında şiddətlənən siyasi və hərbi münaqişənin ardından referendum keçirilmiş və muxtar vilayət Rusiyaya birləşdirilmişdir. Hal-hazırda Evpatoriyanında daxil olduğu Krımın bütün şəhər və əraziləri de-jure olaraq Ukraynanın ərazisi hesab edilsədə, de-facto Rusiyanın nəzarəti altındadır.

Qardaşlaşmış şəhərlər[redaktə | mənbəni redaktə et]

Gerb Şəhər Ölkə Tarix
Ioannina Yunanıstan Yunanıstan 1989
Figueira da Foz Portuqaliya Portuqaliya 1989
Ludwigsburg Almaniya Almaniya 1992
Zakynthos Yunanıstan Yunanıstan 2002
Ostrowiec Świętokrzyski Polşa Polşa 2004
Krasnogorsky Rusiya Rusiya 2006
Lambie Yunanıstan Yunanıstan 2009
Belqorod Rusiya Rusiya 2010

Qalereya[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]