Mouson dənizi — Vikipediya

Mouson dənizi
ing. Mawson Sea
Antarctic-seas-en.jpg
Ümumi məlumatlar
Tip Materik kənarı
Mütləq hündürlüyü 0 m
Sahəsi 333,000 km²
Sahil uzunluğu 800 km
Dərin yeri 1,000 m
Yerləşməsi
64°00′00″ c. e. 105°00′00″ ş. u.
Ölkə  Antarktida
Üst akvatoriyası
Yerləşməsi Şərqi Antarktida
Mouson dənizi xəritədə
Mouson dənizi
Mouson dənizi

Mouson dəniziCənub okeanının akvatoriyasında, Antarktidanın şərqində, Vize burnu və Poynsett burnu arasında yerləşir. Sahəsi 333,000 km², sahil xəttdinin uzunluğu 800 km, maksimal dərinliyi 1000 m təşkil edir. Suları il boyu hərəkət edən buzlar və Aysberqlərlə zəngindir. Burada Selkton şelf buzlağı yerləşir. Dənizin öyrənilməsində Sovet Antartik ekspedisiyasının böyük rolu olmuşdur. 1962-ci ildə ekspedisiya Cənub okeanının bu hissəsinin müstəqil bir dəniz olmasını isbat etmişdir. Dəniz Avstraliya antarktik ekspedisiya rəhbəri Duqlas Mousonun şərəfinə adlandırılmışdır. Seklton şelf buzlağı gəmilər,üçün təhlükəlidir. Sahilində Vaqner vahəsində 1956-1958 ci illərdə "Oazis" elmi-tətqiqat stansiyası fəaliyyət göstərirdi. Hal-hazırda burada Avstraliyaya məxsus "Keysi" stansiyası fəaliyyət göstərir.

Canlılar aləmi[redaktə | mənbəni redaktə et]

Dəniz sularında 2 növ plankton vardır: Diatomeya və dinoflaqelyatta. Burada molyuskalara, xərcənglərə və kiçik dəniz ulduzuları rast gəlinir.

Mənbə[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]