Oxot dənizi — Vikipediya

Oxot dənizi
Охотское море
Oxot dənizin xəritədə yeri
Oxot dənizin xəritədə yeri
Ümumi məlumatlar
Tip Adalar arası
Sahəsi 1603000 km²
Həcmi 1,316,000 km³
Uzunluğu 2265 km
Eni 1407 km
Dərin yeri 3916 m
Tökülən çay Amur
Yerləşməsi
54°16′07″ şm. e. 148°34′26″ ş. u.HGYO
Ölkələr
Yerləşməsi Şimal-Şərqi Asiya
Oxot dənizi xəritədə
Oxot dənizi
Oxot dənizi
Oxot dənizi xəritədə
Oxot dənizi
Oxot dənizi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oxot dəniziSakit okeanın şimal-qərb hissəsində, RusiyaYaponiya sahillərində yerləşən dəniz. Oxot dənizi Kamçatka yarımadası, Kuril adaları, Saxalin adası, Hokkaydo adası ilə Avrasiya materiki arasında yerləşmişdir. Onun sahəsi 1,583,000 km²,orta dərinliyi 859 metr, ən dərin yeri isə 3372 metr-dir. Hokkaydo adasından başqa, Oxot dənizinin bütün hissələri Rusiya Federasiyasının nəzarəti altındadır. Lakin, Yaponiya dənizin cənub hissəsində yerləşən Kuril arxipelağına, daha dörd qayalıq — Kunaşir, İtirup, Şikotan, Habornay qayalıqları da, daxil olmaqla öz ərazi iddialarını irəli sürür. Yaponiya onları özünün Şimal Əraziləri adlandırır.[1]

Fiziki-coğrafi səciyyəsi

[redaktə | mənbəni redaktə et]

Dənizin materik sahillərinin çox hissəsi yüksək qayalıqlardan ibarətdir və Amur, Tuğur, Uda, QziqaPenjina çayları vasitəsilə kəsilmişdir. Ən böyük körfəzi Şelixovdur.

Oxot dənizi Şərqi Asiyanın ən soyuq dənizidir.

Bioloji və mineral resursları

[redaktə | mənbəni redaktə et]

Oxot dənizi dünyanın ən çox bioloji ehtiyatlarının cəmləşmiş olduğu dənizlərdən biridir.

Şərqi Rusiyanın daimi gəmiçilik əlaqləri bu dəniz vasitəsilə həyata keçirilir.

Tədqiqi tarixi

[redaktə | mənbəni redaktə et]

Sakit okeanın Rusiya dənizçiləri tərəfindən ilk tədqiq olunan hissəsi Oxot dənizidir. 1787-ci ildə Fransa dənizçiləri Jean-François de Galaup, Count de La Pérouse dənizin şimal istiqamətində üzərək sonradan Laperuz boğazı adlandırılan boğazdan keçərək Kamçatka yarımadsına çatdılar. Rusiya tədqiqatçısı Adam Cohan Kruzenştren də, XIX əsrin əvvəlində bu istiqamətdə üzdü. 1949-cu ildə Sovet tədiqat gəmisi Vityaz, dənizin müasir okeanoloji tədqiqatının əsasını qoydu. Dənizin hazırkı dövrdə tədqiqatı Rusiya alimləri tərəfindən davam etdirilir.[2]

  1. "Oxot Dənizi". 2021-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-01.
  2. "Sea of Okhotsk". 2014-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-01.