Qərbi Sahara — Vikipediya
Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. Layihəyə kömək edə bilərsiniz, məlumatları yeniləyin və şablonu çıxarın. |
Səhravi Ərəb Demokratik Respublikası (SƏDR) | |
---|---|
![]() | |
Paytaxtı | Əl Əyun (keçici olaraq Tifariti) |
Rəsmi dilləri | Ərəb |
Etnik qrupları | Səhravilər |
Dini | İslam |
İdarəetmə forması | Tək partiyalı dövlət |
• Prezident | İbrahim Qəli |
• Baş nazir | Abdulkader Talib Umar |
Yaranması | 27 Fevral 1976 |
Ərazisi | |
• Ümumi | 266.000 (83) |
Əhalisi | |
• Təxmini | 100,000 (SƏDR) (182) |
• Sıxlıq | 1.9/km2 (4.9/kv. mil) (236) |
Saat qurşağı | +0 |
Telefon kodu | +212 |
Qərbi Səhra (ərəb. الصحراء الغربية əs-Səhra' əl-Ğərbiyyə, İspan : Sahara Occidental, Bərbəricə : Taneẓroft Tutrimt), Afrika qitəsinin şimal-qərbində yerləşən və 1975-ci ildə koloniya ölkəsi İspaniya tərəfindən tərk edildikdən sonra Mərakeş tərəfindən haqq iddia edilən və hal-hazırda da üçdə ikisini həqiqətən idarə etdiyi bölgədir. Bütöv bölgə üzərində 1976-ci ildə müstəqilliyini elan edən Səhravi Ərəb Demokratik Respublikasının bu elanı Mərakeş tərəfindən qəbul edilmədi. Bölgəyə qonşu ölkələr şimalda Mərakeş, şimal-şərqdə Əlcəzair, şərq və cənubda Mavritaniyadır. Bölgənin qərbində Atlantik okeanı yerləşir.
Coğrafiya[redaktə | mənbəni redaktə et]
Bölgənin cəmi sahib olduğu 2.049 km sərhədin 41 km-i Əlcəzair , 1.564 km-i Mavritaniya və 444 km-i isə bölgənin üçdə ikisini ilhaq edərək əlində saxlayan Mərakeşilədir. Bundan başqa ölkənin Atlantik okeanı ilə 1.110 km-lik sahil xətti də var. Cəmdə 266.000 km² bir sahəyə sahib olsa da, bunun yalnız 50.000 km² nəzarət edə bilir. Qərbi Səhrada sahildən içərilərə doğru irəlilədikcə yüksəkliklər 400 m-yə çatır. Bölgənin ən yüksək nöqtəsi Əlcəzair ilə sərhədinə yaxın mövqedə yerləşən və hər hansı bir adı olmayan 805 m-lik nöqtədir.
Əhali[redaktə | mənbəni redaktə et]
100,000 (SƏDR) 502,585 (Qərbi Səhra (Mərakeşdə))
Həmçinin bax[redaktə | mənbəni redaktə et]
2020-ci il 14 noyabr tarixində Mərakeş Qərbi Səhranı (SƏDR) birləşdirmək üçün hərbi əməliyyata başlayıb