Duqlas Mouson — Vikipediya

Duqlas Mouson
ing. Sir Douglas Mawson
Doğum tarixi 5 may 1882(1882-05-05)[1]
Vəfat tarixi 14 oktyabr 1958(1958-10-14)[2][1][…] (76 yaşında)
Elm sahəsi geologiya
Elmi dərəcələri
Elmi adı
İş yeri
Təhsili
Üzvlüyü
Mükafatları "Britaniya imperiyası" ordeni zabiti Cəngavər bakalavrı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Duqlas Mouson[3] (ing. Sir Douglas Mawson; 5 may 1882[1]14 oktyabr 1958[2][1][…]) — avstraliyalı geoloq, Antarktida araşdırmaçısı, üç Antarktika ekspedisiyasının iştirakçısı.

Təhsil[redaktə | mənbəni redaktə et]

Duqlas Mouson 5 may 1882-ci ildə Bredford şəhərində bir ingilis ailəsində anadan olmuşdur. 1884-cü ildə onun hələ iki yaşı olarkən ailəsi Avstraliyaya köçmüşdür. 16 yaşında ikən Sidney Universitetinə daxil olmuşdur. 1901-ci ildə universiteti dağ mühəndisi olaraq bitirmişdir[4]. 1904-cü ildə o kursu bitirərək bakalavr dərəcəsi alır. Adeleidaya mineralogiya üzrə məruzələr demək məqsədi ilə dəvət edilir. 1920–1954-cü illər ərzində geologiya kafedrasının aparıcı üzvü olmuşdur.

Ekspedisiya[redaktə | mənbəni redaktə et]

Mouson ilk dəfə 1903-cü ildə altı ay müddətində Yeni Hebrid adalarının geologiyasını araşdırmışdır. 1907–1909 illərdə Birinci Şelkton ekspedisiyası zamanı 1909-cu ilin 16 yanvar tarixində Cənub maqnit qütbündə olmuşdur.

Avstraliyaya qayıtdıqdan sonra özünün müstəqil ekspedisiyasını təşkil etməyi qərarlaşdırır. Hədəf isə o zamanlara qədər az məlum olan Uilks Torpağını araşdırmaq olmuşdur. Avstraliya Antarkika ekspedisiyası zamanı yüzdən çox yeni coğrafi obyektin açılışını etmişdir.

Bu ekspedisiyadan sonra Mouson qütb araşdırmaçısı olaraq təsdiqlənmişdir. Britaniya imperiya ordeninə və zadəgan tituluna layiq görülmüşdür. 1929–1931 illərdə Mouson Britaniya-Avstraliya-Yeni Zelandiya Antarktik ekspedisiyasında iştirak etmişdir.

Xatirəsi[redaktə | mənbəni redaktə et]

Mousonun xatirəsinə bir çox coğrafi obyektlər adlandırılmışdır: Mouson dənizi, Mouson yarımadası, Mouson sahili, Mouson vulkanı, Mouson Antarktika stansiyası.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 1,3 Sir Douglas Mawson // Encyclopædia Britannica (ing.).
  2. 2,0 2,1 Моусон Дуглас // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  3. Alderman, A. R.; Tilley, C. E. "Douglas Mawson 1882-1958". Biographical Memoirs of Fellows of the Royal Society. 5. 1960: 119. doi:10.1098/rsbm.1960.0011.
  4. Jacka, F. J. "Mawson, Sir Douglas (1882–1958)". Australian Dictionary of Biography Online. 21 April 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 July 2016.

Mənbə[redaktə | mənbəni redaktə et]