Hikmət Mirzəyev — Vikipediya

Hikmət Mirzəyev
Hikmət Mirzəyev 2020-ci il Zəfər Paradında
Hikmət Mirzəyev 2020-ci il Zəfər Paradında
Vəzifədədir
11 yanvar 2024-cü ildən
(ləqəbi: Şuşa Fatehi)
Prezidentİlham Əliyev
NazirZakir Həsənov
ƏvvəlkiƏnvər Əfəndiyev
Şəxsi məlumatlar
Doğum tarixi 29 fevral 1968(1968-02-29) (56 yaş)
Doğum yeri
Fəaliyyəti zabit
Hərbi xidmət
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rəhbərlik edib Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Döyüşlər Birinci Qarabağ müharibəsi
Aprel döyüşləri
Tovuz döyüşləri
İkinci Qarabağ müharibəsi
Rütbəsi
General-leytenant

Təltifləri
"Vətən Müharibəsi Qəhrəmanı" medalı — 2020
"Qarabağ" ordeni — 2023 "Azərbaycan Bayrağı" ordeni — 1994 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2015 "Vətən uğrunda" medalı — 2007 "İgidliyə görə" medalı — 2003 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2021 "Füzulinin azad olunmasına görə" medalı — 2020 "Qubadlının azad olunmasına görə" medalı — 2020 "Şuşanın azad olunmasına görə" medalı — 2020 "Kəlbəcərin azad olunmasına görə" medalı — 2020 "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hikmət İzzət oğlu Mirzəyev (29 fevral 1968, Puşkin) — Azərbaycan hərbi xadimi, general-leytenant (2020), Azərbaycan Respublikası müdafiə nazirinin müaviniQuru Qoşunlarının komandanı (2024-cü ildən), Vətən Müharibəsi Qəhrəmanı (2020). Xüsusi Təyinatlı Qüvvələrin keçmiş komandanı (2014–2024), Aprel döyüşlərininİkinci Qarabağ müharibəsinin hərbi rəhbərlərindən biridir. Hikmət Mirzəyev Cəbrayıl rayonununŞuşa şəhərinin azad olunması əməliyyatlarına rəhbərlik etmişdir.

Həyatı

Hikmət Mirzəyev 29 fevral 1968-ci ildə hazırkı Biləsuvar şəhərində anadan olmuşdur.[1] 1989-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirdikdən sonra SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri vəzifəsində xidmətə başlamışdır. 1992–1998-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində bölük, tabor, əlahiddə xüsusi təyinatlı tabor və briqada komandiri vəzifələrində xidmət edib. 1997–1998-ci illərdə Türkiyə Respublikasının Quru Qoşunları Hərbi Akademiyasında təhsil alıb. 1999-cu ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2014-cü ildən isə Xüsusi Təyinatlı Qüvvələrin komandanı vəzifəsinə təyin olunub.[2]

Birinci Qarabağ müharibəsində iştirak etmiş, xüsusi təyinatlı taborun üzvü olmuşdur.[3] 1992-ci ilin dekabrında Xocalı rayonu ərazisindəki o zaman Ağdam üçün böyük təhlükə təşkil edən Fərrux yüksəkliyini azad etmək üçün Müdafiə Nazirliyinin göstərişi ilə Mehman Səlimovun komandanlığı ilə aparılmış hücum əməliyyatı zamanı Hikmət Mirzəyev kapitan rütbəsində hərbi birliyin kəşfiyyat bölüyünün komandiri kimi döyüşmüşdür.[4]

O, Heydər Əliyevin Prezident olduğu illərdə polkovnik-leytenant hərbi rütbəsini daşımışdır.[5] Ona polkovnik rütbəsini də məhz Heydər Əliyev təqdim etmişdir. Hikmət Mirzəyev 19 yanvar 2002-ci ildə Heydər Əliyevin imzaladığı sərəncamla general-mayor ali hərbi rütbəsinə layiq görülüb. 17 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən general-mayor Hikmət İzzət oğlu Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verilmişdir.[6]

Bundan başqa, Hikmət Mirzəyev 24 iyun 2003-cü ildə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsində xüsusi xidmətlərinə, özünün xidməti vəzifələrini və hərbi hissəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində fərqləndiyinə görə Heydər Əliyevin fərmanı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir.

24 iyun 2015-ci ildə isə Hikmət Mirzəyev Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

2016-cı ilin aprelində və 2020-ci ildə Dağlıq Qarabağda aparılan hərbi əməliyyatların rəhbərlərindən olmuşdur. O, bundan öncə Cəbrayıl rayonunun 27 il davam edən işğaldan azad edilməsi əməliyyatına başçılıq edib. Bu münasibətlə dövlət başçısı Mirzəyevə zəng edərək onu təbrik etmişdir.[7]

2016-cı ilin aprel döyüşlərində işğal edilmiş torpaqların azad edilməsində əsas rol oynayan xüsusi təyinatlılar 2018-ci ildə Ordunun 100 illiyi münasibətilə keçirilən hərbi paradda general Hikmət Mirzəyevin başçılığı altında keçiblər.

2024-cü il yanvarın 11-də Azərbaycan Respublikası müdafiə nazirinin müaviniQuru Qoşunlarının komandanı təyin edilib.[1]

Şəxsi həyatı

Ailəlidir. İki övladı var.[8]

Təltifləri

İstinadlar

  1. 1,0 1,1 "General Hikmət Mirzəyev müdafiə nazirinin müavini təyin edilib". Apa.az (az.). 2024-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-12.
  2. "General-leytenant Mirzəyev Hikmət İzzət oğlu. Müdafiə nazirinin müavini — Quru Qoşunlarının komandanı". mod.gov.az. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi. 12 yanvar 2024. 2024-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 yanvar 2024.
  3. "Hikmət Mirzəyev 28 il öncə". qafqazinfo.az. 2 iyun 2021. 2021-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  4. Hikmət Mirzəyevə qarşı XAİN PLAN: Şuşa fatehinin əsas düşmənləri AÇIQLANDI
  5. "General Hikmət Mirzəyev". 2023-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-28.
  6. "H.İ.Mirzəyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 17 oktyabr 2020. 2020-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2020.
  7. "Onunla döyüşdə üz-üzə gəlmək intihardır"
  8. "Hikmət Mirzəyev müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı təyin olunub – RƏSMİ". Report İnformasiya Agentliyi (az.). 2024-01-12. 2024-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-12.
  9. "Azərbaycan Respublikasının hərbi qulluqçularının "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". e-qanun.az. 1 yanvar 1994. 2018-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  10. "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqcularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". e-qanun.az. 24 iyun 2003. 2020-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  11. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 21 iyun 2007. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2021.
  12. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 24 iyun 2015. 13 may 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2020.
  13. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası). 09.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.
  14. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası). 24.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
  15. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası). 25.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  16. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası). 29.12.2020. 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  17. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası). 29.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  18. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası). 29.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  19. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  20. "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı). 07.11.2023. 2023-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 07.11.2023.

Xarici keçidlər