"Vətən müharibəsi iştirakçısı" medalı — Vikipediya

"Vətən müharibəsi iştirakçısı" medalı

Ölkə Azərbaycan Azərbaycan
Tip medal
Status təqdim olunur
Statistika
Təsis tarixi 26 noyabr 2020
Ardıcıllıq
Yüksək mükafat "Laçının azad olunmasına görə" medalı
Aşağı mükafat "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalı

"Vətən müharibəsi iştirakçısı" medalıAzərbaycanın dövlət təltifi və medalı. İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilmişdir.

Təltif edilən şəxslər[redaktə | mənbəni redaktə et]

"Vətən müharibəsi iştirakçısı" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması uğrunda Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçiləri təltif edilir.

Təltif edən orqan[redaktə | mənbəni redaktə et]

"Vətən müharibəsi iştirakçısı" Azərbaycan Respublikasının medalı ilə Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının Prezidenti təltif edir.

Taxılma qaydası[redaktə | mənbəni redaktə et]

"Vətən müharibəsi iştirakçısı" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Laçının azad olunmasına görə" medalından sonra taxılır.

Medalın təsviri[redaktə | mənbəni redaktə et]

Medalın ümumi təsviri[redaktə | mənbəni redaktə et]

"Vətən Müharibəsi iştirakçısı" Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, guşələrinin ətrafı üçbucaq formalı xətlərlə, guşələrinin arası qövsvarı xətlərlə konturlanmış, guşələri ikitərəfli hamar şüalı, guşələrinin arası 32 ədəd qısa ikitərəfli hamar şüalı diametri 42 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.

Medalın ön tərəfi[redaktə | mənbəni redaktə et]

  • Medalın ön tərəfində ulduzun üzərində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir. Xarici və daxili çevrələrin arasında qırmızı minalı fonda yuxarı qövs boyunca VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI sözləri yazılmışdır, aşağı qövs boyunca mərkəzdən sol və sağ tərəflərə doğru dəfnə çələngləri təsvir olunmuşdur. Yazı ilə çələnglərin arasında, sol və sağ tərəflərdə iki səkkizguşəli ulduz təsvir olunmuşdur.
  • Daxili çevrənin içərisində səthi relyefli xətlərlə işlənmiş dairənin mərkəzində qoşa xətlərlə konturlanmış səkkizguşəli ulduz formalı lövhə, lövhənin mərkəzində isə ikitərəfli hamar şüalı səkkizguşəli ulduz təsvir olunmuşdur.
  • Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.[1]

Medalın arxa tərəfi[redaktə | mənbəni redaktə et]

  • Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

Medalın elementləri[redaktə | mənbəni redaktə et]

  • Medalın paltara bərkidilmək üçün elementi vardır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 ""Vətən müharibəsi iştirakçısı" Azərbaycan Respublikası medalının təsviri". president.az. 1 dekabr 2020. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2020.