Zəfər Yusibov — Vikipediya

Zəfər Yusibov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Çayqaraqoyunlu, Şəki, AzSSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Daxili İşlər Nazirliyi
Qoşun növü Azərbaycan Daxili Qoşunlar
Xidmət illəri 2003 — h. h.
Rütbəsi Polkovnik
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Murovdağ döyüşləri
 • Cəbrayılın azad edilməsi
 • Hadrutun azad edilməsi
Təltifləri
"Vətən Müharibəsi Qəhrəmanı" medalı
"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Cəbrayılın azad olunmasına görə" medalı — 2021 "Xocavəndin azad olunmasına görə" medalı — 2021 "Kəlbəcərin azad olunmasına görə" medalı — 2020 "Hərbi xidmətlərə görə" medalı — 2010 "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zəfər Qəzənfər oğlu Yusibov (1982, Şəki rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının polkovniki, "Şahin" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri, İkinci Qarabağ müharibəsi qazisi, Vətən Müharibəsi Qəhrəmanı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Zəfər Yusibov 1982-ci ildə Şəki rayonunun Çayqaraqoyunlu kəndində anadan olub. 1988-1999-cu illərdə Çayqaraqoyunlu kənd tam orta məktəbində təhsil alıb. 1999-2003-cü illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) ali hərbi təhsil alıb. Ailəlidir. 2 övladı var.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Zəfər Yusibov 2003-cü ildən Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında xidmət edir.

Kapitan Zəfər Yusibov Azərbaycan Prezidenti İlham Əliyevin 11 mart 2010-cu il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Polkovnik Zəfər Yusibov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "Şahin" Xüsusi Təyinatlı Dəstəsinin Komandiridir.

Zəfər Yusibov müxtəlif illərdə Türkiyə Respublikasında keçdiyi peşə və ixtisasartırma kurslarında iştirak edib:

-Komando kursu,

-Komando ixtisas kursu,

-Snayper kursu,

-Girovların Təyyarədə,Qatarda, Avtobusda,yaşayış məntəqəsində azad olunması üzrə kursu,(2 dəfə)

-Su altı axtarma və zərərsizləşdirmə kursu,

-İngilis dili kursu,

-Quru qoşunlarının akademiyası (indiki milli müdafiə universiteti).

Vətən müharibəsi[redaktə | mənbəni redaktə et]

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının polkovniki olan Zəfər Yusibov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcər, Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayıl, Xocavənd istiqamətlərində gedən döyüşlərdə savaşıb və döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin məhv edilməsində fərqlənib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Zəfər Yusibova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.[1]

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Zəfər Yusibov "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Zəfər Yusibov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Zəfər Yusibov "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (az.)). 09.12.2020. 2020-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.12.2020.
  2. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (az.)). 29.12.2020. 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı) (az.)). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı) (az.)). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.