Şahin Məmmədov (general-leytenant) — Vikipediya

Şahin Məmmədov
Vəzifədədir
15 noyabr 2013-cü ildən
NazirVilayət Eyvazov
ƏvvəlkiZakir Həsənov
Şəxsi məlumatlar
Doğum tarixi 10 yanvar 1961(1961-01-10) (63 yaş)
Doğum yeri
Hərbi xidmət
Mənsubiyyəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
Qoşun növü Azərbaycan Daxili Qoşunlar
Rütbəsi
General-leytenant

Təltifləri "Qarabağ" ordeni — 2020 "Azərbaycan Bayrağı" ordeni — 2019 "Vətən uğrunda" medalı — 2013 "Hərbi xidmətlərə görə" medalı — 2002

Şahin İsgəndər oğlu Məmmədov (10 yanvar 1961, Zəlimxan, Ağstafa rayonu) — Azərbaycan hərbi xadimi, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant.

Həyatı[redaktə | mənbəni redaktə et]

Şahin İsgəndər oğlu Məmmədov 10 yanvar 1961-ci ildə Qazax rayonu, Yenikənd kəndində (indiki Ağstafa rayonu, Zəlimxan kəndi) anadan olub.

O, 1986-cı ildə DİN-in Saratov Ali Hərbi Komandanlıq Məktəbini və 1999-cu ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunu bitirib.

Ş. Məmmədov 1979–1981-ci illərdə SSRİ DİN Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmətdə olub. 1982–1986-cı illərdə SSRİ DİN-in Saratov Ali Hərbi Komandanlıq Məktəbində təhsil alıb, 1986–1992-ci illərdə isə SSRİ DİN-in Daxili Qoşunlarında zastava rəisinin siyasi hissə üzrə müavini, zastava rəisi, tabor komandirinin müavini — qərargah rəisi vəzifələrinədək yüksəlib.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra isə Şahin Məmmədov 9 iyun 1992-ci ildə xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının Baş İdarəsinin sərəncamına göndərilib.

O, 1992–1997-ci illərdə Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarında hərbi hissə (əlahiddə tabor) komandiri, hərbi hissə (briqada) komandirinin müavini — qərargah rəisi, hərbi hissənin (alay) komandiri vəzifələrində xidmət edib.

Xidməti ərzində 1998-ci ildən 15 noyabr 2013-cü ilədək Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının Baş İdarəsində Qərargah rəisinin müavini, Qərargah rəisinin müavini — Əməliyyat və döyüş hazırlığı İdarəsinin rəisi, Daxili Qoşunların Qərargahı rəisinin 1-ci müavini vəzifələrinədək yüksəlib.

Azərbaycan Respublikası Prezidentinin 9 mart 2011-ci il tarixli 1384 nömrəli Sərəncamı ilə Şahin Məmmədova "general-mayor" hərbi rütbəsi verilib.

Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2013-cü il tarixli 64 nömrəli Sərəncamı ilə isə Daxili İşlər Nazirinin müavini[1] — Daxili Qoşunların Komandanı vəzifəsinə təyin edilib.[2][3]

Qeyd edək ki, Şahin Məmmədov Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda erməni təcavüzkarlarına qarşı aparılan döyüş əməliyyatlarında da fəal iştirak edib. Onun 1992-ci ilin sentyabr ayında Ağdam rayonunun Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə şəxsi heyətə bacarıqlı rəhbərliyi altında yüksəklik düşməndən azad edilib. Şahin Məmmədovun özü isə döyüşlər zamanı yaralanıb.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəlidir, 3 övladı var.

Mükafatları[redaktə | mənbəni redaktə et]

30 iyun 2002-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı,[4]

10 mart 2012-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı,[5]

29 iyun 2019-cu il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni,

9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Qarabağ" ordeni ilə təltif edilib.[6]

11 mart 2015-ci il tarixdə general-leytenant hərbi rütbəsi verilib.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Ş.İ.Məmmədovun Azərbaycan Respublikası daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı təyin edilməsi haqqında". e-qanun.az. 2024-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-27.
  2. "Daxili Qoşunların Komandanı - Məmmədov Şahin İsgəndər Oğlu". Mia.gov.az. 2022-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-27.
  3. 3,0 3,1 "Ş.İ.Məmmədova general-leytenant hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". President.az. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-27.
  4. "Şahin Məmmədov - "Hərbi xidmətlərə görə" medalı" (PDF). mia.gov.az. 2022-07-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-02-27.
  5. ""Vətən uğrunda" medalı - Məmmədov Şahin İsgəndər oğlu - general-mayor". e-qanun.az. 2024-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-27.
  6. ""Qarabağ" ordeni - Məmmədov Şahin İsgəndər oğlu – general-leytenant". President.az. 2022-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-27.