Namiq İslamzadə — Vikipediya

Namiq İslamzadə
Şəxsi məlumatlar
Doğum tarixi 7 may 1974(1974-05-07) (49 yaş)
Doğum yeri
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Hərbi Hava Qüvvələri
Xidmət illəri 2000-ci ildən
Rütbəsi
General-mayor
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Hadrutun azad edilməsi
Təltifləri
"Vətən Müharibəsi Qəhrəmanı" medalı — 2020
"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı"Azərbaycan Bayrağı" ordeni — 2008 "Vətən uğrunda" medalı "Hərbi xidmətlərə görə" medalı — 2005 "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı "Füzulinin azad olunmasına görə" medalı "Xocavəndin azad olunmasına görə" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Namiq Sərəfruz oğlu İslamzadə (7 may 1974, Yeni Daşkənd, Bərdə rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, İkinci Qarabağ müharibəsinin komandanlarından biri, Vətən Müharibəsi Qəhrəmanı (2020).

Həyatı[redaktə | mənbəni redaktə et]

Namiq İslamzadə 7 may 1974-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. 1981–1988-ci illərdə Bakı şəhəri Hövsan qəsəbəsindəki 76 nömrəli orta məktəbində, 1988–1991-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi liseydə oxumuşdur. 1991-ci ildə Minsk Ali Hərbi Siyasi Ümumqoşun məktəbinə qəbul olmuş, 1992-ci ilin aprel ayına qədər həmin məktəbdə təhsil almışdır. SSRİ dağıldıqdan sonra Azərbaycana qayıtmış, 1992-ci ilin sentyabr ayına qədər Bakı Ali Hərbi Birləşmiş Komandanlıq məktəbində təhsil almışdır. 1992-ci ilin sentyabr ayında təhsilini davam etdirmək üçün Türkiyə Respublikasının Ali Hərbi Təyyarəçilik Məktəbinə göndərilmiş və 1996-cı ildə həmin məktəbdən təyyarəçi ixtisası üzrə məzun olmuşdur.[1]

2019-cu ilin noyabr ayından Azərbaycan Hərbi Hava Qüvvələrində aviasiyanın rəisi vəzifəsində çalışır.

İngilis, rus və türk dillərini bilir.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Namiq İslamzadə 2016-cı ildən Azərbaycan Silahlı Qüvvələrinin Kürdəmir rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edir.

Polkovnik Namiq İslamzadəyə Azərbaycan Prezidenti İlham Əliyevin 7 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "general-mayor" ali hərbi rütbəsi verilmişdir.[2]

Təltifləri[redaktə | mənbəni redaktə et]

Mayor Namiq İslamzadə Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2005-ci il tarixli 860 nömrəli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.[3]

Polkovnik-leytenant Namiq İslamzadə Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2008-ci il tarixli 2905 nömrəli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.[4]

Polkovnik Namiq İslamzadə Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2020-ci il tarixli 2127 nömrəli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.[5]

9 dekabr 2020-ci ildə İslamzadə Namiq Sərəfruz oğluna "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir.[6]

Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu general-mayor İslamzadə Namiq Sərəfruz oğlu 25 dekabr 2020-ci ildə ""Füzulinin azad olunmasına görə"" medalı ilə təltif edilmişdir.[7]

Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu general-mayor İslamzadə Namiq Sərəfruz oğlu 25 dekabr 2020-ci ildə "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.[8]

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Yaquboğlu, Araz. Daşkənddən Yeni Daşkəndə (PDF) (az.). Bakı: Elm və təhsil. 2023. səh. 217. ISBN 978-9952-568-22-6.
  2. "Azərbaycan Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına "general-mayor" ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) (az.)). 07.12.2020. 2020-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 07.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24 iyun 2005-ci il tarixli 860 nömrəli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) (az.)). 24.06.2005. 2021-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.12.2020.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25 iyun 2008-ci il tarixli 2905 nömrəli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) (az.)). 25.06.2008. 2020-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.12.2020.
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25 iyun 2020-ci il tarixli 2127 nömrəli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) (az.)). 25.06.2020. 2021-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.12.2020.
  6. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 2020-12-09. 2020-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-11.
  7. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamı" (az.). president.az. 2020-12-25. 2021-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-05.
  8. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamı" (az.). president.az. 2020-12-25. 2021-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-05.