Nəsib Məhəməliyev — Vikipediya
Nəsib Məhəməliyev | |
---|---|
Vəzifədədir | |
2015-ci ildən | |
Seçki dairəsi | 2015, 2020 — 109 saylı Balakən |
Əvvəlki | Rəbiyyət Aslanova |
3 mart 2006 – 2 sentyabr 2015 | |
Əvvəlki | Tahir Quliyev |
Sonrakı | Asif Əsgərov |
27 iyul 2000 – 3 mart 2006 | |
Əvvəlki | Şücaət Bağırov |
Sonrakı | Asif Məmmədov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 fevral 1961 (63 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
| |
Təltifləri |
Nəsib Məhəmməd oğlu Məhəməliyev (11 fevral 1961, Balakən rayonu) — Azərbaycan Milli Məclisinin V və VI çağırış deputatı, Balakən Rayon İcra Hakimiyyətinin başçısı (2000–2006), Nəsimi Rayon İcra Hakimiyyətinin başçsı (2006–2015).
Həyatı
[redaktə | mənbəni redaktə et]Nəsib Məhəməliyev 11 fevral 1961-ci ildə Balakən rayonunda anadan olmuşdur. 1982–1987-ci illərdə Kuybşev Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunun Dəmiryol nəqliyyatında "Daşınma prosesinin idarə olunması" ixtisası üzrə, 1991–1995-ci illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini "hüquqşünaslıq" ixtisası üzrə bitirib.
Siyasi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]2000–2006-cı illərdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı, 2006–2015-ci illərdə isə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
Partiya fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Nəsib Məhəməliyev bir müddət Vətəndaş Həmrəyliyi Partiyasının Balakən Rayon Təşkilatının sədr müavini olmuşdur, lakin o, daha sonra partiyadan istefa verərək Yeni Azərbaycan Partiyasına üzv olmuşdur.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2021-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-16.