Asiyət Yusifova — Vikipediya

Asiyət Yusifova
1970 – 1974
ƏvvəlkiTəmraz Əbdürrəhmanov
SonrakıBilal Mahmudov
bayraq
Azərbaycan Kommunist Partiyası Qax Rayon Komitəsinin birinci katibi
bayraq2
1964 – 1970
ƏvvəlkiVəzifə təsis edildi.[a]
SonrakıSəfiyyə Dibirova
bayraq
Zaqatala Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
bayraq2
1963 – 1964
bayraq
Azərbaycan Kommunist Partiyası Qax Rayon Komitəsinin birinci katibi
bayraq2
196? – 1963
SonrakıVəzifə ləğv edildi.[a]
bayraq
Azərbaycan Kommunist Partiyası Qax Rayon Komitəsinin ikinci katibi
bayraq2
1959 – 196?
Şəxsi məlumatlar
Doğum tarixi 5 dekabr 1923(1923-12-05)
Doğum yeri
Vəfat tarixi 20 dekabr 2022(2022-12-20) (99 yaşında)
Vəfat yeri
Təhsili
  • Nizami Gəncəvi adına İlisu kənd tam orta məktəbi[d]
Fəaliyyəti siyasətçi

Təltifləri "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
XTNS qızıl medalı XTNS qızıl medalı XTNS gümüş medalı Azərbaycan SSR Qabaqcıl maarif xadimi

Asiyət Nəcməddin qızı Yusifova (5 dekabr 1923, İlisu20 dekabr 2022, İlisu, Qax rayonu) — Azərbaycan-sovet dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Balakən Rayon Komitəsinin birinci katibi, Qax Rayon Komitəsinin birinci katibi və ikinci katibi, Zaqatala Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri.

Həyatı[redaktə | mənbəni redaktə et]

1923-cü ildə İlisu kəndində kəndli ailəsində doğulmuşdur. İlisu kənd orta məktəbini və 1952-ci ci ildə Şəki ikiillik Müəllimlər İnstitutunu 1954-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun qiyabi şöbəsini bitirmişdir.

1942-ci ildə İlisu kəndində müəllim kimi əmək fəaliyyətinə başlamışdır. 1949-cu iləsək müəllim olaraq çalışmışdır. 1954-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir.

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Asiyət Yusifova 1950–1952-ci illərdə ildə Qax Rayon Komsomol Komitəsinin ikinci katibi vəzifəsini tutmuşdur. 1952-ci ildən Azərbaycan Kommunist Partiyası Qax Rayon Komitəsində şöbə müdiri, 1954-cü ildən rayon qəzetinin redaktoru, eyni zamanda Qax Rayon Partiya Komitəsində qadınlar arasında iş aparan şöbənin müdiri vəzifəsində çalışmışdır. 1958-ci ildən 1959-cu ilədək Azərbaycan KP MK-da təlimatçı vəzifəsində çalışmışdır.

Asiyət Yusifova 1959-cu ildən Azərbaycan Kommunist Partiyası Qax Rayon Komitəsində əvvəlcə ikinci katib, sonra isə birinci katib vəzifəsinə seçilmişdir.

4 yanvar 1963-cü ildə Qax rayonuBalakən rayonu ləğv olunaraq Zaqatala rayonuna birləşdirilmişdir. Asiyət Yusifova 1963–1964-cü illərdə birləşmiş Zaqatala Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır. 17 iyun 1964-cü ildə yenidən müstəqil Qax rayonu təşkil olunmuşdur. Asiyət Yusifova isə Azərbaycan Kommunist Partiyası Qax Rayon Komitəsinin birinci katibi seçilmişdir.

Asiyət Yusifova 1970-ci ildən Azərbaycan Kommunist Partiyası Balakən Rayon Komitəsinin birinci katibi, 1974-cü ildən isə Azərbaycan SSR Nazirlər Sovetində referent vəzifəsində işləmişdir.

1981-ci ildən ittifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur. Azərbaycan KP MK-nin XXV, XXVI, XXVII, XXVIII qurultaylarının nümayəndəsi olmuş və MK-nın tərkibinə seçilmişdir. Sovet İttifaqı Kommunist Partiyası XXIII qurultayının nümayəndəsi, VI, VII, VIII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

Mükafatları[redaktə | mənbəni redaktə et]

"Lenin", "Oktyabr inqilabı", "Qırmızı əmək bayrağı" ordenləri, "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı, Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanları, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin iki qızıl və bir bürünc medalı ilə təltif olunmuş, respublikanın "Qabaqcıl maarif xadimi" fəxri adına layiq görülmüşdür.

Qeydlər[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Qax rayonu 1963–1964-cü illərdə Zaqatala rayonuna birləşdirilmişdi.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • İlisu (ensiklopedik məlumat kitabı) Bakı Vətən-2012 s 158
  • Азәрбајҹан ССР Али Советинин депутатлары. Сәккизинҹи чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1973. С. 184.

İstinadlar[redaktə | mənbəni redaktə et]