Madər Musayev — Vikipediya

Madər Musayev
Madər Ələsgər oğlu Musayev
12 noyabr 1995 – 14 iyul 2023
Seçki dairəsi1995, 2000 — 23 saylı Binəqədi-Qaradağ
2005, 2010, 2015, 2020 — 10 saylı Binəqədi üçüncü
ƏvvəlkiVəzifə təsis edildi. (23 saylı)
Vəzifə təsis edildi. (10 saylı)
SonrakıVəzifə ləğv edildi. (23 saylı)
30 sentyabr 1990 – 12 noyabr 1995
Seçki dairəsi16 nömrəli Binəqədi
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıVəzifə ləğv edildi.
Şəxsi məlumatlar
Doğum tarixi 26 noyabr 1947(1947-11-26)
Doğum yeri
Vəfat tarixi 14 iyul 2023(2023-07-14) (75 yaşında)
Dəfn yeri
Partiya
Fəaliyyəti siyasətçi

Təltifləri "Şərəf" ordeni — 2017 "Şöhrət" ordeni 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2022 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Madər Ələsgər oğlu Musayev (26 noyabr 1947, Bakı14 iyul 2023) — Azərbaycan Respublikasının Milli Məclisinin I, II, III, IV, VVI çağırış deputatı, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Madər Musayev 26 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. Moskva Koperativ İnstitutunun Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirmişdir. 1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləmişdir. 1986–1995-ci illərdə "Bahar" ticarət mərkəzinin müdiri vəzifəsində çalışmışdır.[1]

Madər Musayev 14 iyul 2023-cü il tarixində ağciyər və böyrək çatışmazlığından[2] vəfat etmişdir.[3] Binəqədi rayonu kənd qəbiristanlığında dəfn edilmişdir.[4]

Evli və 3 övladı var idi.

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Milli Məclisinin I, II, III, IV, VVI çağırış deputatı və Azərbaycan Ali Sovetinin XII çağırış deputatı olmuşdur.

Mükafatları[redaktə | mənbəni redaktə et]

"Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilmişdir.[5]

25 noyabr 2022-ci ildə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib[6]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Hacı Madər həyatı". 2023-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-14.
  2. Baku TV. "Millət vəkili Madər Musayevin ölüm səbəbi məlum oldu" (az.). Youtube.com. 14.07.2023. 2023-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-17.
  3. "Deputat Madər Musayev vəfat edib". 2023-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-14.
  4. "Madər Musayev dəfn edilib". 2023-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-14.
  5. "M.Ə.Musayevin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-24.
  6. "M.Ə.Musayevin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-25.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]