Cavanşir Paşazadə — Vikipediya
Cavanşir Paşazadə | |
---|---|
Vəzifədədir | |
2005-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 aprel 1953 (71 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
| |
Təltifləri |
Cavanşir Hümmət oğlu Paşazadə (12 aprel 1953, Cil, Lənkəran rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin III çağırış[1], IV çağırış, V çağırış və VI çağırışların deputatı.
Həyatı[redaktə | mənbəni redaktə et]
1953-cü il aprelin 12-də Lənkəran rayonunun Cil kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Kənd təsərrüfatının iqtisadiyyatı və təşkili fakültəsini bitirmişdir. Fəlsəfə doktorudur. Rus, tacik və özbək dillərini bilir.
1972–1974-cü illərdə hərbi xidmət keçmiş, 1974–1976-cı illərdə Özbəkistanın Buxara şəhərində texnikumda təhsil almışdır. 1977-ci ildən Lənkəran Su Tikinti İdarəsində texnik, mühəndis, suvarma istehsalatında sahə ustası, sahə rəisi, tikinti trestində əmtəəşünas, usta işləmişdir. 1986-cı ildən Lənkəran Texniki Materiallar Bazasında mühəndis, neft məhsulları bazasında operator, paylayıcı briqadir, direktor müavini olmuşdur. 1992-ci ildən Lənkəran 3 saylı çay fabrikinin direktoru, 1998–2005-ci illərdə Qızılağac Dövlət Təbiət Qoruğunun direktoru vəzifələrində çalışmışdır.
Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]
Yeni Azərbaycan Partiyası Təftiş komissiyasının üzvüdür. III–VI çağırış Milli Məclisin deputatı olmuşdur. Azərbaycan-BƏƏ parlamentlərarası əlaqələri üzrə işçi qrupun rəhbəridir.[2].
Mükafatları[redaktə | mənbəni redaktə et]
- 11 aprel 2013-cü il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.
- 11 aprel 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şərəf" ordeni ilə təltif edilib.[3]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az Arxivləşdirilib 2017-08-09 at the Wayback Machine (az.)
- ↑ "Parlamentlərarası əməkdaşlıq". 2022-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-26.
- ↑ "C.H.Paşazadənin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-12.