Rüstəm Səfərəliyev — Vikipediya

Rüstəm Səfərəliyev
Rüstəm Səfərəliyev.png
bayraqAzərbaycan Kommunist Partiyası Bərdə Rayon Komitəsinin birinci katibibayraq
1974 — 1990
bayraqAzərbaycan Kommunist Partiyası Xanlar Rayon Komitəsinin birinci katibibayraq
1971 — 1973
Xələfi Feyruz Mustafayev
bayraqAzərbaycan Kommunist Partiyası Zaqatala Rayon Komitəsinin birinci katibibayraq
1952 — ?
bayraqAzərbaycan Kommunist Partiyası Balakən Rayon Komitəsinin birinci katibibayraq
1947 — 1952
Sələfi Sirac Dibirov
Xələfi Zəbi Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi 1909
Doğum yeri
Vəfat tarixi 1991
Vəfat yeri
Partiya
Təhsili

Təltifləri Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni

Sərəfəliyev Rüstəm Qasım oğlu (1909, Qoçəhmədli, Qaryagin qəzası1991, Bakı) — partiya və dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Sərəfəliyev Rüstəm Qasım oğlu 1909-cu ildə Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub[1].

Sosialist Əmək Qəhrəmanı (1949). 1929–1974-cü illərdə müəllim, Pedaqoji texnikumun direktoru, Bakıda məktəb direktoru, Keşlə rayonunun Xalq Maarif şöbəsinin müdiri, AKR MK aparatında təlimatçı, Şəki RK-nın katibi, Azərbaycan KP Balakən, Zaqatala, Bərdə, Göyçay Rayon Komitələrinin birinci katibi və s. vəzifələrdə işləmişdir.

1948-ci ildə dövlətə kənd təsərrüfatı məhsulların istehsalı və satışının yerinə yetirilməsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Sov.İKP 19, 25, 26 və AKP 18–30-cu qurultayların nümayəndəsi olmuş, 1951-ci ildən AKP MK üzvü idi.

Azərbaycan SSR Ali Sovetinin (1, 5, 7–10-cu çağırış) deputatı idi. 4 dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" ordenləri və medallarla təltif edilmişdir.

Haqqında[redaktə | mənbəni redaktə et]

Sosialist Əməyi Qəhrəmanı, uzun illər partiya və dövlət sahəsində çalışmış, tanınmış təsərrüfatçı Rüstəm Səfərəliyevə həsr olunmuş "Bizim katib" adlı film çəkilmişdir. Kinoportretdə raykom katibinin gündəlik işi, qayğıları öz əksini tapmışdır.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Qasımzadə İ. "Bərdə nə gözəlsən…", Azərbaycan KP Bərdə Rayon Komitəsinin birinci katibi, Sosialist Əməyi Qəhrəmanı Rüstəm Səfərəliyevlə müsahibə / İ.Qasımzadə, D.Mustafayev // Azərbaycan. — 1985. — № 6.- S.92–97[2].

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Əmək adamları: Sərəfəliyev Rüstəm Qasım o.[ölü keçid]
  2. "Arxivlənmiş surət" (PDF). 2015-12-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-10-20.