İslam Rzayev (icra başçısı) — Vikipediya

İslam Rzayev
bayraq
Balakən Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
Vəzifədədir
18 may 2011-ci ildən
ƏvvəlkiAsif Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 1965
Doğum yeri
Partiya

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

İslam Vahid oğlu Rzayev (1965, Göyçay rayonu) — Balakən Rayon İcra Hakimiyyətinin başçısı.

Həyatı[redaktə | mənbəni redaktə et]

1965-ci ildə Azərbaycan Respublikasının Göyçay rayonunda anadan olmuşdur. 1988-ci ildə Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialını iqtisadçı ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1988-ci ildə Göyçay rayonu Maliyyə idarəsində böyük iqtisadçı kimi başlamış, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Göyçay rayonu və Bakı şəhərinin Nizami və Əzizbəyov rayonları üzrə strukturlarında şöbə rəisi, müfəttişliyin rəisi, idarə rəisinin müavini işləmişdir.

"Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətində baş mütəxəssis vəzifəsində çalışmış, 2007-ci ildən 18 may 2011-ci ilədək Azərbaycan Dövlət Neft Şirkətinin Audit Departamentində rəis müavini işləmişdir.

Ailəlidir, 3 övladı var.

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

İslam Rzayev 18 may 2011-ci ildən Balakən rayon İcra Hakimiyyətinin başçısıdır. YAP-ın üzvüdür.

İstinadlar[redaktə | mənbəni redaktə et]