Asif Məmmədov (icra başçısı) — Vikipediya

Asif Məmmədov
bayraq
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
21 aprel 2011 – 15 fevral 2013
ƏvvəlkiNazim İsmayılov
SonrakıAsif Ağayev
bayraq
Balakən Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
2006 – 2011
ƏvvəlkiNəsib Məhəməliyev
Sonrakıİslam Rzayev
bayraq
Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının müavini
bayraq2
Şəxsi məlumatlar
Doğum tarixi 1962
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Asif Məmmədov (1962, Rəzgov, Lerik rayonu) — Balakən Rayon İcra Hakimiyyətinin başçısı (2006–2011-ci illər), Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı (2011–2013-cü illər).

Həyatı[redaktə | mənbəni redaktə et]

Asif Salman oğlu Məmmədov 1962-ci ildə Lerik rayonunda anadan olmuşdur. 1984-cü ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1979-cu ildə Lerik rayon Mərkəzi kitabxanasında salon müdiri kimi başlamışdır. Sonralar "Əzizbəyovneft" və H. Z. Tağıyev adına NQÇİ-lərində iş icraçısı, rəis müavini, rəis vəzifələrində çalışmış, Kaspi-Yıldız" Azər-Türk MM-də baş direktor, idarə heyətinin sədri olmuşdur.

Evlidir, 4 övladı var. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı İqbal Məmmədovun qardaşıdır.[1]

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Asif Məmmədov Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının müavini, 2006–2011-ci illərdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı, 2011-ci il aprel ayının 21-dən 2013-cü il fevral ayının 15-dək isə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır[2].

Yeni Azərbaycan Partiyasının üzvüdür.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycandakı vəzifəli şəxslərin vəzifəli qohumları - SİYAHI". 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-01.
  2. "A. S. Məmmədovun Şamaxı rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-15.