Rafael Cəbrayılov — Vikipediya

Rafael Cəbrayılov
Cəbrayılov Rafael Kamil oğlu
Şəxsi məlumatlar
Doğum adı Cəbrayılov Rafael Kamil oğlu
Doğum tarixi 28 dekabr 1958(1958-12-28)
Doğum yeri
Vəfat tarixi 30 sentyabr 2021(2021-09-30)[1] (62 yaşında)
Vəfat yeri
Vəfat səbəbi COVID-19
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı

Rafael Cəbrayılov (28 dekabr 1958, Qırmızıkənd, Neftçala rayonu30 sentyabr 2021[1], Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin III çağırış[2], IV çağırışV çağırış deputatı.

Həyatı[redaktə | mənbəni redaktə et]

1958-ci il dekabrın 28-də Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Hüquq üzrə fəlsəfə doktorudur. 10 kitabın və 100-dən çox elmi-publisistik məqalənin müəllifidir. Rus və ingilis dillərini bilirdi.

Evli idi, 2 övladı var.[3]

29 sentyabr 2021-ci ildə koronavirusdan ölmüşdür.[4]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1985-ci ildən Sabirabad Rayon Prokurorluğunun müstəntiqi, baş müstəntiqi, 1992-ci ildən Azərbaycan Respublikası Prokurorluğu Ümumi nəzarət idarəsinin prokuroru, rəis müavini, Sosial və iqtisadi sahələrdə qanunların icrasına nəzarət idarəsinin, Mülki sahədə qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifələrində çalışmışdır. 2001–2002-ci illərdə Dəvəçi rayon prokurorunun, 2005-ci ildə Gədəbəy rayon prokurorunun köməkçisi olmuşdur.

Üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin bitərəf deputatı olmuşdur. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü olmuşdur. Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Rusiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur. Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur.

50-dən artıq elmi-publisitik məqalənin müəllifidir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Rafael Cəbrayılov həbsdə vəfat etdi - Yenilənib.
  2. Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az Arxivləşdirilib 2017-08-09 at the Wayback Machine  (az.)
  3. Ən layiqli namizədə səs verin, parlamenti siz seçin: Rafael Cəbrayılov. "Rəsmi Bakı" qəzeti, № 10(107), 01–07 noyabr 2010-cu il.
  4. "Rafael Cəbrayılov həbsdə vəfat etdi - Yenilənib". qafqazinfo.az (az.). 30.09.2021. 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2021.