Maltusçuluq — Vikipediya

Maltusçuluq - əhalinin məskunlaşması nəzəriyyəsi; müəllifinin - ingilis iqtisadçısı və ruhanisi Maltusun adı ilə belə adlandırılmışdır. Sənaye çevrilişi və "çəpərləmələr"lə əlaqədar olaraq işsizliyin artması dövründə meydana gəlmişdir. Maltus sübut etməyə çalışırdı ki, zəhmətkeşlərin yoxsulluğu iqtisadiyyatla deyil, təbii şəraitlə bağlıdır. Onun çıxardığı qanuna görə, guya, əhali həndəsi silsilə ilə, dolanışıq vasitələrinin miqdarı isə ədədi silsilə ilə artır və nəticədə "əhalinin mütləq artımı" meydana çıxır.