Pul emissiyası — Vikipediya

Pulların emissiyası (ing. Money creation) — bu tədavülə əlavə pul burax­maq­dır ki, bu da tədavüldə olan pul kütləsinin artımına gətirir çıхa­rır. Emissiya (ing. issue) — bütün növ pul nişanlarının və qiymətli kağızların dövriyyəyə buraxılması. Pul nişanlarının emissiyası bir qayda olaraq dövlətə məxsusdur. Pulun emissiyasını ölkənin Mərkəzi Bankı həyata keçirir. Qiymətli kağızların emissiyası isə həm dövlət orqanları, həm də qeyri-dövlət qurumları tərəfindən həyata keçirilə bilər. Məhz bu cəhətinə görə qiymətli kağızları 2 qrupda təsnifləşdirilir: dövlət və qeyri dövlət [1].

Haqqında[redaktə | mənbəni redaktə et]

Tədavülə pul buraxmaq hər gün bank əməliyyatları apa­rı­lan zaman icra olunur. Nağd pulun tədavülə buraxılması kas­­sa əməliyyatı aparılan vaxt baş verir bu da bankların müş­­tərilərə öz kassalarından nağd pul verməsi ilə davam edir (əməkhaqqının ödənişi[2], nağd formada əhaliyə verilən ssudalar). Mərkəzi Bank tərəfindən köhnə (yararsız) əsk­nas­la­rın yenisi ilə əvəz оlunması nağd pulun tədavülünə təsir edir.

Nağdsız pulların tədavülə buraxılması ssuda əməliyya­tı­nı yerinə yetirilərkən baş verir. O zaman bank öz müş­tərilərinə nağd­sız formada kreditlər verir. Amma tədavülə hər pul buraxılışı emissiya olunur və pul təkilfinin artımına səbəb оlur. Ssuda və kassa əməliyyatı za­manı təkcə pul buraxılışı yox, eyni zamanda onların bank­lara qaytarılmasına səbəb оlur[3]. Beləliklə, banklardan nağd pu­lun verilməsi zamanı eyni vaxta nağd pulun banklarda qə­b­­ulu yerinə yetirlir (ticarət müəssisələrinin mədaxil inka­si­ya­sı, əmanətlərə  nağd pul qəbulu və. b) amma kreditlərin verilməsi ilə yanaşı əvvəl verilmiş ssudalar banka yenidən daхil edilir. Emissiya o vaxt baş verər ki, tədavülə buraxılan pul banklara qayıdan puldan daha çox olsun. Beləliklə, emissiyadan fərqli olaraq tədavülə pul buraxılışı həmişə pul kütləsinin artımına gətirib çıxartmır.

Tədavülə əlavə daxil olunmuş pul vəsaiti növündən asılı olaraq nağd və nağdsız pul emissiyalarına bölünür[4].

  • nağd pul emissiyası pul vahidlərinin əlavə olaraq təda­vülə buraxılma yolu ilə yerinə yetrilir (banklar və şirkətlər).
  • nağdsız pul emissiyası banklarda bank hesablarının vəsait həcminin artması zamanı banklalrada aktiv əməliy­yatların aparılması nəticəsində baş verir.

Nağdsız pul emissiyası  nağd emissiyaya nisbətən il­kin­dir. Bank müştəriyə müqavilə əsasında о zaman  nağd pul verir ki, müştərinin bank hesabında pul vəsaiti оlsun[5]. Eyni za­manda verilən məbləğə görə müştərinin hesabından nağdsız vəsaitin silinməsi baş verir. Bankın kassasından  nağd pulun verilmə həcminin artırılması üçün əvvəlcə bank he­sabla­rın­da­kı qalıqlar artmalıdır ki, bu da nağdsız emis­siya səbəb оlur.

Nağd və nağdsız pulların bir vahid təbiəti var və оnlar qarşılıqlı bağlıdırlar. Bu zaman onlar bir formadan başqa formaya keçirlər. Nağd pullar nağdsız pula о zaman çevrilir ki, onlar bank kassalarına daxil olur və iqtisadi subyektlərin hesablarına köçürülür.

Mərkəzi bank tərəfindən pul yaradılması[redaktə | mənbəni redaktə et]

Bank müştəriləri oz hesablarından pul vəsaitlərinin bir hissəsini çıxarırlar və onları  nağd formada pula çevirirlər. Nağd və nağdsız pulların vahid təbiəti emissiya prose­si­nin birləşməsi zamanı qarşılıqlı əlaqə yaranır. Belə ki, müasir şəraitdə nağd və nağdsız emissiya kredit хüsu­siy­yətini daşıyır. Yəni əlavə ödəmə vasitələri formalarından asılı olmayaraq kredit əməliyyatlar əsasında tədavülə daxil olur. Bu, aşağıdakı fоrmada baş verir[6].

Bankların əsas funk­siyası sərbəst pul vəsaitlərini səfərbər etməkdir. Banklar qay­tarılma əsasında pulları yerləşdirməklə əmanətləri səfər­bər edir. Eyni zamanda banklar istehsalla məşqul olan sub­yek­tlərə, əhali və dövlətə ssudalar verirlər və onlar da kredi­tor­lar olurlar. Bunun nəticəsində depozitlərin multiplikasiyası baş verir və iqtisadi agentlərin hesablaşma vəsaitlərinin ümu­mi həcmi artır. Оnlar da kreditə alınmış əlavə vasitələri öz ödə­nişlərini ödəmək üçün istifadə edirlər. Belə ki, bankların bоrc alanlara qarşı tələbləri ödəniş vasitələrinə çevrilirlər, yəni tədavülə çevrilən əlavə pul vəsaitləri daхil olur[7].

Pul-kredit siyasəti[redaktə | mənbəni redaktə et]

Pul-kredit siyasəti — bir ölkənin pul hakimiyyətinin, ümumiyyətlə mərkəzi bankın (və ya valyuta lövhəsinin) qısamüddətli faiz dərəcələrini idarə etdiyi və bir iqtisadiyyatda kreditin mövcudluğunu və maya dəyərini[8], habelə ümumi iqtisadi fəaliyyətini təsir etdiyi bir müddətdir[9].

Mərkəzi banklar pul siyasətini ümumiyyətlə açıq bazar əməliyyatları yolu ilə aparırlar. Borcların alınması və nəticədə bank ehtiyatlarının artmasına "pul siyasətinin yumşaldılması" deyilir. Qeyri-adi pul yumşaldılması prosesi likvidliyin artırılması və bank kreditləşməsini asanlaşdıraraq iqtisadiyyatı stimullaşdırmaq məqsədi daşıyan "kəmiyyət yumşalması" adlanır.

Pul emissiyası zamanı bankların rolu[redaktə | mənbəni redaktə et]

Kommersiya bankları pul borc verdikdə bank depozitlərinin həcmini artırırlar[10] . Bank sistemi, bir ölkənin pul kütləsini mərkəzi bankın yaratdığı və ya hədəflədiyi məbləğdən çox genişləndirərək geniş pul təklifinin çox hissəsini multiplikator effekti adlanan bir müddətdə yarada bilər.

Banklar, kapital nisbətlərinə və məcburi ehtiyat nisbətlərinə görə verə biləcəkləri ümumi məbləğlə məhdudlaşırlar. Ehtiyat tələbi bankları əmanətlərinin əvvəlcədən təyin olunmuş minimum faizini mərkəzi bank hesabında saxlamağa məcbur edir. Nəzəriyyə budur ki, bankların adətən əmanətlərinin yalnız bir hissəsini ehtiyatda saxladığı kəsrli ehtiyat bankçılığında, ilkin bank krediti əvvəlcədən verilmişdən daha çox pul yaradır.

Kreditlərin depozitlərə maksimum nisbəti, mərkəzi bank tərəfindən təyin olunan məcburi ehtiyatlar nisbətidir.

burada ehtiyatlardır və əmanətlərdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. European Central Bank. "What is money?". European Central Bank (ingilis). 20 June 2017. 7 November 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 March 2018.
  2. Money supply Arxivləşdirilib 2020-03-02 at the Wayback Machine, Federal Reserve System
  3. Cœuré, Benoît. "Dissecting the yield curve: a central bank perspective". Eurosystem. European Central Bank. 16 May 2017. 22 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 March 2018.
  4. Pessoa, Mario; Williams, Mike. "Government Cash Management: Relationship between the Treasury and the Central Bank" (PDF). Fiscal Affairs Dept. International Monetary Fund. November 2012. 19 October 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 8 March 2018.
  5. Spencer, Roger W. "Inflation, Unemployment, and Hayek" (PDF). Federal Reserve Bank of St. Louis. 1975. 18 November 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 8 March 2018.
  6. Jahan, Sarwat; Papageorgiou, Chris. "What Is Monetarism?" (PDF). Finance & Development. IMF. March 2014. 15 June 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 8 March 2018.
  7. Open-market operations Arxivləşdirilib 2022-09-01 at the Wayback Machine, FRS
  8. Pilkington, Philip. "Does the Central Bank Control Long-Term Interest Rates?: A Glance at Operation Twist". Fixing the economists. 15 August 2014. 20 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 March 2018.
  9. IMF (3 November 2017) "Monetary Policy and Central Banking Arxivləşdirilib 2021-04-30 at the Wayback Machine"
  10. McLeay, Michael; Radia, Amar; Thomas, Ryland. "Money creation in the modern economy" (PDF). Quarterly Bulletin. Bank of England. 2014. 16 May 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 8 March 2018.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]