Klassik iqtisadiyyat — Vikipediya

Klassik iqtisadiyyat və ya klassik siyasi iqtisadiyyat — 18-ci əsrin sonu 19-cu əsrin erkən ortalarında, əsasən Britaniyada inkişaf edən iqtisadi təlim məktəbi. Əsas mütəfəkkirlərinə Adam Smit, Jan Batist Sey, David Rikardo, Tomas Robert MaltusCon Stüart Mill daxildir. Bu iqtisadçılar mübadilə və istehsalın təbii qanunları tərəfindən idarə olunan, öz-özünü tənzimləyən sistemlər kimi qəbul edilən bazar iqtisadiyyatları nəzəriyyəsini formalaşdırmışdılar.[1](Bunun daha geniş izahı Adam Smitin "Görünməyən əl" prinsipində verilmişdir)

Adam Smitin 1776-cı ildə nəşr olunan Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında traktat kitabı klassik iqtisadiyyatın başlanğıcı kimi göstərilir.[2] Smitin kitabının əsas çatdırmaq istədiyi bir millətin və ya xalqın sərvətinin o ölkəni idarə edən monarxın sandıqçasındakı qızılla yox, ölkənin milli gəliriylə ölçüldüyü düşüncəsi idi. Qarşılığında bu gəlir əmək bölgüsündə və klassik iqtisadçıların əsas konsepsiyalarından biri olan toplanmış kapitalın istifadəsində efektiv təşkil edilmiş əmək istifadəsinə əsaslanırdı.[3]

İqtisadi siyasət baxımından klassik iqtisadçılar ictimai malın istehsalında dövlətin rolunu görmələrinə baxmayaraq, bazar azadlığını müdafiə edən praqmatik liberallar idi. Smitə görə bəzi yerlərdə bazar ortaq marağı təmin etmək üçün ən yaxşı vasitə bazar deyildi. Bununla o ortaq malların xərcinin böyük hissəsinin bu malları ən rahat şəkildə almağa gücü çatanların üstünə yüklənməli olduğunu müdafiə edirdi. Smit təkrar-təkrar inhisarın təhlükələrinə diqqət çəkir və rəqabətin əhəmiyyətini vurğulayırdı. Beynəlxalq ticarət baxımından klassik iqtisadiyyatçılar proteksionizmi dəstəkləyən merkantilist sələflərinin əksinə azad ticarətin müdafiəçiləri idi.

Smit, Rikardo və digər erkən iqtisadçıların "klassik" olaraq adlandırılması Karl Marks aiddir. O, bununla iqtisadi nəzəriyyənin "möhtəşəmliklərini" onların "bayağı" sələflərindən ayırırdı. Bir başqa müzakirə mövzusu da klassik iqtisadçı terminin, xüsusilə də 1830–75-ci illər arasındakı periodu nəzərə alsaq, nəyi əhatə etdiyi və onların neoklassik iqtisadçılarla necə əlaqələndiyidir.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Cochrane, James L. Classical Macroeconomics // Macroeconomics Before Keynes. Glenview: Scott, Foresman & Co. 1970. 23–42. OCLC 799965716.
  • Skousen, Mark. Classical Economics // Hamowy, Ronald (redaktor ). The Encyclopedia of Libertarianism. Thousand Oaks, CA: SAGE; Cato Institute. 2008. 71–73. doi:10.4135/9781412965811.n47. ISBN 978-1412965804. LCCN 2008009151. OCLC 750831024.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. O'Sullivan, Arthur; Sheffrin, Steven M. Economics: Principles in Action. Upper Saddle River, NJ: Pearson Prentice Hall. 2003. səh. 395. ISBN 0-13-063085-3.
  2. Smith, Adam (1776) An Inquiry into the Nature and Causes of The Wealth of Nations. (accessible by table of contents chapter titles) AdamSmith.org ISBN 1-4043-0998-5
  3. Pearce, David W., redaktor The MIT Dictionary of Modern Economics. MIT Press. 1992. 61–62.