Semyon Pankratov — Vikipediya

Semyon Pankratov
Семен Алексеевич Панкратов
may, 1920 – iyun, 1920
SonrakıBaba Əliyev

Semyon Andreyeviç Pankratov (? - ?) — Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Fövqəladə Komissiyanın sədri.

Həyatı[redaktə | mənbəni redaktə et]

Semyon Pankratov 1920-ci ilin aprel ayının 27-də Azərbaycanı işğal etmək məqsədilə şimal sərhədlərindən ölkə ərazisinə soxulan Rusiyanın XI Qırmızı ordusunun Xüsusi hərbi əks-kəşfiyyat şöbəsinin rəisi, bolşevik istilasının ilk günlərindən 1920-ci ilin iyun ayına qədər isə Azərbaycan Fövqəladə Komissiyasının sədri olmuşdur. Əslində onun bu vəzifəyə təini haqda rəsmi Dekret olmayıb. Onun vəzifəsi Həştərxandan 11-ci Ordunun zirehli qatarında Bakıya gələndə ona verilmiş siyahıdakı Azərbaycanlı siyasi, hərbi, polis, dini və ziyalı xadimləri güllələmək idi. Pankratov bu işi aprel-iyun ayları ərzində öz batalyonu ilə icra etmişdir. Azərbaycanda ilk kütləvi qırğınların, milli hökumət üzvlərinə sui-qəsdlərin və repressiyaların təşkilatçılarından biri kimi tanınır.[1] Bolşevik ÇK-ına qədər qədər Odessada çar ordusunun hərbi əks-kəşfiyyatında işləmişdir. Mənşəcə rus kazak idi.

N.Hərimanov onu Baba Əliyevlə əvəz etməyə nail olsa də, ÇK-da və bütün Azərbaycanda real siyasi hakimiyyətin mandatı Moskva tərəfindən ona verilmişdi. Azərbaycanda bolşevik müsadirəsinə rəhbərlik etmiş, ermənilərin qisasçı fitvalarını icra etmişdir. 1920-ci ilin apel-avqust aylarında əslində Demokratik Cümhuruyyətin kadrlarının, musavat fəallarının hərbi yolla fiziki məhv edilməsi dövrü idi. Heç bir istintaq və məhkəmə yox idi. Bu proseslər Moskvadan idarə olunurdu, N.Nərimanovun isə real hakimiyyəti yox idi, üstəlik bütün güllələnmələrə sonrdan imza atmalı olurdu. Bir mübahisədə N.Nərimanova demişdi ki, mən güllələyəndə S.Ordgokinidze və A.Mikoyanın göstərişini icra etmişəm.

S. Pankratov bolşebiklərin peşəkar terror batalyonunun komandiri kimi Həştərxan üsyanında 4 minə qədər adam öldürmüşdü. Gürsüctanın sovetləşməsində də teror batalyonunu ilə (Likvidatori) iştirak etmişdi. 1922-ci ildə Zaqfederasiya yarananda oraya ÇK sədrinin müavini getmişdi, orda da azərbaycan müsavatçılarının izlənməsi və fiziki ləfvi əməliyyatına rəhbərlik etmişdir, . AZÇEKA-nın Tiflisdə oturan kuratoru kimi bu idarənin 1920-1923-də apardığı bu əməliyyatın istintaq sənədlərində 1923 tarixi ilə order və sənədlərdə onun imzası vardır. (Bax: Asif Rüstəmlimi,, C.Cabarlınəın həyatı və mühiti, s.219). Peşəkar likvidavor (partia sənədlərində ÇK-nın ştatında olan siyasi ölüm icraçılarına belə deyilirdi) olduğu üçün sovet və rus hərbi mənbələrində heç yerdə adı və şəkli getmir..

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2011-06-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-01-02.

2. Şəmistan NƏZİRLİ, Xalq qəzeti.- 2012.- 19 avqust.- S. 4.

3.Эльдар ЗЕЙНАЛОВ Секреты Наргина Призрак матроса Панкратова газ.Эхо, 24.09.2015