Avstraliya Avroviziya Mahnı Müsabiqəsində — Vikipediya

Avstraliya Avroviziya Mahnı Müsabiqəsində ilk dəfə 2015-ci ildə Avstriyanın paytaxtı Vyanada iştirak etmiş və Qay Sebastyanın təmsilində finalda 196 xal toplayaraq 5-ci yerə layiq görülmüşdür. Avstraliyanın müsabiqədə iştirakı 1 illik nəzərdə tutulsa da, 2015-ci ilin noyabr ayında Avstraliyanın 2016 Avroviziya Mahnı Müsabiqəsində iştirak edəcəyi Avropa Yayım İttifaqı tərəfindən öz təsdiqini tapmışdır. Avstraliya Okeaniya ərazisindən Avroviziyada iştirak edən birinci (Avrasiyadan kənar isə 1980-ci ildə müsabiqədə iştirak etmiş Mərakeşdən sonra ikinci) ölkə olaraq tarixə düşmüşdür.

Avstraliya müsabiqədə iştirak etməməsinə baxmayaraq 1983-cü ildən etibarən hər il Avroviziyanı yayımlamışdır. İlk dəfə 2014-cü ildə Avstraliyanı Cessika Mauboy interval akt olaraq müsabiqədə təmsil etmişdir. Bunun ardınca ölkə-qitə 2015-ci ildə rəsmi iştirakçı olaraq müsabiqəyə qoşulmaq hüququ əldə etmişdir.

Avstraliyanın Avroviziyada iştirak etdiyi dörd il ərzində əldə etdiyi ən yüksək nəticə 2016-cı ildə Dami İmin ifa etdiyi "Sound of Silence" mahnısı ilə qazandığı ikinci yer olmuşdur.

Təmsilçilər[redaktə | mənbəni redaktə et]

  Qalib
  İkinci yer
  Üçüncü yer
  Sonuncu yer
İl
Dil
Müğənni
Mahnı
Final
Yarım-final
Yer
Xal
Yer
Xal
2015 İngiliscə Qay Sebastyan "Tonight Again" 5 196
Birbaşa finalçı
2016 İngiliscə Dami İm "Sound of Silence" 2 511 1 330
2017 İngiliscə Ayzeya Fayrbreys "Don't Come Easy" 9 173 6 160
2018 İngiliscə Cessika Mauboy "We Got Love" 20 99 4 212
2019 İngiliscə Keyt Miller-Haydki "Zero Gravity" 9 284 1 261

Səsvermə tarixçəsi[redaktə | mənbəni redaktə et]

Avstraliyanın ən çox xal verdiyi ölkələr
Sıra Ölkə Xal
1 İsveç İsveç 36
2 Belçika Belçika 34
3 Bolqarıstan Bolqarıstan 31
4 İsrail İsrail 30
5 Moldova Moldova 29
Avstraliyanın ən çox xal aldığı ölkələr
Sıra Ölkə Xal
1 İsveç İsveç 54
2 Danimarka Danimarka 50
3 Macarıstan Macarıstan 37
Norveç Norveç
5 İslandiya İslandiya 36

QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]


Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]