Monteneqro Avroviziya Mahnı Müsabiqəsində — Vikipediya

Monteneqro Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 2007-ci ildə qoşulmuş və ümumilikdə 11 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə daha öncə 1961-ci ildən 1991-ci ilə kimi Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində, 2004-cü ildən 2006-cı ilə kimi isə Serbiya və Monteneqronun tərkibində Avroviziyada iştirak etmişdir. 2007-ci ildə müsabiqədə müstəqil respublika kimi qoşulan Monteneqro Avroviziyanın ən az uğur qazanan ölkələrindən biri hesab olunur. Belə ki, ölkə müsabiqədə iştirak etdiyi illər ərzində heç vaxt ilk onluğa daxil ola bilməmişdir və 11 iştirakdan yalnız 2-də müsabiqənin final mərhələsinə yüksələ bilmişdir. Monteneqronun indiyədək Avroviziyada əldə etdiyi ən yaxşı nəticə 2015-ci ildə Knezin ifa etdiyi "Adio" mahnısı ilə finalda 13-cü yeri qazanmaqları olmuşdur.

Maliyyə çətinlikləri və eyni zamanda müsabiqədə göstərilən məyusedici nəticələr səbəbindən Monteneqro 20102011-ci illərdə müsabiqədə iştirakdan imtina etmiş və 2012-ci ildə müsabiqəyə geri dönmüşdür.

Təmsilçilər[redaktə | mənbəni redaktə et]

  Qalib
  İkinci yer
  Üçüncü yer
  Sonuncu yer
İl
Dil
Müğənni
Mahnı
Final
Yarım-final
Yer
Xal
Yer
Xal
2007 Monteneqrcə Stevan Faddi "Ajde, kroči"
Finala keçməyib
22 33
2008 Monteneqrcə Stefan Filipoviç "Zauvijek Volim Te" 14 23
2009 İngiliscə Andrea Demiroviç "Just Get Out of My Life" 11 44
2012 İngiliscə, Serbcə, Almanca Rambo Amadeus "Euro Neuro" 15 20
2013 Monteneqrcə Who See "Igranka" 12 41
2014 Monteneqrcə Sergey Çetkoviç "Moj Svijet" 19 37 7 63
2015 Monteneqrcə Knez "Adio" 13 44 9 57
2016 İngiliscə Highway "The Real Thing"
Finala keçməyib
13 60
2017 İngiliscə Slavko Kaleziç "Space" 16 56
2018 Monteneqrcə Vanya Radovanoviç "Inje" 16 40
2019 İngiliscə D-moll "Heaven" 16 47

Səsvermə tarixçəsi[redaktə | mənbəni redaktə et]

Monteneqronun ən çox xal verdiyi ölkələr
Sıra Ölkə Xal
1 Serbiya Serbiya 66
2 İtaliya İtaliya 60
3 Azərbaycan Azərbaycan 58
4 Rusiya Rusiya 50
5 Bosniya və Herseqovina Bosniya və Herseqovina 35
Monteneqronun ən çox xal aldığı ölkələr
Sıra Ölkə Xal
1 Ermənistan Ermənistan 20
2 Sloveniya Sloveniya 17
3 Şimali Makedoniya Şimali Makedoniya 16
4 Serbiya Serbiya 12
Albaniya Albaniya 12

QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.

Qalereya[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]