Serbiya Avroviziya Mahnı Müsabiqəsində — Vikipediya

Serbiya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 2007-ci ildə qoşulmuş və ümumilikdə 12 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə daha öncə 1961-ci ildən 1991-ci ilə kimi Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində, 2004-cü ildən 2006-cı ilə kimi isə Serbiya və Monteneqronun tərkibində Avroviziyada iştirak etmişdir. İlk dəfə 2007-ci ildə müsabiqəyə müstəqil respublika kimi qoşulan Serbiya elə həmin müsabiqədə Mariya Şerifoviçin ifa etdiyi "Molitva" mahnısı ilə qələbə qazanmışdır. Ölkənin Avroviziyadakı ikinci ən yaxşı nəticəsi 2012-ci ildə Jelko Yoksimoviçin ifa etdiyi "Nije ljubav stvar" mahnısı ilə qazandıqları üçüncü yer olmuşdur.

Serbiya maliyyə problemləri səbəbi ilə 2014-cü ildə Avroviziyada iştirak etməmiş və növbəti ildə müsabiqəyə geri dönmüşdür. Həmin ilədək müsabiqədə yalnız serb dilində səslənən mahnılarla təmsil olunan ölkə 2015-ci ildən 2017-ci ilə kimi Avroviziyada ingilis dilində mahnılarla çıxış etmişdir.

Təmsilçilər[redaktə | mənbəni redaktə et]

  Qalib
  İkinci yer
  Üçüncü yer
  Sonuncu yer
İl
Dil
Müğənni
Mahnı
Final
Yarım-final
Yer
Xal
Yer
Xal
2007 Serbcə Mariya Şerifoviç "Molitva" (Молитва) 1 268 1 298
2008 Serbcə Yelena Tomaşeviç və Bora Duqiç "Oro" (Оро) 6 160
Ev sahibi-ölkə
2009 Serbcə Marko KonMilaan "Cipela" (Ципела)
Finala keçməyib
10a 60
2010 Serbcə Milan Stankoviç "Ovo je Balkan" (Ово је Балкан) 13 72 5 79
2011 Serbcə Nina "Čaroban" (Чаробан) 14 85 8 67
2012 Serbcə Jelko Yoksimoviç "Nije ljubav stvar" (Није љубав ствар) 3 214 2 159
2013 Serbcə Moje 3 "Ljubav je svuda" (Љубав је свуда)
Finala keçməyib
11 46
2015 İngiliscə Boyana Stamenov "Beauty Never Lies" 10 53 9 63
2016 İngiliscə Sanya Vuçiç ZAA "Goodbye (Shelter)" 18 115 10 105
2017 İngiliscə Tiyana Boqiçeviç "In Too Deep"
Finala keçməyib
11 98
2018 Serbcə Sanya İliçBalkanika "Nova deca" (Нова деца) 19 113 9 117
2019 Serbcə, İngiliscə Nevena Bojoviç "Kruna" (Круна) 18 89 7 156
QEYD:
a. ^ Serbiya SMS səsverməsi ilə yarımfinalda 10-cu yeri tutduğu halda münsiflər heyətinin qərarı ilə Xorvatiya finala vəsiqə qazanmışdır.

Səsvermə tarixçəsi[redaktə | mənbəni redaktə et]

Serbiyanın ən çox xal verdiyi ölkələr
Sıra Ölkə Xal
1 Macarıstan Macarıstan 68
2 Bosniya və Herseqovina Bosniya və Herseqovina 61
3 Rusiya Rusiya 59
4 Ukrayna Ukrayna 51
5 İtaliya İtaliya 41
Serbiyanın ən çox xal aldığı ölkələr
Sıra Ölkə Xal
1 Şimali Makedoniya Şimali Makedoniya 94
2 Monteneqro Monteneqro 90
3 Sloveniya Sloveniya 89
4 İsveçrə İsveçrə 79
5 Bosniya və Herseqovina Bosniya və Herseqovina 76
Xorvatiya Xorvatiya 76

QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.

Ev sahibliyi[redaktə | mənbəni redaktə et]

İl Şəhər Ev sahibi Aparıcılar
2008 Belqrad Belqrad Arena Yovana Yankoviç və Jelko Yoksimoviç

Qalereya[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

  1. "Serbia 2018: national final decided for RTS". oikotimes.com. oikotimes.com. 2019-03-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 oktyabr 2017.