2017 Avroviziya Mahnı Müsabiqəsi — Vikipediya

2017 Avroviziya Mahnı Müsabiqəsi
"Celebrate Diversity"
"Fərqliliyi qeyd edək"
Müsabiqə afişası
Müsabiqə afişası
I yarımfinal 9 may 2017
II yarımfinal 11 may 2017
Final 13 may 2017
Aparıcı(lar) Oleksandr Skiçko
Volodımır Ostapçuk
Timur Miroşnıçenko
Direktor Yon Ola Sand
Kanal Ukrayna NTU
Keçirilən yer Kiyev Beynəlxalq Sərgi Mərkəzi
Kiyev, Ukrayna
Qalib mahnı Portuqaliya Portuqaliya
"Amar Pelos Dois"
Seçki sistemi 50% telesəsvermə
50% münsif səsverməsi
İştirakçıların sayı 42
İlk dəfə iştirak edən ölkələr Olmayıb
Yenidən iştirak edən ölkələr Portuqaliya Portuqaliya
Rumıniya Rumıniya
İştirakdan imtina edən ölkələr Bosniya və Herseqovina Bosniya və Herseqovina
Rusiya Rusiya
Avroviziya Mahnı Müsabiqəsi
◄ 2016        2018 ►

2017 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2017; fr. Concours Eurovision de la chanson 2017) — 62-ci Avroviziya Mahnı Müsabiqəsidir. Camalanın ifa etdiyi "1944" mahnısı ilə 2016 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2017-ci ildə Ukrayna müsabiqəyə ikinci dəfə ev sahibliyi etmək hüququ qazanmışdır. Müsabiqə Ukraynanın paytaxtı Kiyev şəhərində, Kiyev Beynəlxalq sərgi mərkəzində "Fərqliliyi qeyd edək" (ing. "Celebrate Diversity") şüarı altında keçirilmişdir. Müsabiqənin yarımfinalları 2017-cı ilin 9 və 11 may, final isə 13 may tarixində baş tutmuşdur.

2017-ci ildə bir illik fasilədən sonra PortuqaliyaRumıniya müsabiqəyə geri dönmüşdür. Bosniya və Herseqovina isə maliyyə problemləri səbəbindən Kiyevdə keçirilən müsabiqədə iştirakdan imtina etmişdir. Rusiya təmsilçisi Yuliya Samoylovanın Rusiyanın Krımı zəbt etməsindən sonra 2015-ci ildə Krım yarımadasının Kerç şəhərində baş tutan konsertdə çıxış etməsi səbəbdən Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən müğənninin Ukraynaya girişinə 3 illik qadağa qoyulmuşdur. Rusiyaya Kiyevə digər bir təmsilçi göndərmək şansı verilsə də, 13 aprel 2017-ci il tarixdə Pervıy Kanal Rusiyanın Kiyevdə baş tutan müsabiqədə iştirak etməyəcəyini elan etmişdir. Ümumilikdə 42 ölkənin iştirak etdiyi Avroviziya 2017-də Portuqaliya təmsilçisi Salvador Sobral ifa etdiyi "Amar Pelos Dois" mahnısı ilə 758 xal toplayaraq qalib gəlmişdir. Bu müsabiqəyə ilk dəfə 1964-cü ildə qoşulan Portuqaliyanın Avroviziyada ilk qalibiyyəti idi. 2017-ci ildə müsabiqəni televiziya vasitəsi ilə 182 milyon tamaşaçı izləmişdir.

Keçirildiyi yer[redaktə | mənbəni redaktə et]

2016-cı ildə Camalanın "1944" mahnısı ilə Ukraynaya qələbə qazandırmasının ardınca müsabiqə Ukraynanın paytaxtı Kiyevdə Kiyev Beynəlxalq sərgi mərkəzində keçirilmişdir. Kiyev Beynəlxalq sərgi mərkəzi eyni anda 13,000 nəfərlik izləyicini qəbul edə biləcək şəraitə malikdir.

Tender mərhələsi[redaktə | mənbəni redaktə et]

18 may 2016-cı il tarixdə Ukraynanın milli televiziya kompaniyası NTU-nun rəis müavini, eyni zamanda Ukraynanın Avroviziya üzrə Nümayəndə heyətinin rəhbəri olan Viktoriya Romanova NTU ilə Avropa Yayım İttifaqı (AYİ) arasında ilk təşkilatı görüşün 8 iyun tarixində baş tutacağını bildirmişdir. Bu görüşdə müsabiqə üçün lazım olacaq texniki tələblər və müsabiqəyə ev sahibliyi edəcək şəhərə qoyulacaq tələblər barədə müəyyən müzakirələr aparılır. Viktoriya Romanova eyni zamanda müsabiqəyə ev sahibliyi edəcək olan şəhər və arenanın yay fəsli ərzində elan olunacağını bildirdi.

Ev sahibi ola biləcək şəhərlər üçün aşağıdakı meyarlar vurğulanmışdır:

  • Arena minimum 7,000 nəfər tamaşaçını qəbul etməli, ideal şəkildə isə 10,000 nəfər tamaşaçını qəbul etməyə hazır olmalıdır.
  • Arenanın tavanı olmalıdır.
  • Beynəlxalq mətbuat mərkəzi minimum 1,550 nəfər dünyanın müxtəlif yerlərindən olan jurnalist heyətini qəbul etməlidir.
  • Ev sahibi şəhər ölkənin əsas beynəlxalq aeroportuna yaxın olmalıdır.
  • Arenada qonaqları qarşılamaq və yola salmaq məqsədi ilə ən azı 3,000 könüllü şəxslər olmalıdır.
  • Arenanın yaxınlığında uyğun sayda və böyüklüyə malik otellər olmalıdır.
  • Namizəd şəhərlər namizədlik çərçivəsində Ukraynanın və eyni zamanda şəhərlərin qonaqpərvərliyini, özünəməxsus özəlliklərini, mədəni dəyərlərini təqdim etmək məqsədi ilə sosial proqramlar tərtib etməlidirlər.

NTU və Ukrayna dövləti müsabiqəni keçirməkdə maraqlı olan şəhərlər üçün rəsmi olaraq tender mərhələsini 23 iyun tarixində açıq elan etdilər[1]. Ev sahibi olacaq şəhərin seçimi dörd mərhələdən təşkil olunmuşdur:

  • 24 iyun - 8 iyul: Namizədliyə maraqlı olan şəhərlər tender mərhələsinə qoşulmağa dəvət edildi.
  • 8 - 15 iyul: NTU və dövlət tərəfindən təyin olunan Yerli Təşkilatı Komitəyə başçılıq edən Ukraynanın Baş naziri Vladimir Qroysman rəsmi təqdimat məqsədi ilə namizəd şəhərləri siyahısını birlikdə nəzərdən keçirib, yalnız 6 şəhərin (Dnepropetrovsk, Herson, Kiyev, Lvov, Odessa, Xarkov) namizədliklərini qəbul etdilər.
  • 18 - 22 iyul: Namizəd şəhərlərə Yerli Təşkilatı Komitə tərəfindən baxış keçirildikdən sonra AYİ-nə yalnız 3 şəhərin (Dnepropetrovsk, Kiyev, Odessa) adını təqdim etdilər.
  • 22 iyul - 1 avqust: AYİ və Yerli Təşkilatı Komitənin təmsilçiləri tərəfindən 3 namizəd şəhərin infrastrukturası və müsabiqənin keçirilməsi üçün hər bir şərait dəqiqliklə baxışdan keçirildi. Tender mərhələsinin nəticələri və ev sahibi şəhərin adı açıqlanması üçün mətbuat konfransı baş tutmalı idi, lakin daha sonra bu elanın təxirə salındığı ilə bağlı açıqlama verildi.

10 avqust 2016-cı il tarixində NTU-nun rəhbərinin köməkçisi Oleksandr Xarebin müsabiqəyə ev sahibliyi edəcək şəhərin adının Ukraynanın Müstəqillik günündə, 24 avqust tarixində açıqlanacağını bildirdi[2]. Lakin 25 avqust tarixində ev sahibi olacaq şəhərin adının açıqlanmasına 1 saat qalmış NTU qərarın bir daha nəzərdən keçilməsi üçün elanın təxirə salındığını açıqladı. Bunun ardınca Dnepropetrovsk şəhərinin meri Boris Filatov tender mərhələsinin başlanmasından iki ay keçdiyinə baxmayaraq qərarın elan olunmasının artıq dördüncü dəfə təxirə salınmasının "rüsvayçılıq" olduğunu açıqlamışdır. 25 avqustda NTU-nun baş direktoru Zurab Alasania Dnepropetrovskun namizədliyini geri götürdüyünü elan etmişdir[3].

9 sentyabr 2016-cı il tarixdə müsabiqənin paytaxt Kiyevdə yerləşən Kiyev Beynəlxalq Sərgi Mərkəzində keçiriləcəyi elan olundu.

Şəhər Arena Tutum Qeyd
Dnepropetrovsk DniproEuroArena 9,500 Təklif edilən arenanın ərazisində olan Meteor Stadionunun yenidən tikintisinə ehtiyac duyulur. Tikinti 2017-ci ilin mart ayında tamamlanacaq.
Herson "Yubileyniy" konsert zalı 1,600 Təklifə konsert zalının 7-8 ay müddətində genişləndirilməsi və yenidən inşası da daxil edilmişdir.
Kiyev
Kiyev İdman Sarayı 10,000 2005 Avroviziya Mahnı Müsabiqəsi2009 Avroviziya Uşaq Mahnı Müsabiqəsinin keçirildiyi arena. 24 avqust tarixində Kiyev ev sahibi şəhər seçiləcəyi halda müsabiqənin bu arenada keçiriləcəyi bildirildi.
Kiyev Beynəlxalq Sərgi Mərkəzi 13,000 Kiyev Beynəlxalq Sərgi Mərkəzi Ukraynanın ən böyük sərgi mərkəzidir.
Lvov Arena Lviv 34,915 UEFA Avropa Kuboku 2012-nin bir neçə maçı bu kompleksdə keçirilmişdir. Müəyyən təmirə ethiyac var.
Odessa Chornomorets Stadium 10,000–12,000 Chornomorets Stadium Odessa şəhərinin Avroviziya üçün yeganə uyğun olan arenasıdır. Müəyyən təmirə ethiyac var.
Xarkov Metalist Oblast İdman Kompleksi 40,003 UEFA Avropa Kuboku 2012-nin bir neçə maçı bu kompleksdə keçirilmişdir. Müəyyən təmirə ethiyac var.

Yarımfinallara bölünmə səbətləri[redaktə | mənbəni redaktə et]

İştirakçı ölkələrin hansı yarımfinallarda iştirak edəcəyini müəyyən etmək məqsədi ilə 31 yanvar 2017 tarixində Nika Konstantinova və Timur Miroşnıçenko aparıcılığında Kiyevdə püşk çəkilişi keçirilmişdir.

Çəkilişin ilk mərhələsində ev sahibi ölkə Ukrayna və Böyük beşlik ölkələrinin hansı yarımfinallarda səs verəcəkləri və ifa edəcəkləri müəyyən edildi. İkinci mərhələdə ölkələrin hansı yarımfinallarda iştirak edəcəkləri və yarımfinalların neçənci hissəsində (birinci və ya ikinci) ifa edəcəkləri püşkatma ilə təyin olundu. Mart ayında təşkil edilmiş qrup konfransında isə ölkələrin səhnəyə çıxış sıraları müəyyən edildi. Hər iki yarımfinalda 18 ölkə finala çıxmaq üzrə mübarizə aparmışdır. Hər yarı finalda ilk onluğa daxil olan ölkələr, ev sahibi ölkə və 'Böyük beşlik' daxil olmaqla cəmdə 26 ölkə finalda iştirak edəcək. AYİ, 25 yanvar 2017 tarixində yarışmanın rəsmi tele səsvermə sponsoru Digame-nin apardığı hesablamalar nəticəsində 36 ölkədən müsabiqənin tarixində ənənəvi olaraq bir-birlərinə səs verənləri təyin edərək, 6 səbətə ayırmışdır.

1-ci Səbət 2-ci Səbət 3-cü Səbət 4-cü Səbət 5-ci Səbət 6-cı Səbət
  • Qeyd: Rusiya 2017 Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyi planlaşdırsa da 13 aprel tarixində ölkənin müsabiqədə iştirak etməyəcəyi açıqlandı.

İştirakçı ölkələr[redaktə | mənbəni redaktə et]

42 ölkənin iştirak etdiyi Avroviziya 2017 otuz altı ölkənin final uğrunda mübarizə apardığı iki yarımfinal mərhələsindən (hər yarımfinalda on səkkiz ölkə) və iyirmi altı ölkənin qalibiyyət uğrunda mübarizə apardığı final mərhələsindən təşkil olunmuşdur. "Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya) və ev sahibi Ukrayna müsabiqənin finalında birbaşa iştirak etmək hüququ qazanmışdırlar.

Yarımfinallar[redaktə | mənbəni redaktə et]

1-ci yarımfinal[redaktə | mənbəni redaktə et]

9 may tarixində baş tutan yarımfinal mərhələsində 18 ölkə iştirak etmişdir. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Böyük Britaniya, İspaniyaİtaliya səsvermədə iştirak etmişdir. 50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır.

Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.

Ölkə[4] Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal
01 İsveç İsveç İngiliscə Robin Benqtsson "I Can't Go On" Davam edə bilmirəm 3 227
02 Gürcüstan Gürcüstan İngiliscə Tamara Qaçeçiladze "Keep the Faith" İnancını qoru 11 99
03 Avstraliya Avstraliya İngiliscə Ayzeya Fayrbreys "Don't Come Easy" Asan gəlmə 6 160
04 Albaniya Albaniya İngiliscə Lindita "World" Dünya 14 76
05 Belçika Belçika İngiliscə Blanş "City Lights" Şəhər işıqları 4 165
06 Monteneqro Monteneqro İngiliscə Slavko Kaleziç "Space" Fəza 16 56
07 Finlandiya Finlandiya İngiliscə Norma John "Blackbird" Qaraquş 12 92
08 Azərbaycan Azərbaycan İngiliscə Dihaj "Skeletons" Skeletlər 8 150
09 Portuqaliya Portuqaliya Portuqalca Salvador Sobral "Amar Pelos Dois" İkimiz üçün sevgi 1 370
10 Yunanıstan Yunanıstan İngiliscə Demy "This is Love" Bu sevgidir 10 115
11 Polşa Polşa İngiliscə Kasia Mos "Flashlight" Fənər 9 119
12 Moldova Moldova İngiliscə SunStroke Project "Hey, Mamma!" Hey, Ana! 2 291
13 İslandiya İslandiya İngiliscə Svala "Paper" Kağız 15 60
14 Çexiya Çexiya İngiliscə Martina Barta "My Turn" Mənim növbəm 13 83
15 Kipr Kipr İngiliscə Ovik "Gravity" Qravitasiya 5 164
16 Ermənistan Ermənistan İngiliscə Artsvik "Fly With Me" Mənimlə uç 7 152
17 Sloveniya Sloveniya İngiliscə Omar Naber "On My Way" Mənim yolumda 17 36
18 Latviya Latviya İngiliscə Triana Park "Line" Xətt 18 21

2-ci yarımfinal[redaktə | mənbəni redaktə et]

11 may tarixində baş tutan yarımfinal mərhələsində 18 ölkə iştirak etmişdir. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Almaniya, Fransa və ev sahibi Ukrayna səsvermədə iştirak etmişdir. 50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır.

Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.

Ölkə[4] Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal
01 Serbiya Serbiya İngiliscə Tiyana Boqiçeviç "In Too Deep" Çox dərində 11 98
02 Avstriya Avstriya İngiliscə Neytan Trent "Running on Air" Havada qaçış 7 147
03 Şimali Makedoniya Şimali Makedoniya İngiliscə Yana Burçeska "Dance Alone" Tək rəqs et 15 69
04 Malta Malta İngiliscə Klaudia Faniello "Breathlessly" Təngnəfəs 16 55
05 Rumıniya Rumıniya İngiliscə İlinkaAleks Florea "Yodel It!" Yodellə 6 174
06 Niderland Niderland İngiliscə O'G3NE "Lights and Shadows" İşıqlar və kölgələr 4 200
07 Macarıstan Macarıstan Macarca, Romanca Yoçi Papai "Origo" Mənşə 2 231
08 Danimarka Danimarka İngiliscə Anya Nissen "Where I Am" Mən haradayam 10 101
09 İrlandiya İrlandiya İngiliscə Brendan Mürrey "Dying To Try" Cəhd etməyə can atmaq 13 86
10 San-Marino San-Marino İngiliscə Valentina MonettaCimmi Vilson "Spirit of the Night" Gecə ruhu 18 1
11 Xorvatiya Xorvatiya İngiliscə, İtalyanca Jak Hudek "My Friend" Mənim dostum 8 141
12 Norveç Norveç İngiliscə JOWST "Grab the Moment" Bu anı tut 5 189
13 İsveçrə İsveçrə İngiliscə Timebelle "Apollo" - 12 97
14 Belarus Belarus Belarusca NAVI "Historyja majho žyccia" Həyatımın hekayəsi 9 110
15 Bolqarıstan Bolqarıstan İngiliscə Kristian Kostov "Beautiful Mess" Gözəl qarmaqarışıqlıq 1 403
16 Litva Litva İngiliscə Fusedmarc "Rain of Revolution" İnqilab yağışı 17 42
17 Estoniya Estoniya İngiliscə Koyt ToomeLaura "Verona" - 14 85
18 İsrail İsrail İngiliscə İmri "I Feel Alive" Sağ hiss edirəm 3 207

Final[redaktə | mənbəni redaktə et]

Finalçılar:

  • "Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya və İtaliya);
  • Ev sahibi ölkə (Ukrayna);
  • Birinci yarımfinal mərhələsində ilk onluğa daxil olan ölkələr;
  • İkinci yarımfinal mərhələsində ilk onluğa daxil olan ölkələr.

13 may tarixində baş tutan yarımfinal mərhələsində 26 ölkə iştirak etmişdir. Müsabiqədə iştirak edən bütün ölkələr səsvermədə iştirak etmişdir və Portuqaliya təmsilçisi ən çox səs toplayaraq müsabiqənin qalibi elan edilmişdir.

Ölkə[4] Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal
01 İsrail İsrail İngiliscə İmri "I Feel Alive" Sağ hiss edirəm 23 39
02 Polşa Polşa İngiliscə Kasia Mos "Flashlight" Fənər 22 64
03 Belarus Belarus Belarusca NAVI "Historyja majho žyccia" Həyatımın hekayəsi 17 83
04 Avstriya Avstriya İngiliscə Neytan Trent "Running on Air" Havada qaçış 16 93
05 Ermənistan Ermənistan İngiliscə Artsvik "Fly With Me" Mənimlə uç 18 79
06 Niderland Niderland İngiliscə O'G3NE "Lights and Shadows" İşıqlar və kölgələr 11 150
07 Moldova Moldova İngiliscə SunStroke Project "Hey, Mamma!" Hey, Ana! 3 374
08 Macarıstan Macarıstan Macarca, Romanca Yoçi Papai "Origo" Mənşə 8 200
09 İtaliya İtaliya İtalyanca Françesko Qabbani "Occidentali's Karma" Qərblilərin Karması 6 334
10 Danimarka Danimarka İngiliscə Anya Nissen "Where I Am" Mən haradayam 20 77
11 Portuqaliya Portuqaliya Portuqalca Salvador Sobral "Amar Pelos Dois" İkimiz üçün sevgi 1 758
12 Azərbaycan Azərbaycan İngiliscə Dihaj "Skeletons" Skeletlər 14 120
13 Xorvatiya Xorvatiya İngiliscə, İtalyanca Jak Hudek "My Friend" Mənim dostum 13 128
14 Avstraliya Avstraliya İngiliscə Ayzeya Fayrbreys "Don't Come Easy" Asan gəlmə 9 173
15 Yunanıstan Yunanıstan İngiliscə Demy "This is Love" Bu sevgidir 19 77
16 İspaniya İspaniya İspanca, İngiliscə Manel Navarro "Do It for Your Lover" Səni sevən üçün bunu et 26 5
17 Norveç Norveç İngiliscə JOWST "Grab the Moment" Bu anı tut 10 158
18 Böyük Britaniya Böyük Britaniya İngiliscə Lusi Cons "Never Give Up on You" Səndən əsla imtina etmərəm 15 111
19 Kipr Kipr İngiliscə Ovik "Gravity" Qravitasiya 21 68
20 Rumıniya Rumıniya İngiliscə İlinkaAleks Florea "Yodel It!" Yodellə 7 282
21 Almaniya Almaniya İngiliscə Levina "Perfect Life" Əla həyat 25 6
22 Ukrayna Ukrayna (ev sahibi-ölkə) İngiliscə O.Torvald "Time" Zaman 24 36
23 Belçika Belçika İngiliscə Blanş "City Lights" Şəhər işıqları 4 363
24 İsveç İsveç İngiliscə Robin Benqtsson "I Can't Go On" Davam edə bilmirəm 5 344
25 Bolqarıstan Bolqarıstan İngiliscə Kristian Kostov "Beautiful Mess" Gözəl qarmaqarışıqlıq 2 615
26 Fransa Fransa Fransızca, İngiliscə Alma "Requiem" Ölülər üçün dua 12 135

Nəticələr[redaktə | mənbəni redaktə et]

1-ci yarımfinal[redaktə | mənbəni redaktə et]

  Münsif səsverməsi
  SMS səsverməsi
Səsvermə nəticələri[5]
Cəmi İsveç Gürcüstan Avstraliya Albaniya Belçika Monteneqro Finlandiya Azərbaycan Portuqaliya Yunanıstan Polşa Moldova İslandiya Çexiya Kipr Ermənistan Sloveniya Latviya İtaliya İspaniya Böyük Britaniya
İsveç 227 124 8 8 4 12 6 12 5 2 4 8 8 10 8 5 7 2 10 3 2
103 4 8 10 5 3 7 6 10 3 5 1 10 2 5 4 5 7 1 6 1
Gürcüstan 99 62 6 1 3 3 6 3 4 10 5 7 6 5 2 1
37 12 6 6 2 1 8 2
Avstraliya 160 139 12 6 5 10 3 8 7 6 8 6 10 12 7 1 12 10 1 8 7
21 2 1 1 1 2 6 2 3 3
Albaniya 76 38 10 10 10 8
38 12 3 5 10 1 7
Belçika 165 40 3 3 1 7 2 3 3 2 5 5 2 4
125 10 5 4 8 2 10 7 8 4 8 7 6 4 6 8 10 6 8 4
Monteneqro 56 17 8 7 2
39 1 7 3 5 8 2 1 6 5 1
Finlandiya 92 41 7 7 7 1 3 3 1 6 6
51 8 2 5 3 7 1 4 3 3 2 5 5 3
Azərbaycan 150 87 10 3 7 5 7 8 8 4 6 4 4 3 1 12 5
63 12 1 6 1 12 12 10 7 2
Portuqaliya 370 173 5 12 6 6 7 4 10 12 5 12 12 12 7 10 7 8 12 4 12 10
197 12 8 10 12 12 7 12 8 10 12 6 12 7 6 7 12 12 10 12 10
Yunanıstan 115 61 1 8 12 2 2 7 1 12 10 6
54 2 3 6 6 4 5 2 12 5 4 5
Polşa 119 50 12 2 4 2 3 1 1 8 2 2 4 3 6
69 6 3 2 8 1 2 3 5 8 3 2 3 8 3 12
Moldova 291 111 10 3 10 12 1 5 6 5 10 3 6 8 6 7 7 12
180 5 6 12 7 10 10 8 10 12 7 10 8 10 7 10 10 8 12 10 8
İslandiya 60 29 2 2 2 2 5 2 2 3 8 1
31 7 1 4 5 1 4 7 2
Çexiya 83 81 4 1 4 6 2 4 12 3 5 1 4 10 7 10 8
2 2
Kipr 164 61 8 5 8 7 6 4 5 12 3 3
103 4 7 6 3 4 5 6 3 12 7 7 4 4 12 4 6 3 6
Ermənistan 152 87 7 5 10 8 4 4 12 6 10 5 1 4 6 5
65 3 10 5 7 4 8 6 4 5 8 1 4
Sloveniya 36 16 1 4 1 1 5 4
20 2 8 2 4 3 1
Latviya 21 1 1
20 1 4 5 1 2 7

12 xallar[redaktə | mənbəni redaktə et]

Münsif səsverməsi[redaktə | mənbəni redaktə et]

Aşağıdakı cədvəldə 1-ci yarımfinalda iştirak edən ölkələrin münsif səsverməsindən gələn maksimum 12 xallar göstərilmişdir:

Say İştirakçı ölkə 12 xal verən ölkələr
7 Portuqaliya Azərbaycan, Gürcüstan, İslandiya, İspaniya, Latviya, Moldova, Polşa
3 Avstraliya Çexiya, İsveç, Sloveniya
2 Yunanıstan Kipr, Monteneqro
Moldova Albaniya, Böyük Britaniya
İsveç Belçika, Finlandiya
1 Ermənistan Yunanıstan
Azərbaycan İtaliya
Kipr Ermənistan
Çexiya Portuqaliya
Polşa Avstraliya
SMS səsverməsi[redaktə | mənbəni redaktə et]

Aşağıdakı cədvəldə 1-ci yarımfinalda iştirak edən ölkələrin SMS səsverməsindən gələn maksimum 12 xallar göstərilmişdir:

Say İştirakçı ölkə 12 xal verən ölkələr
9 Portuqaliya Albaniya, Belçika, Finlandiya, İslandiya, İspaniya, İsveç, Latviya, Polşa, Sloveniya
3 Azərbaycan Çexiya, Gürcüstan, Moldova
Moldova Avstraliya, İtaliya, Portuqaliya
2 Kipr Ermənistan, Yunanıstan
1 Albaniya Monteneqro
Gürcüstan Azərbaycan
Yunanıstan Kipr
Polşa Böyük Britaniya

2-ci yarımfinal[redaktə | mənbəni redaktə et]

  Münsif səsverməsi
  SMS səsverməsi
Səsvermə nəticələri[6]
Cəmi Serbiya Avstriya Şimali Makedoniya Malta Rumıniya Niderland Macarıstan Danimarka İrlandiya San-Marino Xorvatiya Norveç İsveçrə Belarus Bolqarıstan Litva Estoniya İsrail Fransa Almaniya Ukrayna
Serbiya 98 53 2 6 4 8 2 2 2 6 6 4 2 1 1 7
45 6 12 10 12 5
Avstriya 147 115 6 3 5 8 8 7 10 7 5 4 7 6 12 4 5 8 4 6
32 1 1 4 6 3 3 1 4 2 3 4
Şimali Makedoniya 69 29 5 8 2 3 8 3
40 10 4 6 3 12 5
Malta 55 55 2 6 8 1 3 5 1 1 5 7 1 4 2 6 3
0
Rumıniya 174 26 10 4 1 4 3 4
148 6 7 3 7 8 7 8 8 8 7 8 7 5 7 6 12 10 12 7 5
Niderland 200 149 8 8 6 6 12 10 10 3 12 12 8 8 8 8 5 6 5 8 6
51 4 2 3 6 7 5 3 2 3 4 1 2 4 5
Macarıstan 231 66 12 3 5 3 3 10 2 5 2 2 12 7
165 12 12 6 6 12 10 4 6 10 12 6 8 10 8 5 8 7 7 10 6
Danimarka 101 96 4 7 5 10 10 6 1 5 8 10 3 2 4 6 8 4 2 1
5 1 4
İrlandiya 86 45 10 1 3 5 2 2 1 8 7 4 2
41 3 1 4 6 2 5 2 2 3 4 7 1 1
San-Marino 1 0
1 1
Xorvatiya 141 37 3 1 7 2 4 1 3 6 5 5
104 7 10 8 8 5 4 10 7 6 1 10 4 6 2 5 2 6 3
Norveç 189 137 1 5 2 7 7 12 7 10 4 10 10 5 12 10 10 3 12 10
52 3 2 5 5 10 2 6 3 7 3 2 4
İsveçrə 97 48 4 1 6 4 4 8 5 3 7 3 1 2
49 4 2 5 5 10 1 1 5 1 2 4 1 2 4 2
Belarus 110 55 7 7 3 7 1 3 5 10 12
55 2 1 1 3 2 1 3 5 8 6 8 3 12
Bolqarıstan 403 199 10 12 12 12 8 12 12 6 12 8 6 12 12 12 10 12 6 7 10 8
204 8 8 10 12 8 12 12 12 10 12 8 12 6 12 10 10 12 8 12 10
Litva 42 17 4 6 7
25 12 10 1 1 1
Estoniya 85 16 2 2 3 1 1 7
69 4 2 3 4 2 3 5 1 8 2 12 6 6 3 8
İsrail 207 75 7 10 4 5 1 5 6 3 7 4 10 12 1
132 5 5 7 10 7 7 8 6 4 7 5 7 5 7 10 3 4 10 8 7

12 xallar[redaktə | mənbəni redaktə et]

Münsif səsverməsi[redaktə | mənbəni redaktə et]

Aşağıdakı cədvəldə 2-ci yarımfinalda iştirak edən ölkələrin münsif səsverməsindən gələn maksimum 12 xallar göstərilmişdir:

Say İştirakçı ölkə 12 xal verən ölkələr
10 Bolqarıstan Avstriya, Belarus, Estoniya, İrlandiya, İsveçrə, Macarıstan, Malta, Niderland, Norveç, Şimali Makedoniya,
3 Niderland Rumıniya, San Marino, Xorvatiya
Norveç Almaniya, Danimarka, Litva
2 Macarıstan İsrail, Serbiya
1 Avstriya Bolqarıstan
Belarus Ukrayna
İsrail Fransa
SMS səsverməsi[redaktə | mənbəni redaktə et]

Aşağıdakı cədvəldə 2-ci yarımfinalda iştirak edən ölkələrin SMS səsverməsindən gələn maksimum 12 xallar göstərilmişdir:

Say İştirakçı ölkə 12 xal verən ölkələr
9 Bolqarıstan Almaniya, Belarus, Danimarka, Macarıstan, İsrail, Malta, Niderland, Norveç, San Marino
4 Macarıstan Avstriya, Rumıniya, Serbiya, Xorvatiya
2 Rumıniya Fransa, Estoniya
Serbiya İsveçrə, Şimali Makedoniya
1 Belarus Ukrayna
Estoniya Litva
Litva İrlandiya
Makedoniya Bolqarıstan

Final[redaktə | mənbəni redaktə et]

  Münsif
  SMS
Səsvermə nəticələri[7]
Cəmi Albaniya Ermənistan Avstraliya Avstriya Azərbaycan Belarus Belçika Bolqarıstan Xorvatiya Kipr Çexiya Danimarka Estoniya Finlandiya Fransa Gürcüstan Almaniya Yunanıstan Macarıstan İslandiya İrlandiya İsrail İtaliya Latviya Litva Şimali Makedoniya Malta Moldova Monteneqro Niderland Norveç Portuqaliya Polşa Rumıniya San-Marino Serbiya Sloveniya İspaniya İsveç İsveçrə Ukrayna Böyük Britaniya
İsrail 39 34 4 1 8 6 7 5 2 1
5 1 3 1
Polşa 64 23 2 6 2 7 1 1 4
41 2 4 1 2 3 7 3 1 3 5 10
Belarus 83 50 7 12 2 5 3 1 2 2 3 12 1
33 3 2 6 2 6 1 1 4 8
Avstriya 93 93 1 3 4 3 12 1 4 7 1 5 2 7 1 6 5 2 1 3 10 1 4 3 4 3
0
Ermənistan 79 58 7 1 4 1 3 8 2 4 3 1 6 4 2 4 5 3
21 1 2 6 10 2
Niderland 150 135 4 12 5 10 8 8 5 4 4 1 7 8 4 2 4 3 8 12 7 1 1 3 7 3 4
15 10 1 1 1 2
Moldova 374 110 8 10 10 3 3 3 7 3 8 1 6 2 6 8 7 7 8 4 6
264 6 12 3 10 10 7 10 4 6 5 8 4 5 7 7 6 10 6 8 5 12 8 8 2 1 3 5 6 12 6 12 8 7 3 6 8 12 6
Macarıstan 200 48 5 12 1 1 4 3 1 10 3 8
152 6 5 7 8 1 6 12 3 8 4 2 3 2 2 1 4 2 2 3 2 7 6 4 2 5 10 4 12 5 4 5 4 1
İtaliya 334 126 12 2 6 10 7 10 2 4 5 2 8 12 8 7 3 8 2 10 6 2
208 12 4 2 6 6 5 7 8 1 5 8 5 5 4 7 4 7 1 8 3 5 8 12 4 10 2 2 4 6 10 6 10 8 1 10 2
Danimarka 77 69 5 3 3 6 5 4 5 3 7 8 8 5 5 2
8 8
Portuqaliya 758 382 6 12 7 8 8 10 8 7 8 12 10 8 8 12 12 10 5 12 12 5 12 5 12 12 10 10 7 12 10 12 6 12 12 12 12 12 12 10 12
376 8 10 7 12 8 7 12 7 10 7 8 5 10 12 12 8 12 8 7 12 10 12 5 10 12 7 8 6 8 12 12 10 7 7 8 8 12 10 12 10 8
Azərbaycan 120 78 2 4 5 1 10 10 4 1 12 5 12 1 5 6
42 10 12 10 5 1 4
Xorvatiya 128 25 1 3 6 5 3 7
103 7 1 4 1 8 5 3 6 10 3 12 3 1 1 3 3 5 12 2 8 5
  Münsif
  SMS
Cəmi Albaniya Ermənistan Avstraliya Avstriya Azərbaycan Belarus Belçika Bolqarıstan Xorvatiya Kipr Çexiya Danimarka Estoniya Finlandiya Fransa Gürcüstan Almaniya Yunanıstan Macarıstan İslandiya İrlandiya İsrail İtaliya Latviya Litva Şimali Makedoniya Malta Moldova Monteneqro Niderland Norveç Portuqaliya Polşa Rumıniya San-Marino Serbiya Sloveniya İspaniya İsveç İsveçrə Ukrayna Böyük Britaniya
Avstraliya 173 171 4 7 6 6 4 10 8 7 10 2 5 7 10 5 1 8 4 4 3 5 7 4 3 7 8 10 4 2 10
2 2
Yunanıstan 77 48 1 10 5 6 12 12 2
29 3 1 5 12 7 1
İspaniya 5 0
5 5
Norveç 158 129 5 3 6 7 2 6 10 1 7 7 12 6 1 2 5 3 7 10 2 7 2 3 10 5
29 5 7 2 1 1 6 6 1
Böyük Britaniya 111 99 8 4 12 1 2 5 5 6 2 3 6 1 3 7 4 3 5 1 5 6 10
12 3 4 4 1
Kipr 68 36 7 5 5 4 12 1 2
32 12 3 2 12 2 1
Rumıniya 282 58 3 3 3 6 8 3 4 5 12 10 1
224 4 2 10 10 2 2 6 8 6 4 6 4 6 3 10 6 1 6 5 12 7 10 5 4 6 12 7 10 7 7 6 4 2 7 3 4 3 7
Almaniya 6 3 3
3 3
Ukrayna 36 12 7 1 4
24 1 7 4 7 3 2
Belçika 363 108 2 3 2 2 2 12 8 7 10 4 6 2 8 10 8 5 4 1 6 1 5
255 5 5 4 8 4 6 4 5 2 4 6 12 10 8 10 5 8 10 5 6 2 12 10 4 5 2 4 10 7 10 12 5 5 3 6 4 12 7 5 3
İsveç 344 218 6 6 4 8 12 4 6 7 12 3 12 8 8 4 1 8 6 10 10 6 1 8 7 6 6 7 4 7 2 6 5 10 8
126 2 3 6 1 3 3 2 2 2 5 12 3 6 1 3 3 8 3 4 3 5 7 3 4 5 1 3 2 2 1 1 5 1 7 4
Bolqarıstan 615 278 10 8 10 2 12 10 10 7 2 4 12 6 5 6 8 2 10 6 10 7 2 8 7 12 8 10 2 10 12 6 10 2 6 8 6 7 8 7
337 10 7 5 7 12 12 8 8 10 12 10 7 7 4 7 5 10 12 4 6 10 8 7 7 12 10 8 6 8 8 8 8 8 12 10 7 10 7 6 2 12
Fransa 135 45 5 3 1 2 6 6 5 4 3 4 1 5
90 1 8 5 4 3 12 3 3 1 1 3 4 1 4 1 6 5 2 6 4 2 3 2 6

12 xallar[redaktə | mənbəni redaktə et]

Münsif səsverməsi[redaktə | mənbəni redaktə et]

Aşağıdakı cədvəldə iştirak edən bütün ölkələrin peşəkar münsiflər heyətinin finala vəsiqə qazanan ölkələrə verdiyi maksimum 12 xallar göstərilmişdir:

Say İştirakçı ölkə 12 xal verən ölkələr
18 Portuqaliya Böyük Britaniya, Ermənistan, Çexiya, Fransa, Gürcüstan, İslandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, Latviya, Litva, Macarıstan, Niderland, Polşa, San Marino, Serbiya, Sloveniya
4 Bolqarıstan Belarus, Estoniya, Norveç, Şimali Makedoniya,
3 İsveç Belçika, Danimarka, Finlandiya
2 Azərbaycan İtaliya, Portuqaliya
Belarus Azərbaycan, Ukrayna
İtaliya Albaniya, Malta
Niderland Avstriya, Rumıniya
Yunanıstan Kipr, Monteneqro
1 Avstriya Bolqarıstan
Belçika İrlandiya
Böyük Britaniya Avstraliya
Kipr Yunanıstan
Macarıstan Xorvatiya
Norveç Almaniya
Rumıniya Moldova
SMS səsverməsi[redaktə | mənbəni redaktə et]

Aşağıdakı cədvəldə iştirak edən bütün ölkələrdən gələn SMS səsverməsinin nəticəsi olaraq finala vəsiqə qazanan ölkələrə göndərilən maksimum 12 xallar göstərilmişdir:

Say İştirakçı ölkə 12 xal verən ölkələr
12 Portuqaliya Almaniya, Avstriya, Belçika, Finlandiya, Fransa, İslandiya, İspaniya, İsrail, İsveçrə, Litva, Niderland, Norveç
7 Bolqarıstan Azərbaycan, Belarus, Böyük Britaniya, Çexiya, Macarıstan, San Marino, Şimali Makedoniya
5 Moldova Avstraliya, İtaliya, Portuqaliya, Rumıniya, Ukrayna
4 Belçika Estoniya, İsveç, Latviya, Polşa
2 İtaliya Albaniya, Malta
Macarıstan Serbiya, Xorvatiya
Kipr Ermənistan, Yunanıstan
Rumıniya İrlandiya, Moldova
Xorvatiya Monteneqro, Sloveniya
1 Azərbaycan Gürcüstan
İsveç Danimarka
Fransa Bolqarıstan
Yunanıstan Kipr

Digər ölkələr[redaktə | mənbəni redaktə et]

  • Andorra Andorra – 19 may 2016-cı il tarixdə Andorranın RTVA kanalı ölkənin 2017-ci ildə də müsabiqəyə qayıtmayacağını rəsmi olaraq açıqlayıb.[8] Andorra Avroviziyada son dəfə Moskvada keçirilən müsabiqədə 2009-cu ildə iştirak etmiş və yarımfinal mərhələsində 15-ci yeri tutmuşdur.
  • Bosniya və Herseqovina Bosniya və Herseqovina – 28 sentyabr 2016-cı il tarixdə Bosniya və Herseqovinanın BHRT telekanalı ciddi maliyyə problemləri və iştirak üçün əlavə sponsorun olmaması səbəbindən ölkənin növbəti müsabiqədə iştirak etməyəcəyini açıqlamışdır. Bundan öncə May ayında Avropa Yayım İttifaqı Bosniya və Herseqovinanın Avroviziyanı yayımlayan əsas yayımçı kanalı olan BHRT-nin AYİ-na toplamda 5.4 milyon təşkil edən borcu ödəyə bilməməsi səbəbindən ölkənin Avropa Yayım İttifaqına üzvlükdən məhrum edilə biləcəyini və beləliklə Avroviziyada iştirakdan azad olunacağını bəyan etmişdir. Bosniya və Herseqovina Avroviziyada son dəfə ötən il (2016) Stokholmda keçirilən müsabiqədə iştirak etmiş və yarımfinal mərhələsində 11-ci yeri tutaraq, finala adlaya bilməmişdir.
  • Lüksemburq Lüksemburq – 25 may 2016-cı il tarixdə Lüksemburqun RTL kanalı ölkənin 2017-ci ildə Avroviziyaya geri dönməyəcəyini bildirdi[9]. Lüksemburq Avroviziyada son dəfə İrlandiyada keçirilən müsabiqədə 1993-cü ildə iştirak etmiş və 20-ci yeri tutmuşdur.
  • Monako Monako – 19 avqust 2016-cı il tarixdə Monakonun TMC kanalı ölkənin 2017-ci ildə də müsabiqəyə qayıtmayacağını rəsmi olaraq açıqlayıb.[10] Monako Avroviziyada son dəfə Afinada keçirilən müsabiqədə 2006-cı ildə iştirak etmiş və yarımfinal mərhələsində 21-ci yeri tutmuşdur.
  • Rusiya Rusiya – Rusiya təmsilçisi Yuliya Samoylova Rusiyanın Krımı zəbt etməsindən sonra 2015-ci ildə Krım yarımadasının Kerç şəhərində baş tutan konsertdə çıxış etməsi səbəbdən Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən müğənninin Ukraynaya girişinə 3 illik qadağa qoymuşdur. 13 aprel 2017-ci il tarixdə Rusiyanın dövlət kanalı Kiyevdə baş tutan müsabiqədə ölkənin iştirak etməyəcəyini açıqlamışdır.
  • Slovakiya Slovakiya – 12 aprel 2016-cı il tarixdə Slovakiyanın RTVS kanalı ölkənin 2016-cı ildə Avroviziya Mahnı Müsabiqəsinə qayıtmayacağını açıqlayarkən buna səbəb kimi maliyyə problemlərini göstərmişdir. Lakin eyni zamanda telekanal Avroviziyanı "çəkici proekt" adlandıraraq növbəti ildə müsabiqədə iştiraka maraqlı olduqlarını və bunun üçün son qərarın 2016-cı ilin sonunda açıqlanacağını bildirmişdir[11]. 24 oktyabr tarixində ölkənin Kiyevdə keçiriləcəl müsabiqədə iştirak etməyəcəyi təsdiqini tapdı. Slovakiya Avroviziyada son dəfə Bakıda keçirilən müsabiqədə 2012-ci ildə iştirak etmiş və yarımfinal mərhələsində sonuncu yeri tutmuşdur.
  • Türkiyə Türkiyə – Türkiyənin TRT kanalı AYİ-nə ölkənin 2017-ci ildə Avroviziya Mahnı Müsabiqəsinə qayıdacağı ilə bağlı yazılı açıqlama vermişdir. Lakin bundan öncə də ölkənin geri dönəcəyi ilə bağlı məlumatlar mediada yayılmasına baxmayaraq bu baş tutmamışdır[12]. 23 oktyabr tarixində Türkiyənin 2017 Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyəcəyi öz təsdiqini tapdı. Türkiyə Avroviziyada son dəfə Bakıda keçirilən müsabiqədə 2012-ci ildə iştirak etmiş və final mərhələsində 7-ci yeri tutmuşdur.

Təkrar iştirak edən müğənnilər[redaktə | mənbəni redaktə et]

Müğənni Ölkə İştirak etdiyi il(lər) Tutduğu yer
Koit Toome Estoniya Estoniya 1998 12-ci
Laura Poldvere ("Suntribe" qrupunun üzvü) Estoniya Estoniya 2005 20-ci (yarımfinalda)
Omar Naber Sloveniya Sloveniya 2005 12-ci (yarımfinalda)
SunStroke Project Moldova Moldova 2010 22-ci
Tiyana Boqiçeviç (dəstək vokalçı olaraq) Serbiya Serbiya 2011 2011: 14-cü
Valentina Monetta San-Marino San-Marino 2012, 2013, 2014 2012: 14-cü (yarımfinalda), 2013: 11-ci (yarımfinalda),
2014: 24-cü (finalda)
İmri Ziv (dəstək vokalçı olaraq) İsrail İsrail 2015, 2016 2015: 10-cu, 2016: 14-cü

Ukraynanın Rusiya təmsilçisinə qoyduğu qadağa[redaktə | mənbəni redaktə et]

2014-cü ildə Rusiyanın Krım yarımadasını zəbt etməsindən sonra 2015-ci ildə Ukrayna hökuməti Krımın işğalını dəstəkləyən müğənniləri qara siyahıya alaraq, milli təhlükəsizliyin qorunması səbəbindən həmin şəxslərin ölkəyə girişinə qadağa qoymuşdur. Baş nazir müavini Vyaçeslav Kırılenko ölkənin Avroviziyaya ev sahibliyi edəcəyi halda belə bu qadağanın aradan qaldırılmayacağını bildirmişdir. Avropa Yayımlar Birliyi bu qadağanın Avroviziyaya tətbiq edilməməsi və Ukraynanın müsabiqəyə ev sahibliyi edə biləcəyi halda bütün ölkələrdən olan nümayəndə heyətinin Ukraynaya gələ bilməsi üçün Ukraynanın dövlət kanalı NTU və Ukrayna hökuməti ilə danışıqlar aparıldığını açıqlamışdır. Dövlət kanalından olan nümayəndənin Amerikanın məşhur Billboard maqazin jurnalına verdiyi müsahibədə tərtib olunan qara siyahının NTU-nun idarəsindən kənar olduğunu bildirmişdir.

Rus şərhçilər Ukraynaya 2016-cı ildə Avroviziyada qələbə qazandıran "1944" mahnısını tənqid edərək, mahnının İosif Stalinin əmri ilə baş tutmuş Krım tatarlarının deportasiyasına aid olduğunu və bu tip siyasi mövzuda olan mahnının müsabiqənin qaydalarını kobud şəkildə pozduğunu bildirmişdirlər. Lakin mahnıda hansısa birbaşa siyasi mesaj olmaması səbəbindən mahnının Avroviziyanın qaydalarını pozmadığı daha öncə Avropa Yayım İttifaqı tərəfindən təsdiqlənmişdir. Müsabiqənin qalibi Camala da verdiyi müsahibələrdə ifa etdiyi və bəstələdiyi mahnının siyasi mövzuda olmadığını və mahnını yazmaqla əsas məqsədinin 1944-cü ildə nənəsinin yaşadığı acıları, dəhşətli anları dinləyiciyə çatdırmaq olduğunu bildirmiş və mahnının onun üçün yalnız şəxsi anlam daşıdığını vurğulamışdır. Ukraynanın müsabiqədə qalib gəlməsinin ardınca Rusiya Kiyevdə keçirilən müsabiqədə iştirakını təsdiqləsə də, müəyyən Rus siyasətçiləri ölkənin müsabiqədə iştirakdan imtina etməyə çağırmış və buna səbəb kimi Rusiyanın Ukraynada xoşagəlməz qonaq olacağı göstərilmişdir.

Ev sahibi ölkə ilə ciddi siyasi münaqişədə olmasına baxmayaraq Rusiyanın dövlət kanalı olan "Pervıy Kanal" 12 mart tarixində Avroviziya 2017-də Rusiyanı "Flame is Burning" (azərb. Məşəl alovlanır‎) adlı mahnı ilə Yuliya Samoylovanın təmsil edəcəyini açıqladı. Bunun ardınca Ukrayna Təhlükəsizlik Xidmətinin Yuliya Samoylova üzərində araşdırma başladığı məlumatı verilmişdir. Buna səbəb Yuliyanın Ukrayna qanunlarını pozaraq Krıma Rusiyadan giriş etməsidir[13]. Müğənni Krım yarımadasının Rusiya tərəfindən zəbtindən sonra 2015-ci ildə Krımın Kerç şəhərində baş tutan konsertdə çıxış etmişdir. Ukrayna rəsmiləri Rusiyanın Samoylovanı müsabiqəyə göndərmək qərarının siyasi addım olduğunu bildirərək, Rusiyanın növbəti siyasi qalmaqal yaratmaq istədiyindən Krıma qeyri-qanuni yolla giriş edən müğənnini müsabiqə üçün seçilməsinin düşünülmüş addım olduğu iddia edilmişdir. Rusiya tərəfi bu iddiaları təkzib etmiş və bunun arxasında heç bir siyasi məqam olmadığı açıqlanmışdır[14].

22 mart tarixində Ukrayna Təhlükəsizlik Xidməti rəsmi olaraq Yuliya Samoylovanın ölkəyə girişinə 3 illik qadağa qoyulduğunu bəyan etmişdir. Qərarın həmən ardınca müsabiqənin direktoru Yon Ola Sand bütün iştirakçıların Kiyev səhnəsində çıxışını təmin etmək məqsədi ilə hələ də danışıqların aparıldığını və ev sahibi ölkənin aldığı qərarın müsabiqənin birlik və bərabərlik dəyərlərinə zidd olduğunu vurğulayaraq Avropa Yayımlar Birliyinin qərar ilə çox məyus olduğunun açıqlamışdır. Avropa Yayımlar Birliyi Yuliya Samoylovanın müsabiqədə çıxışını təmin etmək üçün alternativ yollar axtarır[15].

Yaranmış qarışıqlığa fikir bildirən Avropa Yayımlar Birliyinin rəsmisi İnqrid Deltenre Ukraynanın atdığı addımı "tamamilə qəbuledilməz" adlandırmışdır[16].

" Mən çox təəssüf edirəm ki, Ukrayna siyasi səbəblərə görə Avroviziyadan sui-istifadə edir. Avroviziya Mahnı Müsabiqəsi milyonlarla insanları bir araya gətirmək üçündür. Beləliklə dövlət kanalları müsabiqəni bir-birlərinə qarşı mübarizə olaraq istifadə etməməlidirlər. Ukraynanın atdığı addım tamamilə qəbuledilməzdir. "

13 aprel 2017-ci il tarixdə Rusiyanın dövlət kanalı rəsmi açıqlamada Kiyevdə baş tutan müsabiqədə ölkənin iştirak etməyəcəyini bildirmişdir[17].

Müsabiqəni canlı yayımlayan ölkələr[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Search for 2017 Eurovision host city has started". eurovision.tv. AYİ. 24 June 2016. 7 July 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyun 2016.
  2. "Eurovision 2017: Host city deliberation expected by 24 August". esctoday.com. 10 Avqust 2016. 2020-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 Avqust 2016.
  3. "2017 Eurovision host city announcement delayed". EuroVisionary. 25 avqust 2016. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-31.
  4. 1 2 3 "43 countries to participate in Eurovision 2017". eurovision.tv. AYİ. 2016-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2016.
  5. "2017 First Semi-Final Scoreboard". Eurovision.tv. AYİ. 13 May 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 may 2016.
  6. "2017 Second Semi-Final Scoreboard". Eurovision.tv. AYİ. 13 May 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 may 2017.
  7. "2017 Grand Final Scoreboard". Eurovision.tv. AYİ. 27 March 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 may 2016.
  8. "Andorra no return to Eurovision 2017". eurovoix.com. 19 may 2016. 11 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2016.
  9. "LUXEMBOURG: WILL NOT PARTICIPATE IN EUROVISION 2017". Eurovoix.com. RTL. 26 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2016.
  10. "Monaco: TMC will not participate in Eurovision 2017". esctoday.com. 19 avqust 2016. 2020-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 avqust 2016.
  11. "Slovakia: RTVS will not participate in Eurovision 2016". esctoday.com. 28 sentyabr 2015. 2015-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-15.
  12. "Turkey: Return To Eurovision in 2017?". Eurovoix. 2016-05-12. 2016-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-12.
  13. "Ukraine bans Russia's Eurovision entrant over Crimea tour". The Guardian. 2017-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2017.
  14. "Russia strikes provocative note for Eurovision in Ukraine". The Guardian. 2017-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2017.
  15. "Eurovision: Russia's entry Julia Samoilova 'could perform via satellite'". BBC News. 2020-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2017.
  16. "EBU Chief Describes Ukraine's Behaviour As "Absolutely Unacceptable"". escXtra. 2020-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2017.
  17. "Первый канал не будет транслировать Евровидение-2017". www.1tv.ru (rusca). Russia-1. 13 aprel 2017. 2017-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-13.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]