Rusiya Avroviziya Mahnı Müsabiqəsində — Vikipediya

Rusiya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1994-cü ildə qoşulmuş və ümumilikdə 22 dəfə müsabiqədə iştirak etmişdir. Müsabiqəyə qoşulduqdan sonra göstərdiyi zəif nəticələr səbəbindən Rusiya Avropa Yayım İttifaqının qərarı ilə 1996, 19981999-cu illərdə müsabiqədə iştirak etməmişdir. Ölkə 2008-ci ildə Dima Bilanın ifa etdiyi "Believe" mahnısı ilə Avroviziyada qələbə qazanmışdır. Rusiya müsabiqədə ümumilikdə 9 dəfə ilk beşlikdə yer almışdır. 2000-ci ildə Alsu, 2006-cı ildə Dima Bilan, 2012-ci ildə Buranovskiye Babuşki qrupu və 2015-ci ildə Polina Qaqarina ilə ikinci, 2003-cü ildə T.A.T.u. qrupu, 2007-ci ildə Serebro qrupu, 2016-cı ildə Sergey Lazarev2019-cu ildə yenidən Sergey Lazarev ilə üçüncü və 2013-cü ildə isə Dinə Qaripova ilə beşinci yeri tutmuşdur. Avroviziyada yarımfinalların tətbiq olunduğu 2004-cü ildən etibarən Rusiya həmişə müsabiqənin finalına yüksələ bilsə də, ilk dəfə 2018-ci ildə Yuliya Samoylovanın təmsilində yarımfinal mərhələsində məğlub olmuşdur.

Rusiyanın Avroviziya 2017-də iştirakı[redaktə | mənbəni redaktə et]

Rus şərhçilər Ukraynaya 2016-cı ildə Avroviziyada qələbə qazandıran "1944" mahnısını tənqid edərək, mahnının İosif Stalinin əmri ilə baş tutmuş Krım tatarlarının deportasiyasına aid olduğunu və bu tip siyasi mövzuda olan mahnının müsabiqənin qaydalarını kobud şəkildə pozduğunu bildirmişdirlər. Lakin mahnıda hansısa birbaşa siyasi mesaj olmaması səbəbindən mahnının Avroviziyanın qaydalarını pozmadığı daha öncə Avropa Yayım İttifaqı tərəfindən təsdiqlənmişdir. Müsabiqənin qalibi Camala da verdiyi müsahibələrdə ifa etdiyi və bəstələdiyi mahnının siyasi mövzuda olmadığını və mahnını yazmaqla əsas məqsədinin 1944-cü ildə nənəsinin yaşadığı acıları, dəhşətli anları dinləyiciyə çatdırmaq olduğunu bildirmiş və mahnının onun üçün yalnız şəxsi anlam daşıdığını vurğulamışdır. Ukraynanın müsabiqədə qalib gəlməsinin ardınca Rusiya Kiyevdə keçirilən müsabiqədə iştirakını təsdiqləsə də, müəyyən Rus siyasətçiləri ölkənin müsabiqədə iştirakdan imtina etməyə çağırmış və buna səbəb kimi Rusiyanın Ukraynada "xoşagəlməz qonaq" olacağı göstərilmişdir.

Ev sahibi ölkə ilə ciddi siyasi münaqişədə olmasına baxmayaraq Rusiyanın dövlət kanalı olan "Pervıy Kanal" 12 mart tarixində Avroviziya 2017-də Rusiyanı "Flame is Burning" (azərb. Məşəl alovlanır‎) adlı mahnı ilə Yuliya Samoylovanın təmsil edəcəyini açıqlamışdır. Bunun ardınca Ukrayna Təhlükəsizlik Xidmətinin Yuliya Samoylova üzərində araşdırma başladığı məlumatı verilmişdir. Buna səbəb isə Yuliyanın Ukrayna qanunlarını pozaraq Krıma Rusiyadan giriş etməsi olmuşdur.[1] Müğənni Krım yarımadasının Rusiya tərəfindən zəbtindən sonra 2015-ci ildə Krımın Kerç şəhərində baş tutan konsertdə çıxış etmişdir. Ukrayna rəsmiləri Rusiyanın Samoylovanı müsabiqəyə göndərmək qərarının siyasi addım olduğunu bildirərək, Rusiyanın məhz növbəti siyasi qalmaqal yaratmaq istədiyindən Krıma qeyri-qanuni yolla giriş edən müğənninin Avroviziya üçün seçildiyini və bunun düşünülmüş addım olduğunu iddia etmişdirlər. Rusiya tərəfi bu iddiaları təkzib etmiş və bunun arxasında heç bir siyasi məqam olmadığı söylənilmişdir.[2]

22 mart tarixində Ukrayna Təhlükəsizlik Xidməti rəsmi olaraq Yuliya Samoylovanın ölkəyə girişinə 3 illik qadağa qoyulduğunu bəyan etmişdir. Qərarın həmən ardınca müsabiqənin direktoru Yon Ola Sand bütün iştirakçıların Kiyev səhnəsində çıxışını təmin etmək məqsədi ilə hələ də danışıqların aparıldığını və ev sahibi ölkənin aldığı qərarın müsabiqənin birlik və bərabərlik dəyərlərinə zidd olduğunu vurğulayaraq Avropa Yayım İttifaqının qərar ilə çox məyus olduğunun açıqlamışdır.[3] Müsabiqə təşkilatçıları iki ölkə arasında danışıqlar aparmaq istəsə də, heç bir nəticə əldə edilməmiş və nəhayət 13 aprel 2017-ci il tarixdə "Pervıy Kanal" Kiyevdə baş tutan müsabiqədə Rusiyanın iştirak etməyəcəyini bəyan etmişdir[4]. Samoylova "I Won't Break" mahnısı ilə Rusiyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş, lakin final mərhələsinə yüksələ bilməmişdir.

Təmsilçilər[redaktə | mənbəni redaktə et]

  Qalib
  İkinci yer
  Üçüncü yer
  Sonuncu yer
İl
Dil
Müğənni
Mahnı
Final
Yarım-final
Yer
Xal
Yer
Xal
1994 Rusca Yudif "Vechny strannik" (Вечный странник) 9 70
Yarımfinal olmayıb
1995 Rusca Filipp Kirkorov "Kolybelnaya dlya vulkana" (Колыбельная для вулкана) 17 17
1997 Rusca Alla Puqaçova "Primadonna" (Примадонна) 15 33
2000 İngiliscə Alsu "Solo" 2 155
2001 İngiliscə Mumiy Troll "Lady Alpine Blue" 12 37
2002 İngiliscə Premyer-Ministr "Northern Girl" 10 55
2003 Rusca T.A.T.u. "Ne Ver', Ne Boysia" (Не верь, не бойся) 3 164
2004 İngiliscə Yuliya Saviçeva "Believe Me" 11 67
Birbaşa finalçı
2005 İngiliscə Nataliya Podolskaya "Nobody Hurt No One" 15 57
2006 İngiliscə Dima Bilan "Never Let You Go" 2 248 3 217
2007 İngiliscə Serebro "Song Number 1" 3 207
Birbaşa finalçı
2008 İngiliscə Dima Bilan "Believe" 1 272 3 135
2009 Rusca, Ukraynca Anastasiya Prixodko "Mamo" (Мамо) 11 91
Ev sahibi-ölkə
2010 İngiliscə Pyotr Naliç və dostları "Lost and Forgotten" 11 90 7 74
2011 İngiliscə, Rusca Aleksey Vorobyov "Get You" 16 77 9 64
2012 Udmurtca, İngiliscə Buranovskiye Babuşki "Party for everybody" 2 259 1 152
2013 İngiliscə Dinə Qaripova "What If" 5 174 2 156
2014 İngiliscə Tolmaçova bacıları "Shine" 7 89 6 63
2015 İngiliscə Polina Qaqarina "A Million Voices" 2 303 1 182
2016 İngiliscə Sergey Lazarev "You are the Only One" 3 491 1 342
2018 İngiliscə Yuliya Samoylova "I Won't Break"
Finala keçməyib
15 65
2019 İngiliscə Sergey Lazarev "Scream" 3 370 6 217
2020 Little Big

Səsvermə tarixi[redaktə | mənbəni redaktə et]

Rusiyanın ən çox xal verdiyi ölkələr
Sıra Ölkə Xal
1 Azərbaycan Azərbaycan 112
2 Ukrayna Ukrayna 101
3 Ermənistan Ermənistan 91
4 Moldova Moldova 64
5 Fransa Fransa 60
Norveç Norveç
Rusiyanın ən çox xal aldığı ölkələr
Sıra Ölkə Xal
1 Estoniya Estoniya 163
2 Belarus Belarus 153
3 Latviya Latviya 148
4 İsrail İsrail 122
5 Ukrayna Ukrayna 116

QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.

Ev sahibliyi[redaktə | mənbəni redaktə et]

İl Şəhər Ev sahibi Aparıcılar
2009 Moskva Olimpiyski arena Yarımfinallar: Nataliya Vodyanova və Andrey Malaxov;
Final: Alsuİvan Urqant[5]

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Ukraine bans Russia's Eurovision entrant over Crimea tour". The Guardian. 2017-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2017.
  2. "Russia strikes provocative note for Eurovision in Ukraine". The Guardian. 2017-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 mart 2017.
  3. "Eurovision: Russia's entry Julia Samoilova 'could perform via satellite'". BBC News. 2020-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2017.
  4. "Первый канал не будет транслировать Евровидение-2017". www.1tv.ru (rusca). Russia-1. 13 aprel 2017. 2017-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-13.
  5. "Exclusive: The hosts of the 2009 Eurovision Song Contest!". Eurovision.tv. 3 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2009.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]