Vyana — Vikipediya
Vyana | |||||
---|---|---|---|---|---|
Wien | |||||
![]() | |||||
| |||||
48°12′30″ şm. e. 16°22′21″ ş. u. | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | I əsr | ||||
İlk məlumat | I əsr | ||||
Sahəsi |
| ||||
Mərkəzin hündürlüyü | 151 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
| ||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | +43 1 | ||||
Poçt indeksi | 1000–1239, 1400, 1402, 1251–1255[4], 1300–1301[4], 1421, 1423, 1500, 1502–1503, 1600–1601, 1810, 1901 | ||||
Nəqliyyat kodu | W | ||||
wien.gv.at | |||||
![]() |
Vyana (alm. Wien, ing. Vienna) — Avstriyanın paytaxtı və ən böyük şəhəri, eyni zamanda ölkənin 9 əyalətindən sahə baxımından ən kiçiyi. Təxminən 1 650 000 nəfərlik əhalisi ilə ölkənin ən sıx şəhəridir. Ətraf bölgələri ilə birlikdə Vyanada təxminən 2 milyon insan yaşayır ki, bu da Avstriya əhalisinin təxminən dörddə biridir. Əhali baxımından Vyana Avropa İttifaqının ən böyük onuncu şəhəridir. Vyana Birləşmiş Millətlər Təşkilatının dörd rəsmi mərkəz nümayəndəliyindən birinə malikdir. Şəhərdə olan digər əhəmiyyətli beynəlxalq quruluşlar OPEK, ATƏT və Beynəlxalq Atom Enerjisi Agentliyidir.
Əsrlər boyu Havsburqlar sülaləsinin məskunlaşma yeri olan şəhər, bu müddət boyunca Avropanın mədəni və siyasi mərkəzlərindən birinə çevrilmişdir. Şəhər London, Nyu-York və Parisdən sonra iki milyon əhalisiylə dünyanın ən böyük dördüncü şəhəri olsa da, Birinci dünya müharibəsindən sonra əhalisinin dörddə birini itirmişdir. Hələ də Havsburq xanədanının izlərini daşıyan köhnə şəhər mərkəzi və Şönbrun sarayı YUNESKO tərəfindən dünya mədəniyyət mirası olaraq qəbul edilmişdir. Vyananın simvolu olan Stefan kilsəsi şəhərin mərkəzində yerləşir.
Vyananın rayonları[redaktə | mənbəni redaktə et]
- 1. İnner Ştadt (Innere Stadt)
- 2. Leopoldştadt (Leopoldstadt)
- 3. Landştrasse (Landstraße)
- 4. Viden (Wieden)
- 5. Marqareten (Margareten)
- 6. Mariahilf (Mariahilf)
- 7. Noybau (Neubau)
- 8. Yozefştadt (Josefstadt)
- 9. Alzerqrund (Alsergrund)
- 10. Favoriten (Favoriten)
- 11. Zimmerinq (Simmering)
- 12. Maydlinq (Meidling)
- 13. Hitzinq (Hietzing)
- 14. Penzinq (Penzing)
- 15. Rudolfshaym-Fünfhaus (Rudolfsheim-Fünfhaus)
- 16. Ottakrinq (Ottakring)
- 17. Hernals (Hernals)
- 18. Verinq (Währing)
- 19. [[Döblinq|]] (Döbling)
- 20. Brigittenau (Brigittenau)
- 21. Floridsdorf (Floridsdorf)
- 22. Donauştadt (Donaustadt)
- 23. Lizinq (Liesing)
Əhali[redaktə | mənbəni redaktə et]
|
|
|
Vyana əyalət parlamentində təmsil olunan partiyalar[redaktə | mənbəni redaktə et]
|
Dil[redaktə | mənbəni redaktə et]
Rəsmi dövlət dili Alman dilidir.
Din[redaktə | mənbəni redaktə et]
Müxtəlif dini konfessiyalar fəaliyyət göstərir.
Təhsil[redaktə | mənbəni redaktə et]
Ali təhsil müəssisələri[redaktə | mənbəni redaktə et]
- Vyana İncəsənət Akademiyası
- Vyana Tibb Universiteti
- PEF Vyana Özəl İdarəetmə Univeristeti
- Vyana Tətbiqi İncəsənət Universiteti
- Vyana Təbii Resurslar və Tətbiqi Həyat Elmləri Universiteti
- Vyana Universiteti
- Vyana Veterinar Tibb Universiteti
- Vyana İqtisadiyyat və Biznesin İdarəolunması Universiteti
- Vyana Texnologiya Universiteti
- Vyana Vebster Universiteti
Beynəlxalq təhsil müəssisələri[redaktə | mənbəni redaktə et]
- Vyana Beynəlxalq Amerika Məktəbi
- Dunay Beynəlxalq Məktəbi
- Vyana Xristian Məktəbi
- Vyana Beynəlxalq Məktəbi
- Vyana Beynəlxalq Universiteti
Mədəniyyət[redaktə | mənbəni redaktə et]
Vyanada Bethoven, Haydn, Şubert və Brahms kimi sənətkarlar yaşayıb yaradıblar. Ata Ştraus bu şəhəri vals rəqsinin mərkəzinə, Maks Reynhard isə teatr incəsənətini öyrənmək mərkəzinə çevirib. Avstriyanı bütün dünyada məşhurlaşdıran isə, onun Vyana Filarmoniyası və Vyana Dövlət Operası kimi mədəniyyət mərkəzləridir. Burada Qustav Miller və Rixard Ştraus kimi böyük dirijorlar fəaliyyət göstərib[5].
Qardaşlaşmış şəhərlər[redaktə | mənbəni redaktə et]
![]() | Zaqreb (Xorvatiya), 1994 |
![]() | Tel-Əviv (İsrail), 2005 |
![]() | Varşava (Polşa), 2001 |
![]() | Moskva (Rusiya), 1991 |
![]() | Budapeşt (Macarıstan), 1990 |
![]() | Bratislava (Slovakiya), 1993 |
![]() | İstanbul (Türkiyə), 2007 |
Şəkillər[redaktə | mənbəni redaktə et]
Riesenrad, Wiener Praterde yerləşir
Yunus Əmrə Çeşməsi Yunus Əmrə şərəfinə inşa edilib. Vyananın Türk parkında yerləşir. 1991 Türkiyə Cümhuriyyətinin Avstriyaya hədiyyəsidir.
Vyanada Üzeyir Hacıbəyovun abidəsi. Müəllif heykəltəraş Ömər Eldarovdur
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ 1 2 archINFORM (alm.). 1994.
- ↑ Dauersiedlungsraum der Gemeinden, Politischen Bezirke und Bundesländer, Gebietsstand 1.1.2019.
- ↑ Bevölkerung zu Jahres-/Quartalsanfang (avs. alm.). Statistik Austria.
- ↑ 1 2 Österreichische Post. 1999.
- ↑ "Ən məşhur mədəniyyət mərkəzləri. ann.az". 2011-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-09.
Xarici keçidlər[redaktə | mənbəni redaktə et]
- Vyana Arxivləşdirilib 2008-05-14 at the Wayback Machine
- Vyanada gəzməli yerlər