Niderland Avroviziya Mahnı Müsabiqəsində — Vikipediya

Niderland Avroviziya Mahnı Müsabiqəsinə ilk Avroviziyanın keçirildiyi il olan 1956-cı ildə qoşulmuş və ümumilikdə 60 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə Avroviziyada yalnız dörd dəfə 1985, 1991, 19952002-ci illərdə iştirak etməmişdir. İndiyədək Niderland müsabiqədə beş dəfə qələbə qazanmışdır.

Qazandığı beş qalibiyyət ilə Niderland Avroviziyanın ən çox uğur qazanan ölkələrindən biri hesab olunur. Ölkəyə ilk Avroviziya qələbəsini 1957-ci ildə Kori Brokken ifa etdiyi "Net als toen" mahnısı ilə qazandırmışdır. Bir il sonra 1959-cu ildə Teddi Sxolten "Een Beetje" mahnısı ilə ölkəyə ikinci Avroviziya qələbəsini yaşatmışdır. 1969-cu ildə ölkə təmsilçisi Lenni Kür ifa etdiyi "De troubadour" mahnısı ilə Niderlanda müsabiqədə üçüncü qalibiyyət qazandırmışdır. Lakin həmin müsabiqədə Niderland təmsilçisi ilə yanaşı həm də Fransa, İspaniyaBöyük Britaniya təmsilçiləri də müsabiqənin qalibi elan edilmişdir. Hər dörd ölkə səsvermənin sonunda eyni xalı toplayaraq birinci yerdə qərarlaşmışdırlar. Həmin ilədək Avroviziyada oxşar hadisə ilə rastlaşılmadığı üçün səslərin bərabərliyi vəziyyət ilə bağlı müsabiqədə ümumi qayda yox idi və nəticə olaraq, gecənin sonunda dörd ölkənin hər biri müsabiqənin qalibi elan edilmişdir. Növbəti dəfə Niderland Teach-In qrupunun səsləndirdiyi "Ding-a-dong" mahnısı ilə 1975-ci ildə Avroviziyada qalibiyyət əldə etmişdir. Niderlanda indiyədək olan ən son qələbəsini isə Dankan Lourens ifa etdiyi "Arcade" mahnısı ilə 2019-cu ildə yaşatmışdır. Niderland eyni zamanda Avroviziyada iki dəfə sıfır xalla, ümumilikdə isə altı dəfə sonuncu yeri tutmuşdur.

2004-cü ildə Avroviziyada yarımfinal mərhələsinin tətbiqindən sonra isə Niderland yalnız beş dəfə müsabiqənin finalında iştirak edə bilmiş və səkkiz il ard-arda (2005-2012) yarımfinal mərhələsində məğlub olmuşdur. Səkkiz ildən sonra ilk dəfə ölkəni Anuk ifa etdiyi "Birds" mahnısı ilə finala yüksəltməyə nail olmuşdur. Bir il sonra Niderland təmsilçiləri The Common Linnets qrupu "Calm After The Storm" mahnısı ilə ölkəyə finalda ikinci yeri qazandırmışdır.

Niderland iştirak etdiyi illər ərzində dörd dəfə Avroviziyaya ev sahibliyi etmişdir; bunlardan ikisi Haaqada (1976, 1980), biri Hilversumda (1958) və biri isə paytaxt Amsterdamda (1970) keçirilmişdir. 1979-cu ildə müsabiqədə qalib gələn İsrail iki il ard-arda müsabiqəyə ev sahibliyi etməkdən imtina etdikdən sonra 1980-ci ildə Avroviziyaya ev sahibliyini Niderland öz üzərinə götürmüşdür. Lakin eyni ilə Niderland 1960-cı ildə maliyyə çətinlikləri səbəbi ilə müsabiqəyə ev sahibliyi etməkdən imtina etmiş və ev sahibliyi Böyük Britaniyaya həvalə edilmişdir.

Təmsilçilər[redaktə | mənbəni redaktə et]

  Qalib
  İkinci yer
  Üçüncü yer
  Sonuncu yer
İl
Dil
Müğənni
Mahnı
Final
Yarım-final
Yer
Xal
Yer
Xal
1956 Niderlandca Yetti Parl "De vogels van Holland" 14 -
Yarımfinal olmayıb
1956 Niderlandca Kori Brokken "Voorgoed voorbij" 7 -
1957 Niderlandca Kori Brokken "Net als toen" 1 31
1958 Niderlandca Kori Brokken "Heel de wereld" 9 1
1959 Niderlandca Teddi Sxolten "Een Beetje" 1 21
1960 Niderlandca Rudi Karrell "Wat een geluk" 12 2
1961 Niderlandca Qretye Kauffeld "Wat een dag" 10 6
1962 Niderlandca De Spelbrekers "Katinka" 13 0
1963 Niderlandca Anni Palmen "Een speeldoos" 13 0
1964 Niderlandca Anneke Qrönlo "Jij bent mijn leven" 10 2
1965 Niderlandca Konni Vandenbos "Het is genoeg" 11 5
1966 Niderlandca Milli Skott "Fernando en Filippo" 15 2
1967 Niderlandca Tereze Steinmetz "Ring-dinge-ding" 14 2
1968 Niderlandca Ronni Tober "Morgen" 16 1
1969 Niderlandca Lenni Kür "De troubadour" 1 18
1970 Niderlandca Hearts of Soul "Waterman" 7 7
1971 Niderlandca Saskia və Serj "Tijd" 6 85
1972 Niderlandca Sandra və Andres "Als het om de liefde gaat" 4 106
1973 Niderlandca Ben Kramer "De oude muzikant" 14 69
1974 İngiliscə Mouth & MacNeal "I See A Star" 3 15
1975 İngiliscə Teach-In "Ding-a-dong" 1 152
1976 İngiliscə Sandra Remer "The Party's Over" 9 56
1977 Niderlandca Heddi Lester "De mallemolen" 12 35
1978 Niderlandca Harmony "'t Is OK" 13 37
1979 Niderlandca Sandra Reemer "Colorado" 12 51
1980 Niderlandca Meqqi MakNil "Amsterdam" 5 93
1981 Niderlandca Linda Uillyams "Het is een wonder" 9 51
1982 Niderlandca Bill van Diyk "Jij en ik" 16 8
1983 Niderlandca, İngiliscə Bernadette "Sing Me a Song" 7 66
1984 Niderlandca Maribell "Ik hou van jou" 13 34
1986 Niderlandca Frizzle Sizzle "Alles heeft ritme" 13 40
1987 Niderlandca Marcha "Rechtop in de wind" 5 83
1988 Niderlandca Qerard Yolinq "Shangri-La" 9 70
1989 Niderlandca Yustine Pelmelay "Blijf zoals je bent" 15 45
1990 Niderlandca Maywood "Ik wil alles met je delen" 15 25
1992 Niderlandca Hamfri Kampbell "Wijs me de weg" 9 67
1993 Niderlandca Rut Yakott "Vrede" 6 92
1994 Niderlandca Uilleke Alberti "Waar is de zon?" 23 4
1996 Niderlandca Maksin və Franklin Broun "De eerste keer" 7 78 9 63
1997 Niderlandca Mrs. Eynşteyn "Niemand heeft nog tijd" 22 5
Yarımfinal olmayıb
1998 Niderlandca Edsiliya Rombli "Hemel en aarde" 4 150
1999 İngiliscə Marleyn "One Good Reason" 8 71
2000 İngiliscə Linda Uaqenmakers "No Goodbyes" 13 40
2001 İngiliscə Mişel "Out On My Own" 18 16
2003 İngiliscə Ester Hart "One More Night" 13 45
2004 İngiliscə Re-Union "Without You" 20 11 6 146
2005 İngiliscə Qlennis Qreys "My Impossible Dream"
Finala keçməyib
14 53
2006 İngiliscə Treble "Amambanda" 20 22
2007 İngiliscə Edsiliya Rombli "On Top of the World" 21 38
2008 İngiliscə Hind "Your Heart Belongs to Me" 13 27
2009 İngiliscə De Toppers "Shine" 17 11
2010 Niderlandca Sieneke "Ik ben verliefd (Sha-la-lie)" 14 29
2011 İngiliscə 3Js "Never Alone" 19 13
2012 İngiliscə Yoan Franka "You and Me" 15 35
2013 İngiliscə Anuk "Birds" 9 114 6 75
2014 İngiliscə The Common Linnets "Calm After The Storm" 2 238 1 150
2015 İngiliscə Treyntye Osterhös "Walk Along"
Finala keçməyib
14 33
2016 İngiliscə Daue Bob "Slow Down" 11 153 5 197
2017 İngiliscə O'G3NE "Lights and Shadows" 11 150 4 200
2018 İngiliscə Ueylon "Outlaw in 'Em" 18 121 7 174
2019 İngiliscə Dankan Lourens "Arcade" 1 498 1 280

Səsvermə tarixi[redaktə | mənbəni redaktə et]

Niderlandın ən çox xal verdiyi ölkələr
Sıra Ölkə Xal
1 Belçika Belçika 173
2 İsveç İsveç 170
3 Almaniya Almaniya 167
4 Fransa Fransa 162
5 Böyük Britaniya Böyük Britaniya 153
Niderlandın ən çox xal aldığı ölkələr
Sıra Ölkə Xal
1 Belçika Belçika 168
2 Fransa Fransa 141
3 İrlandiya İrlandiya 135
4 Almaniya Almaniya 132
5 İsveçrə İsveçrə 122

QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.

Ev sahibliyi[redaktə | mənbəni redaktə et]

İl Şəhər Ev sahibi Aparıcılar
1958 Hilversum AVRO Studio Hanni Lips
1970 Amsterdam Congrescentrum Villi Dobb
1976 Haaqa Congresgebouw Kori Brokken
1980 Marloz Fluitsma

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]