2018 Avroviziya Mahnı Müsabiqəsi — Vikipediya

2018 Avroviziya Mahnı Müsabiqəsi
"All Aboard!"
"Hamı göyərtəyə!"
Müsabiqə afişası
Müsabiqə afişası
I yarımfinal 8 may 2018
II yarımfinal 10 may 2018
Final 12 may 2018
Aparıcı(lar) Katarina Furtado
Daniela Rua
Filomena Kautela
Silviya Alberto
Direktor Yon Ola Sand
Kanal Portuqaliya RTP
Keçirilən yer Altice Arena,
Lissabon, Portuqaliya
Qalib mahnı İsrail İsrail
"Toy"
Seçki sistemi 50% telesəsvermə
50% münsif səsverməsi
İştirakçıların sayı 43[1]
İlk dəfə iştirak edən ölkələr Olmayıb
Yenidən iştirak edən ölkələr Rusiya Rusiya
İştirakdan imtina edən ölkələr Olmayıb
Avroviziya Mahnı Müsabiqəsi
◄ 2017        2019 ►

2018 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2018; fr. Concours Eurovision de la chanson 2018) — sayca 63-cü Avroviziya Mahnı Müsabiqəsidir. Salvador Sobralın ifa etdiyi "Amar Pelos Dois" mahnısı ilə 2017 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2018-ci ildə Portuqaliya ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdır. Müsabiqə Portuqaliyanın paytaxtı Lissabon şəhərində, Altice Arenada, "All Aboard!" (azərb. Hamı göyərtəyə!‎) şüarı altında keçirilmişdir. Müsabiqənin yarımfinalları 2018-ci ilin 8 və 10 may, final isə 12 may tarixində baş tutmuşdur[2]. Katarina Furtado, Daniela Rua, Filomena Kautela və Silviya Alberto müsabiqəyə aparıcılıq etmişdir.[3]

17 noyabr 2017-ci il tarixində Avropa Yayım İttifaqı Lissabonda keçirilən Avroviziya 2018-də 43 ölkənin iştirak edəcəyini açıqlamışdır. 2017 Avroviziya Mahnı Müsabiqəsində Rusiyanı təmsil etməli olan müğənni Yuliya Samoylovaya ev sahibi Ukraynanın ölkəyə giriş qadağası qoymasının ardınca Rusiya müsabiqədə iştirakdan imtina etmişdir. Bir illik fasilədən sonra 2018-ci ildə Rusiya müsabiqəyə geri dönmüşdür. Ölkəni Lissabonda məhz Yuliya Samoylova təmsil etmişdir.[4] Şimali Makedoniyanın ilk öncə maliyyə problemləri səbəbindən Avroviziya 2018-də iştirak etməyəcəyi bildirilsə də, daha sonra Avroviziyanın rəsmi saytı ölkənin müsabiqəyə qoşulacağını elan etmişdir. Bu müsabiqə Azərbaycan, RusiyaRumıniyanın Avroviziya tarixində ilk dəfə finala keçməməsi ilə yadda qalmışdır. Bu eyni zamanda 2005-ci ildən bəri ilk heç bir Qafqaz ölkəsinin iştirak etmədiyi Avroviziya finalı olmuşdur.

12 may tarixində baş tutan final şousunda İsrail təmsilçisi Netta Barzilay ifa etdiyi "Toy" mahnısı ilə 529 xal toplayaraq qalib gəlmişdir. Bu müsabiqəyə ilk dəfə 1973-cü ildə qoşulan İsrailin Avroviziyada dördüncü qalibiyyəti idi.

Keçirildiyi yer[redaktə | mənbəni redaktə et]

Müsabiqənin keçirildiyi məkan, Altice Arena, Lissabon, Portuqaliya

2017-ci ildə Salvador Sobralın "Amar Pelos Dois" mahnısı ilə Portuqaliyaya qələbə qazandırmasının ardınca müsabiqə Portuqaliyanın paytaxtı Lissabonda Altice Arenada keçiriləcəkdir. Ümumilikdə Avropanın ən böyük qapalı arenalarından biri olan Altice Arena eyni anda 20,000 nəfərlik izləyicini qəbul edə biləcək şəraitə malikdir.

Tender mərhələsi[redaktə | mənbəni redaktə et]

Portuqaliyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki qələbəsinin ardınca 14 may 2017-cı il tarixdə Portuqaliyanın milli televiziya kompaniyası olan RTP-nin baş direktoru Nuno Artur Silva açıqlamasında ölkənin növbəti Avroviziyanı keçirməyə hazır olduğunu və Portuqaliyanın ən böyük arenası olan Altice Arenanın müsabiqəyə ev sahibliyi etməsinin mümkünlüyünü vurğulamışdır. 15 may tarixində RTP tərəfindən Lissabonun ev sahibi şəhər olacağı açıqlanmasına baxmayaraq, növbəti gün bununla bağlı son qərarın hal-hazırda alınmadığı bildirilmişdir[5].

RTP və Avropa Yayım İttifaqı (AYİ) tərəfindən ev sahibi ola biləcək şəhər və arenalar üçün aşağıdakı meyarlar vurğulanmışdır:

  • Arena minimum 10,000 nəfər tamaşaçını qəbul etməyə hazır olmalıdır.
  • Beynəlxalq mətbuat mərkəzi minimum 1,500 nəfər dünyanın müxtəlif yerlərindən olan jurnalist heyətini qəbul etməyə hazır olmalıdır.
  • Ən azı 2,000 nümayəndə heyətinin, akkreditə olunmuş jurnalistlərin və tamaşaçıların yerləşdirilməsi üçün müxtəlif qiymət kateqoriyalarına malik otellər olmalıdır.
  • Ev sahibi şəhər səmərəli nəqliyyat infrastrukturuna, uyğun sayda və böyüklüyə malik otellərə malik olmalıdır.
  • Arena beynəlxalq hava limanına yaxın olmalıdır.

Lissabondan başqa daha altı şəhər müsabiqəyə ev sahibliyi üçün namizədliyini irəli sürmüşdür: Braqa, Eşpinyu, Faru, Qimaraynş, Qondomar və Santa Mariya da Feyra. 25 iyul tarixində RTP və AYİ Lissabonun 2018 Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi edəcəyini rəsmi olaraq təsdiqləmişdir.

Şəhər Arena Tutum Qeyd
Braqa Braga Exhibition Park 15,000 (təmirdən sonra) 1981-ci ildə inşa edilmiş və 1987-ci ildə ərazisinin genişləndirildiyi aqro-sənaye parkı. Hal-hazırda təmirdədir və təmirin 2018-ci ilin əvvəllərində başa çatacağı gözlənilir.
Lissabon Altice Arena 20,000 Ümumilikdə Avropanın ən böyük qapalı arenalarından biri olan Altice Arena eyni anda 20,000 nəfərlik izləyicini qəbul edə biləcək şəraitə malikdir. Arena 1998-ci ildə inşa edilib və Portuqaliyanın ən böyük arenasıdır.
Qimaraynş Multiusos de Guimarães 10,000 2001-ci ildə inşa edilmiş maksimum 10,000 nəfərlik izləyicini qəbul edə biləcək şəraitə malik arena.
Qondomar Multiusos de Gondomar Coração de Ouro 8,000 2007-ci ildə inşa edilmiş maksimum 8,000 nəfərlik izləyicini qəbul edə biləcək şəraitə malik arena.
Santa Mariya da Feyra Europarque 11,000 1995-ci ildə inşa edilmiş maksimum 11,000 nəfərlik izləyicini qəbul edə biləcək şəraitə malik arena.

Avroviziya kəndi[redaktə | mənbəni redaktə et]

Avroviziya kəndi Avroviziya 2018 ərzində Lissabonda təyin edilmiş rəsmi müsabiqə ərazisidir. Müsabiqənin keçirdiyi müddət ərzində Avroviziya kəndində ifaçıların, DJ-lərin konsert proqramlarına, xüsusi şoulara qatılmaq mümkündür. Əraziyə yerləşdirilmiş böyük LED ekranlar sayəsində Avroviziyanı canlı olaraq oradan da izləmək mümkün olmuşdur.

Avroviziya kəndi ərazisi kimi Praça do Comércio meydanı seçilmişdir. Bu Lissabondakı ən böyük meydandır və Taxo çayının yanında yerləşir. Meydanda ənənəvi rəngli binalar və meydanın ortasında Kral Jozenin heykəli vardır. Tarixdə Praça do Comércio əsasən ticarətçilərin xaricdən gələn malları satdığı yer olmuşdur.

Açılış mərasimi və Qırmızı xalı[redaktə | mənbəni redaktə et]

Qırmızı xalı mərasimi 6 may tarixində İncəsənət, arxitektura və texnologiya muzeyində keçirilmişdur. Mərasimdə bütün ölkə təmsilçiləri qırmızı xalıdan keçərək, müsabiqə fanatlarına, jurnalistlərə və qonaqlara təqdim olunurlar. Qırmızı xalıdan sonra Lissabonun Elektrik muzeyində müsabiqənin açılış mərasimi baş tutmuşdur.

Format[redaktə | mənbəni redaktə et]

Yarımfinallara bölünmə səbətləri[redaktə | mənbəni redaktə et]

İştirakçı ölkələrin hansı yarımfinallarda iştirak edəcəyini müəyyən etmək məqsədi ilə 29 yanvar 2018 tarixində Silviya Alberto və Filomena Kautelanın aparıcılığında Lissabonda püşkatma keçirilmişdir.

Püşkatmanın ilk mərhələsində ev sahibi-ölkə Portuqaliya və Böyük beşlik ölkələrinin hansı yarımfinallarda səs verəcəkləri və ifa edəcəkləri müəyyən edilmişdir. İkinci mərhələdə ölkələrin hansı yarımfinallarda iştirak edəcəkləri və yarımfinalların neçənci hissəsində (birinci və ya ikinci) ifa edəcəkləri təyin olunmuşdur. Yarımfinalların birində 19 ölkə, digərində isə 18 ölkə iştirak edəcək. Hər yarı finalda ilk onluğa daxil olan ölkələr, ev sahibi ölkə və 'Böyük beşlik' daxil olmaqla cəmi 26 ölkə finalda iştirak edəcək. AYİ, 12 yanvar 2018 tarixində yarışmanın rəsmi telesəsvermə üzrə sponsoru Digame-nin apardığı hesablamalar nəticəsində 37 ölkədən müsabiqənin tarixində ənənəvi olaraq bir-birlərinə səs verənləri təyin edərək, 6 səbətə ayırmışdır.

1-ci Səbət 2-ci Səbət 3-cü Səbət 4-cü Səbət 5-ci Səbət 6-cı Səbət

İştirakçı ölkələr[redaktə | mənbəni redaktə et]

  Birinci yarımfinalda iştirak edən ölkələr
  Finalda birbaşa iştirak edən və birinci yarımfinalda səs verən ölkələr
  İkinci yarımfinalda iştirak edən ölkələr
  Finalda birbaşa iştirak edən və ikinci yarımfinalda səs verən ölkələr

43 ölkənin iştirak etdiyi Avroviziya 2018 otuz yeddi ölkənin final uğrunda mübarizə apardığı iki yarımfinal mərhələsindən və iyirmi altı ölkənin qalibiyyət uğrunda mübarizə apardığı final mərhələsindən təşkil olunacaqdır. "Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya) və ev sahibi Portuqaliya müsabiqənin finalında birbaşa iştirak etmək hüququ qazanmışdırlar.

Yenidən iştirak edən ifaçılar[redaktə | mənbəni redaktə et]

1-ci yarımfinal[redaktə | mənbəni redaktə et]

8 may tarixində baş tutan yarımfinal mərhələsində 19 ölkə iştirak etmişdir. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Böyük Britaniya, İspaniyaPortuqaliya səsvermədə iştirak etmişdir. 50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır.

Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.

[6] Ölkə[6] Dil Müğənni(lər)[6] Mahnı Tərcümə Yer Xal
01 Azərbaycan Azərbaycan İngiliscə Aysel Məmmədova "X My Heart" Qəlbimdən keçdim 11 94
02 İslandiya İslandiya İngiliscə Ari Oulafsson "Our Choice" Bizim seçimimiz 19 15
03 Albaniya Albaniya Albanca Euqent Buşpepa "Mall" Həsrət 8 162
04 Belçika Belçika İngiliscə Sennek "A Matter of Time" Zaman məsələsi 12 91
05 Çexiya Çexiya İngiliscə Mikolas Yosef "Lie to Me" Mənə yalan de 3 232
06 Litva Litva İngiliscə, Litvaca Yeva Zasimauskayte "When We're Old" Biz yaşlanarkən 9 119
07 İsrail İsrail İngiliscə, İvritcə Netta Barzilay "Toy" Oyuncaq 1 283
08 Belarus Belarus İngiliscə Alekseev "Forever" Əbədi 16 65
09 Estoniya Estoniya İtalyanca Elina Neçayeva "La Forza" Güc 5 201
10 Bolqarıstan Bolqarıstan İngiliscə Equinox "Bones" Sümüklər 7 177
11 Şimali Makedoniya Şimali Makedoniya İngiliscə Eye Cue "Lost and Found" İtmiş və tapılmış 18 24
12 Xorvatiya Xorvatiya İngiliscə Franka Bateliç "Crazy" Dəli 17 63
13 Avstriya Avstriya İngiliscə Sezar Sampson "Nobody but You" Səndən başqa heç kəs 4 231
14 Yunanıstan Yunanıstan Yunanca Qianna Terzi "Oneiro Mou" (Όνειρο Μου) Yuxum 14 81
15 Finlandiya Finlandiya İngiliscə Saara Aalto "Monsters" Bədheybətlər 10 108
16 Ermənistan Ermənistan Ermənicə Sevak Xanağyan "Qami" (Քամի) Külək 15 79
17 İsveçrə İsveçrə İngiliscə ZiBBZ "Stones" Daşlar 13 86
18 İrlandiya İrlandiya İngiliscə Rayan O'Şounessi "Together" Birlikdə 6 179
19 Kipr Kipr İngiliscə, İspanca Eleni Fureyra "Fuego" Atəş 2 262

2-ci yarımfinal[redaktə | mənbəni redaktə et]

10 may tarixində baş tutan yarımfinal mərhələsində 18 ölkə iştirak etmişdir. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Almaniya, Fransaİtaliya səsvermədə iştirak etmişdir. 50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır.

Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.

[7] Ölkə[7] Dil Müğənni(lər)[7] Mahnı Tərcümə Yer Xal
01 Norveç Norveç İngiliscə Aleksandr Rıbak "That's How You Write a Song" Mahnını bu cür yazmalısan 1 266
02 Rumıniya Rumıniya İngiliscə The Humans "Goodbye" Sağ olun 11 107
03 Serbiya Serbiya Serbcə Sanya İliçBalkanika "Nova deca" (Нова деца) Yeni uşaqlar 9 117
04 San-Marino San-Marino İngiliscə CessikaCenifer Breninq "Who We Are" Biz kimik 17 28
05 Danimarka Danimarka İngiliscə, İslandca Rasmussen "Higher Ground" Yüksək torpaq 5 204
06 Rusiya Rusiya İngiliscə Yuliya Samoylova "I Won't Break" Mən qırılmayacağam 15 65
07 Moldova Moldova İngiliscə DoReDoS "My Lucky Day" Mənim uğurlu günüm 3 235
08 Niderland Niderland İngiliscə Ueylon "Outlaw in 'Em" İçlərindəki cinayətkar 7 174
09 Avstraliya Avstraliya İngiliscə Cessika Mauboy "We Got Love" Bizim sevgimiz var 4 212
10 Gürcüstan Gürcüstan Gürcücə [q 1] İriao "For You" Sənin üçün 18 24
11 Polşa Polşa İngiliscə GromeeLukas Meyer "Light Me Up" Məni aydınlat 14 81
12 Malta Malta İngiliscə Kristabel "Taboo" Qadağan 13 101
13 Macarıstan Macarıstan Macarca AWS "Viszlát nyár" Sağol, yay 10 111
14 Latviya Latviya İngiliscə Laura Rizzotto "Funny Girl" Məzəli qız 12 106
15 İsveç İsveç İngiliscə Benyamin İnqrosso "Dance You Off" Səni rəqs etdirmək 2 254
16 Monteneqro Monteneqro Monteneqrcə Vanya Radovanoviç "Inje" Çən 16 40
17 Sloveniya Sloveniya Slovencə, Portuqalca Lea Sirk "Hvala, ne!" Təşəkkür edirəm, yox! 8 132
18 Ukrayna Ukrayna İngiliscə Melovin "Under the Ladder" Nərdivan altında 6 179
  1. Mahnının adı ingiliscə olsa da, mahnı bütünlüklə gürcü dilində ifa edilmişdir.

Final[redaktə | mənbəni redaktə et]

Finalçılar:

  • "Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya və İtaliya);
  • Ev sahibi ölkə (Portuqaliya);
  • Birinci yarımfinal mərhələsindən ilk onluğa daxil olan ölkələr;
  • İkinci yarımfinal mərhələsindən ilk onluğa daxil olan ölkələr.

12 may tarixində keçirilən final mərhələsində 26 ölkə iştirak etmişdir. Müsabiqədə iştirak edən bütün ölkələr səsvermədə iştirak etmişdir və İsrail təmsilçisi ən çox səs toplayaraq müsabiqənin qalibi elan edilmişdir.

[8] Ölkə[8] Dil Müğənni(lər)[8] Mahnı Tərcümə Yer Xal
01 Ukrayna Ukrayna İngiliscə Melovin "Under the Ladder" Nərdivan altında 17 130
02 İspaniya İspaniya İspanca AlfredAmaya "Tu canción" Sənin mahnın 23 61
03 Sloveniya Sloveniya Slovencə, Portuqalca Lea Sirk "Hvala, ne!" Təşəkkür edirəm, yox! 22 64
04 Litva Litva İngiliscə, Litvaca Yeva Zasimauskayte "When We're Old" Biz yaşlanarkən 12 181
05 Avstriya Avstriya İngiliscə Sezar Sampson "Nobody but You" Səndən başqa heç kəs 3 342
06 Estoniya Estoniya İtalyanca Elina Neçayeva "La Forza" Güc 8 245
07 Norveç Norveç İngiliscə Aleksandr Rıbak "That's How You Write a Song" Mahnını bu cür yazmalısan 15 144
08 Portuqaliya Portuqaliya Portuqalca Klaudiya Paskual "O jardim" Bağ 26 39
09 Böyük Britaniya Böyük Britaniya İngiliscə SuRie "Storm" Fırtına 24 48
10 Serbiya Serbiya Serbcə Sanya İliçBalkanika "Nova deca" (Нова деца) Yeni uşaqlar 19 113
11 Almaniya Almaniya İngiliscə Mixael Şulte "You Let Me Walk Alone" Sən məni yolda yalnız qoydun 4 340
12 Albaniya Albaniya Albanca Euqent Buşpepa "Mall" Həsrət 11 184
13 Fransa Fransa Fransızca Madame Monsieur "Mercy" Təşəkkür 13 173
14 Çexiya Çexiya İngiliscə Mikolas Yosef "Lie to Me" Mənə yalan de 6 281
15 Danimarka Danimarka İngiliscə, İslandca Rasmussen "Higher Ground" Yüksək torpaq 9 226
16 Avstraliya Avstraliya İngiliscə Cessika Mauboy "We Got Love" Bizim sevgimiz var 20 99
17 Finlandiya Finlandiya İngiliscə Saara Aalto "Monsters" Bədheybətlər 25 46
18 Bolqarıstan Bolqarıstan İngiliscə Equinox "Bones" Sümüklər 14 166
19 Moldova Moldova İngiliscə DoReDoS "My Lucky Day" Mənim uğurlu günüm 10 209
20 İsveç İsveç İngiliscə Benyamin İnqrosso "Dance You Off" Səni rəqs etdirmək 7 274
21 Macarıstan Macarıstan Macarca AWS "Viszlát nyár" Sağol, yay 21 93
22 İsrail İsrail İngiliscə, İvritcə Netta Barzilay "Toy" Oyuncaq 1 529
23 Niderland Niderland İngiliscə Ueylon "Outlaw in 'Em" İçlərindəki cinayətkar 18 121
24 İrlandiya İrlandiya İngiliscə Rayan O'Şounessi "Together" Birlikdə 16 136
25 Kipr Kipr İngiliscə, İspanca Eleni Fureyra "Fuego" Atəş 2 436
26 İtaliya İtaliya İtalyanca Ermal MetaFabritsio Moro "Non mi avete fatto niente" Sən mənə heçnə etmədin 5 308

Nəticələr[redaktə | mənbəni redaktə et]

1-ci yarımfinal[redaktə | mənbəni redaktə et]

  Münsif səsverməsi
  SMS səsverməsi
Səsvermə nəticələri[9]
Cəmi Azərbaycan İslandiya Albaniya Belçika Çexiya Litva İsrail Belarus Estoniya Bolqarıstan Şimali Makedoniya Xorvatiya Avstriya Yunanıstan Finlandiya Ermənistan İsveçrə İrlandiya Kipr Portuqaliya İspaniya Böyük Britaniya
Azərbaycan 94 47 5 10 3 7 12 10
47 1 7 10 5 5 5 4 3 7
İslandiya 15 15 1 4 7 2 1
0
Albaniya 162 114 7 12 4 5 1 4 12 1 6 10 4 6 8 6 5 7 5 4 7
48 3 12 4 1 10 1 10 1 5 1
Belçika 91 71 2 4 10 8 4 12 1 7 5 6 2 10
20 2 8 2 2 3 3
Çexiya 232 98 5 10 5 3 10 7 8 10 8 2 7 8 4 1 3 7
134 8 12 2 8 7 12 8 7 3 6 10 10 6 7 7 3 4 7 1 4 2
Litva 119 57 1 3 2 10 10 8 2 2 7 12
62 1 3 4 6 10 2 12 3 6 3 12
İsrail 283 167 4 10 10 7 12 7 6 5 5 12 12 4 12 12 5 10 12 2 12 8
116 10 8 4 3 12 1 10 1 7 3 6 2 10 4 8 5 8 2 7 5
Belarus 65 20 12 7 1
45 12 6 6 2 1 3 10 5
Estoniya 201 81 1 6 4 4 3 10 8 12 8 5 8 6 6
120 3 6 6 5 5 12 7 3 4 6 3 8 12 5 1 10 6 12 2 4
Bolqarıstan 177 107 2 6 2 7 3 5 7 12 6 4 6 10 3 6 6 7 3 12
70 4 5 2 2 3 5 8 5 7 2 3 10 8 6
Şimali Makedoniya 24 18 6 8 1 3
6 5 1
Xorvatiya 63 46 5 6 8 2 4 6 5 4 1 5
17 10 2 1 4
Avstriya 231 115 7 12 1 10 12 1 12 8 8 4 6 7 3 6 8 10
116 5 7 3 10 6 10 8 4 8 8 7 8 6 12 8 1 5
Yunanıstan 81 28 10 1 3 3 2 1 8
53 10 1 10 4 3 8 2 12 3
Finlandiya 108 35 4 2 7 3 5 1 2 5 2 1 3
73 10 8 2 1 3 6 12 1 2 5 6 4 6 7
Ermənistan 79 38 6 2 5 4 2 10 3 4 2
41 6 8 12 6 5 4
İsveçrə 86 59 3 3 2 8 6 6 8 5 1 1 1 3 3 5 4
27 2 1 1 2 1 2 8 4 2 3 1
İrlandiya 179 71 8 5 8 12 2 6 1 7 5 4 10 2 1
108 6 4 12 4 4 4 1 5 8 12 4 6 6 2 8 12 10
Kipr 262 89 8 12 3 8 3 3 2 7 7 10 4 12 10
173 7 5 12 7 7 5 10 7 4 12 7 12 7 12 5 12 7 7 10 10 8

12 xallar[redaktə | mənbəni redaktə et]

Münsif səsverməsi[redaktə | mənbəni redaktə et]

Aşağıdakı cədvəldə 1-ci yarımfinalda iştirak edən ölkələrin münsif səsverməsindən gələn maksimum 12 xallar göstərilmişdir:

Say İştirakçı ölkə 12 xal verən ölkələr
7 İsrail Avstriya, Çexiya, Finlandiya, Ermənistan, İspaniya, Kipr, Xorvatiya
3 Avstriya Belçika, Estoniya, İsrail
2 Albaniya Belarus, İslandiya
Bolqarıstan Böyük Britaniya, Şimali Makedoniya
Kipr Albaniya, İrlandiya
1 Azərbaycan Yunanıstan
Belarus Azərbaycan
Belçika Bolqarıstan
Estoniya İsveçrə
İrlandiya Litva
Litva Portuqaliya
SMS səsverməsi[redaktə | mənbəni redaktə et]

Aşağıdakı cədvəldə 1-ci yarımfinalda iştirak edən ölkələrin SMS səsverməsindən gələn maksimum 12 xallar göstərilmişdir:

Say İştirakçı ölkə 12 xal verən ölkələr
5 Kipr Albaniya, Bolqarıstan, Ermənistan, Xorvatiya, Yunanıstan
3 Estoniya Finlandiya, Litva, Portuqaliya
İrlandiya Avstriya, Belçika, İspaniya
2 Çexiya İslandiya, İsrail
Litva Böyük Britaniya, İrlandiya
1 Albaniya Şimali Makedoniya
Avstriya İsveçrə
Belarus Azərbaycan
Finlandiya Estoniya
Ermənistan Belarus
İsrail Çexiya
Yunanıstan Kipr

2-ci yarımfinal[redaktə | mənbəni redaktə et]

  Münsif səsverməsi
  SMS səsverməsi
Səsvermə nəticələri[10]
Cəmi Norveç Rumıniya Serbiya San-Marino Danimarka Rusiya Moldova Niderland Avstraliya Gürcüstan Polşa Malta Macarıstan Latviya İsveç Monteneqro Sloveniya Ukrayna Almaniya Fransa İtaliya
Norveç 266 133 2 8 7 6 10 4 10 8 5 4 12 7 5 12 6 7 1 2 5 12
133 6 6 7 12 8 6 10 6 5 7 6 8 4 10 5 10 8 4 4 1
Rumıniya 107 67 2 1 4 12 2 6 3 2 12 3 3 8 6 2 1
40 12 8 8 12
Serbiya 117 45 6 6 1 7 1 6 12 4 1 1
72 1 4 6 10 1 2 4 12 12 10 6 4
San-Marino 28 14 5 1 3 5
14 2 12
Danimarka 204 40 5 1 6 8 5 1 4 10
164 12 8 4 12 7 4 12 12 3 8 8 12 7 12 3 8 10 5 10 7
Rusiya 65 14 4 7 3
51 1 7 1 8 6 3 12 8 3 2
Moldova 235 82 12 10 2 12 3 10 3 4 6 2 5 5 4 4
153 5 12 5 6 6 12 7 10 12 2 4 10 8 5 4 6 12 12 5 10
Niderland 174 127 8 8 10 4 5 5 1 10 10 8 8 6 4 10 12 8 7 3
47 7 3 2 7 3 1 1 1 5 4 1 6 2 1 3
Avstraliya 212 130 10 6 12 3 10 4 8 7 10 12 10 3 2 6 12 8 7
82 8 7 3 4 8 1 5 4 3 10 3 2 7 4 6 7
Gürcüstan 24 11 1 2 8
13 3 5 5
Polşa 81 21 1 2 2 5 4 1 4 2
60 6 4 5 1 7 8 7 7 12 3
Malta 101 93 6 10 4 8 8 2 1 3 4 1 7 4 7 8 6 6 8
8 1 7
Macarıstan 111 23 3 5 4 2 6 3
88 2 10 12 8 4 1 8 3 4 10 3 1 1 5 2 8 6
Latviya 106 92 7 1 3 5 7 3 7 5 8 7 2 7 10 10 10
14 2 7 4 1
İsveç 254 171 12 12 12 10 8 12 12 12 12 10 3 10 2 12 7 7 12 6
83 10 2 1 5 10 5 2 6 8 2 5 7 1 6 6 2 4 1
Monteneqro 40 23 7 7 5 1 3
17 10 7
Sloveniya 132 67 5 4 2 3 4 6 8 2 1 5 4 8 5 5 3 2
65 3 8 3 3 2 3 4 6 5 3 10 6 2 2 5
Ukrayna 179 65 3 1 3 6 8 6 7 7 2 6 1 5 10
114 4 5 2 10 5 10 7 2 5 10 12 2 6 10 2 7 3 3 1 8

12 xallar[redaktə | mənbəni redaktə et]

Münsif səsverməsi[redaktə | mənbəni redaktə et]

Aşağıdakı cədvəldə 2-ci yarımfinalda iştirak edən ölkələrin münsif səsverməsindən gələn maksimum 12 xallar göstərilmişdir:

Say İştirakçı ölkə 12 xal verən ölkələr
9 İsveç Almaniya, Avstraliya, Gürcüstan, Niderland, Norveç, Polşa, San-Marino, Serbiya, Sloveniya
3 Avstraliya Danimarka, Fransa, Latviya
Norveç İsveç, İtaliya, Malta
2 Rumıniya Macarıstan, Moldova
Moldova Rumıniya, Rusiya
1 Serbiya Monteneqro
Niderland Ukrayna
SMS səsverməsi[redaktə | mənbəni redaktə et]

Aşağıdakı cədvəldə 2-ci yarımfinalda iştirak edən ölkələrin SMS səsverməsindən gələn maksimum 12 xallar göstərilmişdir:

Say İştirakçı ölkə 12 xal verən ölkələr
6 Danimarka Avstraliya, İsveç, Macarıstan, Niderland, Norveç, San-Marino
5 Moldova Fransa, Gürcüstan, Rumıniya, Rusiya, Ukrayna
2 Rumıniya İtaliya, Moldova
Serbiya Monteneqro, Sloveniya
1 Macarıstan Serbiya
Norveç Danimarka
Polşa Almaniya
Rusiya Latviya
San-Marino Malta
Ukrayna Polşa

Final[redaktə | mənbəni redaktə et]

  Münsif
  SMS
Səsvermə nəticələri[11]
Cəmi Ukrayna Azərbaycan Belarus San-Marino Niderland Şimali Makedoniya Malta Gürcüstan İspaniya Avstriya Danimarka Böyük Britaniya İsveç Latviya Albaniya Xorvatiya İrlandiya Rumıniya Çexiya İslandiya Moldova Belçika Norveç Fransa İtaliya Avstraliya Estoniya Serbiya Kipr Ermənistan Bolqarıstan Yunanıstan Macarıstan Monteneqro Almaniya Finlandiya Rusiya İsveçrə İsrail Polşa Litva Sloveniya Portuqaliya
Ukrayna 130 11 6 5
119 8 12 5 4 8 3 12 10 4 8 2 4 1 7 8 7 12 4
İspaniya 61 43 6 1 1 10 1 2 7 7 6 2
18 5 1 12
Sloveniya 64 41 5 4 6 1 2 5 1 1 7 2 4 3
23 2 7 8 6
Litva 181 90 5 7 2 4 12 6 1 3 3 10 10 5 4 3 8 1 6
91 2 5 7 12 7 12 12 12 12 6 4
Avstriya 342 271 7 10 10 1 8 8 8 12 10 7 5 12 5 12 3 12 8 7 7 5 12 4 2 1 12 8 10 7 4 12 12 12 10 8
71 3 1 10 2 2 5 3 8 6 6 4 3 5 3 4 1 3 2
Estoniya 245 143 1 3 5 4 12 10 1 2 7 6 8 3 3 7 12 4 8 3 1 3 5 2 6 10 5 12
102 3 6 2 10 4 4 5 1 7 6 4 2 2 4 12 3 8 12 7
Norveç 144 60 8 3 4 5 2 5 2 12 4 6 2 7
84 7 10 1 3 8 8 2 4 5 1 2 3 5 7 3 5 5 5
Portuqaliya 39 21 2 6 3 3 7
18 8 10
Böyük Britaniya 48 23 2 2 3 6 2 8
25 1 1 3 3 10 6 1
Serbiya 113 38 10 3 8 3 2 12
75 10 8 12 1 1 7 12 12 12
Almaniya 340 204 2 10 12 3 7 7 10 12 1 3 6 8 4 6 4 5 12 8 10 10 6 10 5 6 1 4 12 5 10 5
136 3 4 12 4 6 6 12 3 5 8 3 8 4 3 8 4 2 6 3 2 3 2 1 6 3 1 2 4 8
Albaniya 184 126 12 7 6 4 7 7 1 2 6 10 2 1 6 7 7 10 10 7 4 10
58 12 2 4 12 10 10 7 1
Fransa 173 114 12 8 6 2 5 10 7 6 4 3 3 7 3 4 5 5 5 2 10 2 5
59 7 4 4 5 6 8 1 1 5 4 6 3 5
  Münsif
  SMS
Cəmi Ukrayna Azərbaycan Belarus San-Marino Niderland Şimali Makedoniya Malta Gürcüstan İspaniya Avstriya Danimarka Böyük Britaniya İsveç Latviya Albaniya Xorvatiya İrlandiya Rumıniya Çexiya İslandiya Moldova Belçika Norveç Fransa İtaliya Avstraliya Estoniya Serbiya Kipr Ermənistan Bolqarıstan Yunanıstan Macarıstan Monteneqro Almaniya Finlandiya Rusiya İsveçrə İsrail Polşa Litva Sloveniya Portuqaliya
Çexiya 281 66 4 6 4 5 4 3 1 4 1 7 4 1 5 8 3
215 10 6 5 10 6 5 3 12 6 5 3 4 5 7 3 10 6 1 4 3 5 5 8 8 3 7 8 8 5 2 12 4 8 8
Danimarka 226 38 3 3 1 8 6 12 6 3 2
188 8 7 6 8 2 2 5 2 12 5 2 2 2 7 12 5 10 2 4 10 8 4 12 3 10 7 2 4 6 10 7 2
Avstraliya 99 90 2 2 2 3 10 8 6 2 7 6 10 7 7 5 7 4
9 6 2 1
Finlandiya 46 23 5 4 3 3 2 2 6
23 6 3 4 10
Bolqarıstan 166 100 5 2 6 6 1 8 6 8 7 10 4 8 7 10 2 1 2 7
66 1 1 7 7 5 6 6 1 5 1 3 2 12 5 4
Moldova 209 94 7 7 2 8 7 2 5 10 10 10 8 12 6
115 6 4 6 2 1 3 4 7 1 12 6 6 10 5 1 1 1 8 1 2 12 10 6
İsveç 274 21 6 1 8 8 7 7 12 2 8 4 2 12 4 8 5 8 10 5 1 12 5 12 12 12 2 8 1 12 8 10 5 10 6 8 12
253 2 7 2 3 2 1 4
Macarıstan 93 28 8 2 4 6 3 3 2
65 1 2 2 3 10 2 2 3 12 5 3 2 8 7 3
İsrail 529 212 10 1 12 5 1 6 3 10 12 3 10 7 5 10 7 12 8 10 6 12 2 6 2 8 4 4 6 1 12 8 1 6 1 1
317 12 12 8 12 10 3 8 12 12 7 7 10 8 1 6 6 8 10 7 12 10 7 12 7 12 7 10 10 10 6 10 1 10 7 10 5 10 1 1
Niderland 121 89 8 5 1 5 8 1 10 4 6 1 7 3 4 3 5 8 3 7
32 5 1 3 12 5 4 2
İrlandiya 136 74 1 5 4 3 4 3 10 4 1 1 5 4 1 3 8 2 6 5 4
62 3 4 1 4 7 1 4 4 8 7 2 3
Kipr 436 183 4 12 6 10 12 12 5 12 10 12 5 2 6 4 5 3 8 7 3 12 1 3 6 7 7 1 8
253 4 10 3 7 5 8 10 10 8 1 1 8 4 1 10 8 5 7 8 1 7 7 2 3 5 7 4 10 12 12 12 7 5 6 1 4 3 2 8 6 6 5
İtaliya 308 59 4 10 3 12 8 8 1 4 4 1 4
249 5 5 4 8 7 6 12 5 7 10 6 12 10 6 2 8 6 10 7 6 7 3 6 8 6 8 12 6 6 8 5 5 7 10 10

12 xallar[redaktə | mənbəni redaktə et]

Münsif səsverməsi[redaktə | mənbəni redaktə et]

Aşağıdakı cədvəldə iştirak edən bütün ölkələrin peşəkar münsiflər heyətinin finalda iştirak edən ölkələrə verdiyi maksimum 12 xallar göstərilmişdir:

Say İştirakçı ölkə 12 xal verən ölkələr
9 Avstriya Belçika, Bolqarıstan, Böyük Britaniya, Estoniya, İslandiya, İsrail, Litva, Polşa, Rumıniya
8 İsveç Almaniya, Avstraliya, Ermənistan, Gürcüstan, Kipr, Latviya, Serbiya, Sloveniya
6 Kipr Belarus, İrlandiya, İspaniya, İsveç, Malta, Yunanıstan
5 İsrail Avstriya, Çexiya, Finlandiya, Fransa, San-Marino
4 Almaniya Danimarka, İsveçrə, Niderland, Norveç
3 Estoniya Şimali Makedoniya, Moldova, Portuqaliya
1 Albaniya Azərbaycan
Danimarka Macarıstan
Fransa Ukrayna
İtaliya Albaniya
Litva Xorvatiya
Moldova Rusiya
Norveç İtaliya
Serbiya Monteneqro
SMS səsverməsi[redaktə | mənbəni redaktə et]

Aşağıdakı cədvəldə iştirak edən bütün ölkələrdən gələn SMS səsverməsinin nəticəsi olaraq finalda iştirak edən ölkələrə göndərilən maksimum 12 xallar göstərilmişdir:

Say İştirakçı ölkə 12 xal verən ölkələr
8 İsrail Avstraliya, Azərbaycan, Fransa, Gürcüstan, İspaniya, Moldova, San-Marino, Ukrayna
5 Litva Böyük Britaniya, Estoniya, İrlandiya, Latviya, Norveç
4 Serbiya İsveçrə, Monteneqro, Sloveniya, Xorvatiya
3 Danimarka İslandiya, İsveç, Macarıstan
İtaliya Albaniya, Almaniya, Malta
Kipr Bolqarıstan, Ermənistan, Yunanıstan
Ukrayna Belarus, Çexiya, Polşa
2 Albaniya İtaliya, Şimali Makedoniya
Almaniya Danimarka, Niderland
Çexiya Avstriya, İsrail
Estoniya Finlandiya, Litva
Moldova Rumıniya, Rusiya
1 Bolqarıstan Kipr
İspaniya Portuqaliya
Macarıstan Serbiya
Niderland Belçika

Digər ölkələr[redaktə | mənbəni redaktə et]

  • Andorra Andorra – 14 may 2017-ci il tarixdə Andorranın RTVA kanalı ölkənin 2018-ci ildə də müsabiqəyə qayıtmayacağını rəsmi olaraq açıqlayıb.[12] Andorra Avroviziyada son dəfə Moskvada keçirilən müsabiqədə 2009-cu ildə iştirak etmiş və yarımfinal mərhələsində 15-ci yeri tutmuşdur.
  • Bosniya və Herseqovina Bosniya və Herseqovina – 18 sentyabr 2017-ci il tarixdə Bosniya və Herseqovinanın BHRT telekanalı ciddi maliyyə problemləri səbəbindən ölkənin Lissabonda keçirilən müsabiqədə iştirak etməyəcəyini açıqlamışdır[13]. Bosniya və Herseqovina Avroviziyada son dəfə 2016-cı ildə Stokholmda keçirilən müsabiqədə iştirak etmiş və yarımfinal mərhələsində 11-ci yeri tutaraq, finala adlaya bilməmişdi.
  • Lüksemburq Lüksemburq – 22 may 2017-ci il tarixdə Lüksemburqun RTL kanalı ölkənin 2018-ci ildə Avroviziyaya geri dönməyəcəyini bildirdi.[14] Lüksemburqun dövlət kanalının baş direktoru Stiv Şmidt bununla bağlı açıqlama vermişdir. "Mən inanıram ki, Avroviziyanın genişlənməsi ilə birlikdə Lüksemburqun müsabiqədə uğur əldə etməsi daha da çətinləşib. Yeni səsvermə sistemi ilə Lüksemburq kimi kiçik ölkələrin Avroviziyada uğur qazanması mümkün deyil." Lüksemburq Avroviziyada son dəfə İrlandiyada keçirilən müsabiqədə 1993-cü ildə iştirak etmiş və 20-ci yeri tutmuşdur.
  • Monako Monako – 31 avqust 2017-ci il tarixdə Monakonun TMC kanalı ölkənin 2018-ci ildə də müsabiqəyə qayıtmayacağını rəsmi olaraq açıqlayıb.[15] Monako Avroviziyada son dəfə Afinada keçirilən müsabiqədə 2006-cı ildə iştirak etmiş və yarımfinal mərhələsində 21-ci yeri tutmuşdur.
  • Slovakiya Slovakiya – 11 sentyabr 2017-ci il tarixdə Slovakiyanın RTVS kanalının mətbuat nümayəndəsi Erika Rusnakova ölkənin 2018-ci ildə Avroviziya Mahnı Müsabiqəsinə qayıtmayacağını açıqlayıb.[16] Slovakiya Avroviziyada son dəfə Bakıda keçirilən müsabiqədə 2012-ci ildə iştirak etmiş və yarımfinal mərhələsində sonuncu yeri tutmuşdur.
  • Türkiyə Türkiyə – 7 avqust 2017-ci il tarixdə Türkiyənin Baş nazir müavini olan Bekir Bozdağ 2018-ci ildə Türkiyənin Avroviziya Mahnı Müsabiqəsinə qayıtmaq planının olmadığını açıqlamışdır. Həmin açıqlamanın həmən ardından Türkiyənin TRT kanalı ölkənin 2018-ci ildə Avroviziyada iştirak etməyəcəyini təsdiqləmişdir[17]. Türkiyə Avroviziyada son dəfə Bakıda keçirilən müsabiqədə 2012-ci ildə iştirak etmiş və final mərhələsində 7-ci yeri tutmuşdur.

İnsidentlər[redaktə | mənbəni redaktə et]

Belarusun mahnı təqdimatı[redaktə | mənbəni redaktə et]

10 yanvar 2018-ci il tarixdə Rusiyanın ən böyük sosial şəbəkəsi olan VKontakte-də Ukraynalı müğənni Alekseevin Belarusun 2018 Avroviziya milli seçim turuna təqdim etdiyi "Forever" mahnısının rus dilində olan versiyasını ("Навсегда") 2017-ci ilin may ayında Stavropol şəhərində ifa etdiyi videosu paylaşılmışdır. Belə ki, Avroviziyanın qaydalarına görə müsabiqədə ifa olunan mahnılar müsabiqədən səkkiz ay öncə heç bir yerdə səsləndirilməməlidir. Milli seçim turunda iştirak edən bir neçə iştirakçı Alekseevin yarışmada iştirakının dayandırılmayacağı halda onların seçim turunda iştirakdan imtina edəcəklərini bildirmişdirlər. İştirakçılardan Sofi Lapina məhz belə də etmişdir. Lakin mahnının musiqisinə kiçik dəyişiklik edildikdən sonra Belarus telekanalı Alekseevin seçim turunda iştirakına razılıq vermişdir. Seçim turunda həmin mahnı ilə qələbə qazanan ifaçı mart ayında mahnının yeni versiyasını təqdim etmişdir.[18]

Çexiya təmsilçisinin zədə alması[redaktə | mənbəni redaktə et]

29 aprel 2018-ci il tarixdə Çexiya təmsilçisi Mikolas Yosefin müsabiqənin ilkin məşqləri zamanı belindən zədə aldığı bildirilmişdir. İfaçı dərhal xəstəxanaya aparılmışdır. Növbəti gün Yosefin vəziyyətinin daha da ağırlaşdığı və ifaçının yeriməkdə çətinlik çəkdiyi söylənilmişdir. Yosef açıqlamasında hər nə olursa olsun, müsabiqədə iştirakını yarımçıq qoymayacağını bildirmişdir.[19]

Çində yayım senzurası[redaktə | mənbəni redaktə et]

Çin Xalq Respublikasında Avroviziyanı yayımlama hüququ olan Mango TV birinci yarımfinalın yayımı zamanı Albaniyaİrlandiya təmsilçilərinin ifalarını yayımdan qaldırmışdır.[20] Çində döymə nümayiş etdirən şəxslərin televiziyada yayımlanmasına qoyulan qadağa səbəbi ilə Albaniyanın müsabiqədəki çıxışı yayımlanmamışdır. Eyni zamanda İrlandiya təmsilçisinin çıxışı zamanı ifaçını səhnədə rəqs ilə müşayiət edən homoseksual cütlüyün yer alması səbəbindən telekanal İrlandiyanın da çıxışını yayımlamamışdır. Bunun ardınca Avropa Yayım İttifaqı kanalın hərəkətini pisləyərək, bunun müsabiqənin birlik və bərabərlik dəyərlərinə zidd olduğu söyləmiş və nəticədə Avroviziyanın Çində yayımına rəsmi olaraq qadağa qoyulmuşdur.[21] Telekanala rəhbərlik edən Hunan televiziya kompaniyasının nümayəndəsi açıqlamasında Mango TV-nin müsabiqənin yayımında bənzər çıxarışlar etdiyindən kompaniyanın xəbərsiz olduğunu bildirmişdir.[22] İrlandiya təmsilçisi Rayan O'Şounessi BBC telekanalına müsahibəsində Avropa Yayım İttifaqının atdığı addımın doğru qərar olduğunu söyləmişdir: "Onlar buna normal yanaşmadılar, məncə bu doğru istiqamətdə atılan addım idi, mən xoşbəxtəm."

Canlı yayımda səhnəyə müdaxilə[redaktə | mənbəni redaktə et]

12 may tarixində keçirilən final şousunda Böyük Britaniyanı müsabiqədə təmsil edən SuRie səhnədə çıxış etdiyi zaman "Dr. Activist" ləqəbi ilə tanınan siyasi fəal səhnəyə qalxaraq, ifaçının mikrofonunu əlindən almış və "Böyük Britaniya mətbuat nasistləri, biz azadlıq tələb edirik!" deyə bağırmışdır. Təhlükəsizlik əməkdaşlarının müdaxiləsindən sonra ifaçı çıxışını başa vurmuşdur.[23][24] Hadisənin ardınca Avropa Yayım İttifaqı Böyük Britaniya təmsilçisinə bir daha səhnə almaq fürsəti tanısa da, ifaçı imtina etmişdir.[25]

Müsabiqəni canlı yayımlayan ölkələr[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "43 Countries will participate". eurovision.tv. Avropa Yayım İttifaqı. 17 noyabr 2017. 2017-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-17.
  2. "Lisbon revealed as Host City of the 2018 Eurovision Song Contest!". 2017-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 iyul 2017.
  3. "Quatro mulheres apresentam Festival Eurovisão da Canção em Lisboa". RTP Notícias (Portuqalca). Rádio e Televisão de Portugal. 2022-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 yanvar 2018.
  4. "Arxivlənmiş surət". 2022-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-29.
  5. "RTP ainda não escolheu palco para o Festival Eurovisão 2018" [RTP has not yet chosen the venue for the Eurovision Song Contest 2018]. Público (Portuqalca). 16 may 2017. 17 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 September 2017.
  6. 1 2 3 "Lisbon 2018 - Eurovision Song Contest Lisbon 2018". eurovision.tv. 2018-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2018.
  7. 1 2 3 "Lisbon 2018 - Eurovision Song Contest Lisbon 2018". eurovision.tv. 2018-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2018.
  8. 1 2 3 "Eurovision 2018: This is the running order of the Grand Final!". eurovision.tv. 9 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2018.
  9. "2018 First Semi-Final Scoreboard". Eurovision.tv. Avropa Yayım İttifaqı. 12 May 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 may 2018.
  10. "2018 Second Semi-Final Scoreboard". Eurovision.tv. Avropa Yayım İttifaqı. 12 May 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 may 2018.
  11. "2018 Grand Final Scoreboard". Eurovision.tv. Avropa Yayım İttifaqı. 12 May 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 may 2018.
  12. "Andorra: No Return To The Eurovision Song Contest in 2018". Eurovoix. 14 may 2017. 24 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 September 2017.
  13. "Bosnia & Herzegovina: BHRT Will Not Participate in Eurovision 2018". eurovoix.com. 18 sentyabr 2017. 2017-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-19.
  14. "Luxembourg: Will not participate in Eurovision 2018". Eurovoix. 22 may 2017. 1 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 September 2017.
  15. "Monaco: TMC confirms non participation in Eurovision 2018". Esctoday. 31 avqust 2017. 2017-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-16.
  16. "Slovakia: No Return to Eurovision in 2018". Eurovoix. 11 sentyabr 2017. 2017-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-16.
  17. "Turkey: TRT confirms non participation in Eurovision 2018". ESCToday. 7 avqust 2017. 2017-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-16.
  18. "Belarus: Alekseev wins Eurofest 2018 with "Forever" | wiwibloggs". wiwibloggs (ingiliscə). 16 fevral 2018. 2021-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 aprel 2018.
  19. "Arxivlənmiş surət". 2021-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-01.
  20. "China censors Ireland's gay-themed Eurovision performance". CBS News (ingiliscə). 10 may 2018. 11 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 may 2018.
  21. "Statement 10 May: EBU terminates this year's partnership with Mango TV". eurovision.tv (ingiliscə). 10 may 2018. 11 May 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 may 2018.
  22. "China banned from broadcasting Eurovision after censoring same-sex dance". SBS News (ingiliscə). 11 may 2018. 13 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2018.
  23. "SuRie's Eurovision performance interrupted by stage invader". Metro.co.uk. 13 May 2018. 15 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 may 2018.
  24. "Eurovision song contest 2018 – live!". 12 may 2018. 15 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 May 2018 – www.theguardian.com vasitəsilə.
  25. "Stage stormed during UK's Eurovision song". BBC News (ingiliscə). 12 may 2018. 14 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 may 2018.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]