Xaspolad bəy Hacıyev — Vikipediya

Xaspolad bəy Hacıyev
Xaspolad bəy İsmayıl bəy oğlu Hacıyev
Doğum tarixi
Doğum yeri Şuşa, Rusiya imperiyası
Vəfat tarixi Bilinmir

Xaspolad bəy İsmayıl bəy oğlu (21.1.1900, Şuşa — ?) – Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.

Həyatı[redaktə | mənbəni redaktə et]

1917-ci ildə İrəvan kişi gimnaziyasını bitirmiş, Petroqrad dağ-mədən institutuna daxil olmuş, lakin maddi çətinlik üzündən təhsilini yarımçıq buraxıb geri qayıtmağa məcbur olmuşdu. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Fransaya göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.[1]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ənvər Çingizoğlu, Hacıyevlər: Hacı Allahverdi bəyin törəmələri, "Soy" elmi-kütləvi dərgi, 2011, №4, səh.8–11.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

  1. "Cümhuriyyət tələbələri Fransada". 2023-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-14.