Məmmədrəşid Bosnalızadə — Vikipediya

Məmmədrəşid Bosnalızadə
Məmməd Rəşid Mustafa oğlu Bosnalızadə
Doğum tarixi
Doğum yeri Gəncə, Rusiya imperiyası

Bosnalızadə Məmməd Rəşid Mustafa oğlu (21.6.1892, Gəncə - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.

Həyatı[redaktə | mənbəni redaktə et]

Gəncə (Yelizavetpol) ali ibtidai məktəbini bitirmiş, orada müəllimlik etməklə yanaşı, 3 il İstanbul Universitetinin hüquq şöbəsində oxumuşdur. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən hüquq sahəsində təhsilini davam etdirmək üçün Paris Universitetinə (Fransa) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-1925-ci illər üçün məlumatında Bosnalızadənin təhsilinin bitməsinə 6 ay qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]