Miri bəy Vəzirov — Vikipediya

Miri bəy Vəzirov
1 noyabr 1918 – 19 mart 1919
Əvvəlkivəzifə təsis olundu
SonrakıCəfər bəy Rüstəmbəyli
Şəxsi məlumatlar
Doğum tarixi 3 oktyabr 1896(1896-10-03)
Doğum yeri
Vəfat tarixi 1925
Vəfat yeri

Vəzirov Miri bəy Mir Baba bəy oğlu (3 oktyabr 1896, Şuşa1925, Paris) — Cümhuriyyət tələbəsi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Mir Abdulla bəy Mir Baba bəy oğlu 1896-cı ilin oktyabrın 3-də Şuşa şəhərində anadan olmuşdu. Ailədə Miri çağrıldığından bu adla da məşhurlaşmışdı. Şəhər real məktəbini bitirmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin xaricə göndərdiyi tələbələrdən biridir. Miri bəy 1925-ci ildə Parisdə vəfat edib. Yusif Vəzir Çəmənzəminlinin qardaşıdır.

Krım hökuməti 1918-ci il, iyunun 25-də Simperopolda yaradılmışdı. Baş naziri general-leytenant Süleyman bəy Sulkeviç, xarici işlər naziri Cəfər əfəndi Seyid Əhməd idi. Azərbaycan hökuməti 1918-ci il oktyabrın 23-də Krım hökuməti yanında diplomatik nümayəndəlik təsis etməyi qərara aldı.[1] 1918-ci il, noyabrın 1-dən Azərbaycan Ukraynadakı diplomatik nümayəndəsi Miri bəy Vəzirova (Yusif Vəzir Çəmənzəminlinin qardaşı) Azərbaycan Xalq Cümhuriyyəti Krımda da təmsil etmək tapşırıldı.

Mənbə[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1998. 560.

İstinadlar[redaktə | mənbəni redaktə et]