Salman Hüseynov — Vikipediya

Salman Hüseynov
Salman Hüseyn oğlu Hüseynov
Doğum tarixi (123 yaş)
Doğum yeri İsfahan, İran

Salman Hüseynov (tam adı: Salman Hüseyn oğlu Hüseynov; d. 4 aprel 1901 — İsfahan - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.

Həyatı[redaktə | mənbəni redaktə et]

Salman Hüseynov 1917-ci ildə Tiflisdəki İ.M.Maçaidze gimnaziyasını bitirmişdir. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini tibb sahəsində davam etdirmək üçün Almaniyanın Firtsburq İnstitutuna göndərilmişdir. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanh tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-25-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə 2 il qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır. [1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 437