Bayram Hacıyev — Vikipediya

Bayram Hacıyev
Bayram İbrahim oğlu Hacıyev
Doğum tarixi
Doğum yeri Şuşa, Rusiya imperiyası
Vəfat tarixi ?

Bayram Hacıyev (tam adı Hacıyev Bayram İbrahim oğlu; d. 30 iyun 1900, Şuşa — ö. ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.

Həyatı[redaktə | mənbəni redaktə et]

1918-ci ildə Şuşa real məktəbini bitirmişdir.

Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini iqtisadiyyat sahəsində davam etdirmək üçün Fransanın Paris şəhərinə göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə 6 ay qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]