Hacı Səədi — Vikipediya

Hacı Səədi
Hacı Həsən Səədi
Doğum yeri Bərgüşad, Göyçay qəzası, Rusiya imperiyası

Səədi Hacı Həsən oğlu (?, Göyçay - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.

Həyatı[redaktə | mənbəni redaktə et]

1919-cu ildə Türkiyədə İstanbul Universitetinin tibb fakültəsinin son kursunda oxuyarkən maddi çətinlik üzündən təhsilini yarımçıq buraxmağa məcbur olmuş və Azərbaycana qayıtmışdı.

Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün yenidən İstanbul Universitetinə (Türkiyə) göndərilmişdi.

Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]