Sis (Şamaxı) — Vikipediya

Sis
40°45′52″ şm. e. 48°34′51″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Şamaxı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Sis xəritədə
Sis
Sis

SisAzərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi[redaktə | mənbəni redaktə et]

Şamaxı rayonunun Qəleybuğurd inzibati ərazi dairəsində kənd. Pirqulu dağının cənub-qərb yamacında, Ağsu çayının hövzəsinə məxsus Sis çayının yaxınlığında yerləşir. Kəndin ərazisi meşəlikdir. Pirqulu yaylasında günəşli havalar olduğu halda yaylanın Ağsu çayı sahəsində Sis kəndi yerləşən yamacda ən çox dumanlı, çiskinli havalar olur.

Əvvəllər Bakı quberniyasının Şamaxı qəzasının Qoşun sahəsində Sis kəndi Sis qazma kimi qeydə alınmışdır. Qonşu Qəleybuğurd və Çağan kəndlərindən çıxmış ailələr ilk əvvəl qazmalar şəklində məskunlaşaraq sonralar kənd kimi formalaşmışdır.

Sis toponimi yerləşdiyi ərazinin təbii şərait və xüsusiyyətlərini özündə əks etdirir.[1][2]

Əhalisi[redaktə | mənbəni redaktə et]

Əhalisi 362 nəfərdir (2009), 79 təsərrüfatı var.

Şəhidləri[redaktə | mənbəni redaktə et]

  • İsayev Gülbəndiyar İsbəndiyar oğlu
  • Osmanov Bahadur Xanış oğlu

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 191
  2. N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, s.32

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]