Ərçiman — Vikipediya

Ərçiman
40°49′21″ şm. e. 48°37′10″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.295 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Ərçiman xəritədə
Ərçiman
Ərçiman

ƏrçimanAzərbaycan Respublikasının Şamaxı rayonunun Dəmirçilər inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Şamaxı rayonunun Ərçiman kəndi Dəmirçi kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Ərçiman kənd Soveti yaradılmışdır.[1]

Toponimikası[redaktə | mənbəni redaktə et]

Arçiman oykonimi mürəkkəb söz olmaqla iki hissədən ibarətdir. Bəzi tədqiqatçılara görə, toponim arçan (ardıc bitkisi) və man (ətraf) sözlərinin birləşməsindən yaranaraq yerli tələffüz nəticəsində indiki formasını almışdır. Kənd ətrafı arçan ağacları ilə zəngin olan dağın ətəyində salındığı üçün belə adlandırılmışdır. Toponimik sözlüklərdə Ərçiman variantında olan bu oykonim 1917-ci ildə Arçiman şəklində qeydə alınmışdır. Oykonim arçi və man sözlərindən düzəlib. Arçilər Qərbi Dağıstanda yaşayan və avarlara yaxın olan etnik qrupdur. Türk dillərində arçi sözü "dağlı" sözünün sinonimidir, man komponenti isə "adam", "yer, məkan", "əhatə olunmuş" mənalarını ifadə edir. Arçiman oykonimi "dağlılar", yaxud "dağlıların məskunlaşdığı yer" kimi başa düşülməlidir. Türkmənistanda Köpətdağın ətəyində Arçiman adlanan kurort şəhərinin olduğu da məlumdur.[2] Digər bir məlumata əsasən Ərçivan məntəqəsi Talış bölgəsində təqibə məruz qalmış və Ərçivan kəndindən köçən sünni əhali olmuşdur.

Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]

Kənd rayon mərkəzindən 30 km aralıda, Pirsaat çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyində, dəniz səviyyəsindən 1500–1550 m hündürlükdə yerləşir.

Əhalisi[redaktə | mənbəni redaktə et]

1859-1864-cü ilə olan məlumata əsasən Ərçiman kəndində 34 evdə 116 nəfəri kişilər, 101 nəfəri isə qadınlar olmaqla 217 nəfər sünni təriqətli müsəlman Azərbaycan tatarı yaşayırdı. 2011-ci il dekabr ayına olan məlumata əsasən kənd əhalisinin sayı 624 nəfərdir (126 ailə). ki, onunda 283 nəfəri kişi, 341 nəfəri isə qadınlar təşkil edir.

Mədəniyyəti[redaktə | mənbəni redaktə et]

Kənddə feldşer-mama məntəqəsi, mağaza, klub və kitabxana fəaliyyət göstərir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2022.
  2. Ərçiman // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 59-60. ISBN 978-9952-34-155-3.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]