Məlikçobanlı — Vikipediya

Şamaxı rayonu, Məlikçobanlı kəndi
Məlikçobanlı
40°32′31″ şm. e. 48°41′14″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.065 nəf.
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 5615
Xəritəni göstər/gizlə
Məlikçobanlı xəritədə
Məlikçobanlı
Məlikçobanlı
<mapframe> problemləri:
  • Attribute "latitude" has an invalid value
  • Attribute "longitude" has an invalid value

MəlikçobanlıAzərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Şamaxı rayonunun Məlikçobanlı kəndi Çarhan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Məlikçobanlı kənd Soveti yaradılmışdır.[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

XIX əsr qaynaqlarının birində Bakı quberniyasının Şamaxı ərazisinin Qəbiristan sahəsində Məlik çobanı köçü qeydə alınmışdır. Əvvəllər Göyçay qəzasındaŞamaxı qəzasında maldarlıqla məşğul olan Məlik çobanı eli olmuşdur. Keçmişdə hakim mövqeyə malik Xançobanı tayfasına mənsub olan ellərdən birinin Məlik çobanlıların olması göstərilir. Ehtimal ki, Məlik titul və ya şəxs adıdır.[2]

Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]

Kənd Zoğalava çayının sahilində, dağ ətəyində yerləşir. Məlikçobanlı palçıq vulkanı ilə məhşurdur. Həmin vulkan 1810-cu ildə aşkarlanıb və bu günədək 4 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 27.05.2019-ci ildə qeydə alınıb.

Əhalisi[redaktə | mənbəni redaktə et]

Kənd əhalisi 2065 nəfərdir ki, onun da 977 nəfəri kişi, 1088 nəfəri isə qadınlar təşkil edir.

Tanınmışları[redaktə | mənbəni redaktə et]

Şəhidləri[redaktə | mənbəni redaktə et]

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Kənddə 347 təsərrüfat var. Əhali əsəsən kənd təsərrüfatı — əkinçilik və maldarlıqla məşğul olur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2022.
  2. Məlikçobanlı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]