Göylər — Vikipediya

Göylər
40°29′27″ şm. e. 48°41′05″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 5615
Xəritəni göstər/gizlə
Göylər xəritədə
Göylər
Göylər

GöylərAzərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Göylər kəndi (Göylərdağ) həmçinin AcıdərəÇöl Göylər kəndləri ilə birlikdə meydana gələn Göylər inzibati ərazi dairəsinin mərkəzidir.[1]

Göylər kəndi Şamaxı rayonunda əhalisinin sayına görə ən böyük kənddir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Şirvan xanlığında inzibati ərazi vahidi olan Elat mahalının tərkibində 1821-ci ildə Göylər kəndi də daxil olmaqla 20 oba (Bəyi, Xalac, Ərəbəbdülkərim, Bozavand, Qovlar, Paşalı, Zəngənə, Qaraimanlı, Karrar, Bayat, Pərdili, Xınıslı, Cəyirli, Birinci Ucarlı, İkinci Ucarlı, Üçüncü Ucarlı, Mirikənd, Taliş, Şamlı, Göylər) birləşmişdi. Bu mahalın sakinləri əsasən maldarlıq, qismən isə əkinçiliklə məşğul olurdular.

Tarixi abidələri[redaktə | mənbəni redaktə et]

  1. Qalacıq yaşayış yeri (III–XIII əsrlər)
  2. Pirmərdəkan türbəsi (XII–XIII əsrlər)
  3. Küp qəbirlər nekropolu (Antik dövr)
  4. Şəhərgah (Antik dövr – orta əsrlər)
  5. Şəhərgahın qəbiristanlığı (Antik dövr – orta əsrlər)
  6. Saxsılı taxta yaşayış yeri (Antik dövr – ilk orta əsrlər)
  7. Pirəbağdad nekropolu (Antik dövr)
  8. Göylər məscidi (XII–XIII əsrlər)

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Əhalisi[redaktə | mənbəni redaktə et]

Göylər kəndinin də daxil olduğu Elat mahalında 1821-ci ildə 1016 ailə yaşayırdı. 2009-cu il 1 Yanvar tarixli məlumatlara əsasən Göylər kəndinin əhalisi 7200 nəfər idi.

Şamaxı soyqırımı[redaktə | mənbəni redaktə et]

Şamaxıda Lalayan, Samson Aspirov və T. Əmirovun quldur dəstələri 1918-ci il Aprelin 3-dən 16-a kimi Şamaxı əhalisinə qanlı divan tutmuşdular. Şamaxı qəzasında yerli erməni-rus-molokan kəndlilərinin köməyi ilə daşnaqlar 8000-dən artıq dinc azərbaycanlı əhali öldürmüşlər. 72 kəndi dağıtmış, 12 məhəllə məscidi və 800 illik tarixə sahib Şamaxı cümə məscidi içərisindəki insanlarla birlikdə yandırmışlar. Öldürülənlərin 1600 nəfərindən çoxu qadın, 965 nəfəri isə uşaq olmuşdu. Dağıdılan 72 kənddən biri də Göylər idi. Mənbələrdən belə aydın olur ki, erməni quldurları Göylərdə 55 nəfəri qətlə yetirmişdir. Onlar arasında kişilərlə birlikdə qadın və uşaqlar da var. Ermənilərin törədikləri vəhşiliklər indinin özündə də yaddaşlardan silinməyib.

Şəhid və itkinləri[redaktə | mənbəni redaktə et]

Qarabağ müharibəsi[redaktə | mənbəni redaktə et]

Aprel döyüşləri[redaktə | mənbəni redaktə et]

İkinci Qarabağ müharibəsi[redaktə | mənbəni redaktə et]

Elm və Təhsili[redaktə | mənbəni redaktə et]

Göylər kəndi Azərbaycan elminə və təhsilinə bir çox insanlar bəxş etmişdir ki, onlardan da Nurqələm Mikayılovu, Aləm Nuriyevi, Elxan Nuriyevi qeyd etmək olar. Göylər kəndində (Dağ Göylər) iki orta məktəb fəaliyyət göstərir. Bunlar Əlsuvar Məmmədov adına 1 saylı orta məktəbTehran Kərimov adına 2 saylı orta məktəblərdir.

Mədəniyyəti[redaktə | mənbəni redaktə et]

2015-ci il fevralın 16-dan mayın 29-na kimi keçirilən 5-ci Muğam Televiziya Müsabiqəsinin qalibi Göylər kəndindən olan Nisbət Sədrayeva seçilmişdir.[2]

Səhiyyə sistemi[redaktə | mənbəni redaktə et]

Göylər kəndində 15 çarpaylıq Göylər kənd xəstəxanası fəaliyyət göstərir.

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Göylər kəndinin əhalisi başlıca olaraq əkinçilik, qismən bağçılıqheyvandarlıq üzrə ixtisaslaşmışdır. Əkinçilikdə aparıcı yeri taxılçılıq tutur. Digər əkinçilik sahələri yerli istehlak xarakteri daşıyır. Əhalisinin yerli təlabatının ödənilməsi üçün həyətyanı sahələrdə bostan-tərəvəz məhsulları, meyvə yetişdirilir və arı saxlanılır. Heyvandarlığın başlıca sahəsi maldarlıqqoyunçuluqdur.

Göylər kəndi qədim məskunlaşmış ərazi olsa da, sənaye cəhətdən nisbətən zəif inkişaf etmişdir. Azərbaycan Sovet İttifaqının tərkibində olan zaman kəndin sənayesinin əsasını yerli kənd təsərrüfatı məhsullarını emal edən yeyinti və yüngül sənaye sahələri təşkil edirdi. Kəndin yüngül sənayesi əsasən şərabçılıq, meyvəçilik, tikiş və xalçalıq sahələri ilə təmsil olunurdu. Yeyinti sənayesində əsas yeri üzüm məhsulunun emalı – şərabçılıq tuturdu. SSRİ-nin "alkoqolizmə qarşı mübarizə kampaniyası" çərçivəsində Azərbaycanda bir sıra bölgələrdə o cümlədən Göylər kəndində üzümçülük təsərrüfatı ləğv edildi. Üzüm sahələri saxlanılmaqla süfrə üzüm sortları əkmək planları isə SSRİ dağıldıqdan sonra torpaq sahələrinin kəndlilərə paylanılması nəticəsində reallaşmadı. Hal-hazırda kəndlilərə məxsus torpaqlarda taxıl əkilir və demək olar ki, bütün həyətyanı sahələrdə üzüm çardaqları var. Kəndin torpaq ehtiyatları və ərazisinin orta dağlıqda yerləşməsi burada bir çox təsərrüfat sahələrinin inkişafı üçün, o cümlədən dəmyə əkinçiliyi üçün şərait yaradır.

Kəndin iqtisadiyyatında tikinti materialları, əsasən mişar daşı istehsalı üçün xammal bazası (Mədan dağı) var.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-15.
  2. "Arxivlənmiş surət". 2017-07-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-02-02.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]