Meysəri — Vikipediya

Meysəri
40°39′57″ şm. e. 48°35′11″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Meysəri xəritədə
Meysəri
Meysəri

MeysəriAzərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Şamaxı rayonunun Meysəri kəndi Mirikənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Meysəri kənd Soveti yaradılmışdır.[1]

Toponimikası[redaktə | mənbəni redaktə et]

XIX əsrdə Meysəri adlı kənd (87 ailə, 495 nəfər) qeydə alınmışdır. Kənd XV əsrdə səfəvilərin ordu hissələrindən birinin adı ilə adlandırılmışdır. Mənbələrin məlumatına görə, bu dövrdə ordunun "sol cinahı" cəvanğar və ya meysərə adlanırdı.[2]

Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]

Kənd Zoğalava çayının sahilində, dağlıq ərazidə yerləşir.

Əhalisi[redaktə | mənbəni redaktə et]

Kənd əhalisi 795 nəfərdir ki, onun da 409 nəfərini kişilər, 386 nəfərini isə qadınlar təşkil edir.

Tanınmış şəxsləri[redaktə | mənbəni redaktə et]

Şəhidləri[redaktə | mənbəni redaktə et]

  • Şirinov Aslan Sərdar oğlu
  • İsayev Bəxtiyar Səfər oğlu
  • Əbilov Nadir Qədir oğlu
  • Bayramov İmran Allahverdi oğlu

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Kənddə 162 təsərrüfatı var.

Şəkilləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2022.
  2. Meysəri // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]