Çölgöylər — Vikipediya

Çölgöylər
40°25′37″ şm. e. 48°36′45″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Şamaxı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 400 nəf. (1981)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 5622
Xəritəni göstər/gizlə
Çölgöylər xəritədə
Çölgöylər
Çölgöylər

Çölgöylər, GöylərçölAzərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi[redaktə | mənbəni redaktə et]

Göylər Çöl kəndi rayon mərkəzindən 25 km cənubda, Ləngəbiz silsiləsinin ətəyindədir.[1]

Oykonimin birinci komponenti Səlcuq oğuzlarının salor tayfasına mənsub göglər qolunun adını əks etdirir, ikinci komponent isə kəndin düzənlikdə yerləşdiyini göstərir. XIX əsrin ortalarına aid hadisələri əks etdirən mənbələrin məlumatına görə, Pirmərdəkan dağında yarımköçəri həyat keçirən 96 ailəli göylər tayfasından bir hissəsinin dağlıq zonada, digər hissəsinin isə düzənlikdə (collükdə) məskunlaşması nəticəsində iki kənd yaranmışdır. Oykonim "düzənlikdə olan Göylər kəndi" deməkdir.[2]

1981-ci ildə 400 nəfər əhalisi olmuşdur.

İbtidai və səkkizillik məktəb, tibb məntəqəsi, Şeyx Tair türbəsi, tarixi abidələrdən çoxtəbəqəli "Təpədibi" yaşayış yeri, Pirəbğdad türbəsi, qəbiristan, "Qalacıq" yaşayış yeri var.

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Əhali əsəsən kənd təsərrüfatı, əkinçilik və maldarlıqla məşğul olur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: КубаМисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 108.
  2. ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.299