Şərədil — Vikipediya

Şərədil
40°37′24″ şm. e. 48°28′38″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Şərədil xəritədə
Şərədil
Şərədil

ŞərədilAzərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 2003-cü il tarixli, 493-IIQ saylı Qərarı ilə Şamaxı rayonunun Şərədil kəndi Saqiyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Şərədil kənd inzibati ərazi vahidi yaradılmışdır.[1]

Toponimikası[redaktə | mənbəni redaktə et]

Şoradil variantında da qeydə alınmışdır. Kənd eyniadlı yaylanın adını daşıyır. XIX əsrin sənədlərində Şamaxı qəzasının Qoşun sahəsində Şərədil adlı kənd (28 ailə, 244 nəfər) qeydə alınmışdır. Adı isə şora (şoranlaşmış) və dil (quru torpaq zolağı) komponentlərindən düzəlib, "şoranlaşmış quru torpaq zolağı" mənasındadır.[2][3]

Tarixi[redaktə | mənbəni redaktə et]

Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]

Kənd Ləngəbiz silsiləsinin Şərədil yaylasında yerləşir.

Əhalisi[redaktə | mənbəni redaktə et]

Kənd əhalisi 590 nəfərdir ki, onun da 281 nəfəri kişi, 309 nəfəri isə qadınlar təşkil edir.

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Kənddə 147 təsərrüfat var. Kənddə beşulduzlu "Şamaxi Palace Platinum By Rixos" oteli fəaliyyət göstərir. Otelin açılışı 14 may 2014-cü ildə olmuş və açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 2003-cü il tarixli, 493-IIQ saylı Qərarı". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-25.
  2. Şərədil // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. N. Bəndalıyev. Dağlıq Şirvanın toponimləri. Bakı: Elm, s.165.
  4. İlham Əliyev Şamaxı rayonunda "Şamaxi Palace Platinum By Rixos" otelinin açılışında iştirak etmişdir Arxivləşdirilib 2021-07-25 at the Wayback Machine president.az  (az.)

Həmçinin bax[redaktə | mənbəni redaktə et]